"Yaxşı baxın, heç 1000 manata işləyənə oxşayıram?" - Pərvin GİLEY ETDİ - FOTOLAR

"Yaxşı baxın, heç 1000 manata işləyənə oxşayıram?" - Pərvin GİLEY ETDİ - FOTOLAR"Ay ərzində gecə-gündüz işlədib 1000 manat vermək istəyirlər".

Bu sözləri BİG.AZ-a açıqlamasında aktrisa Pərvin Abıyeva söyləyib. Aktrisa rejissorların film müqabilində Pərvinə ödəmək istədikləri qonorardan narazılığını dilə gətirib:

"Bu iş müqabilində nəinki 1000 manat, 3000 manat da vermək azdır. Mənə baxın, görün heç 1000 manata iş görənə oxşayıram? Buna görə də seriallara çəkilmək istəmirəm. Ay ərzində hər gün əziyyət çəkirəm, çəkilişlər məni yorur. Bu iş qarşılığında təklif olunan məvacib isə olduqca azdır".

Pərvin Abıyeva bu qədər şikayətlərinə baxmayaraq "Bacanaqlar" serialına çəkilməkdən imtina etməməsinin də səbəbini açıqlayıb:

"Bəli, "Bacanaqlar" serialına çəkilirəm. Çünki bu serial üçün çəkiliş həftədə cəmi bir gün təşkil edilir. Bu da mənə sərf edir, çəkdiyim zəhmətə dəyir".

Maira Namazova

Fotolar: Rövşən Əsədov (rovshenasadov)

"Yaxşı baxın, heç 1000 manata işləyənə oxşayıram?" - Pərvin GİLEY ETDİ - FOTOLAR"Yaxşı baxın, heç 1000 manata işləyənə oxşayıram?" - Pərvin GİLEY ETDİ - FOTOLAR"Yaxşı baxın, heç 1000 manata işləyənə oxşayıram?" - Pərvin GİLEY ETDİ - FOTOLAR"Yaxşı baxın, heç 1000 manata işləyənə oxşayıram?" - Pərvin GİLEY ETDİ - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 13326   Tarix: 18 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş