Türkiyədə xəstəxana 14 yaşlı azərbaycanlı qızı girov saxlayır – YARDIM EDƏK

Türkiyədə xəstəxana 14 yaşlı azərbaycanlı qızı girov saxlayır – YARDIM EDƏKBu qadının göz yaşları əvvəl oğlu üçün axıb, indi isə qızına görə göz yaşı tökür. Gülbəniz Ömərova 4 ay əvvəl 17 yaşlı oğlunu torpağa tapşırıb. Kənan Ömərov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mexanika fakültəsinin birinci kurs tələbəsi imiş. Anadangəlmə "tez-tez residivləşən trombositopenik purpura" xəstəliyi tələbə adı qazanmış gəncin dünyaya göz yummasına səbəb olub. Qardaşının vəfatı 14 yaşlı Fidan Ömərovaya çox pis təsir edib. Gülbəniz Ömərova deyir ki, oğlunun ölümündən sonra Türkiyədə yaşayan qohumları 14 yaşlı Fidanı dərd-qəmdən az da olsa uşaqlaşdırmaq üçün İstanbula aparıblar. Burada Fidan Ömərovanın halı qəflətən pisləşib, müayinə zamanı qızda da qardaşının ölümünə səbəb olan xəstəliyin gizli forması aşkarlanıb. Qohumları Fidanın həyatını xilas etmək üçün onu Göztəpə Egitim və Araşdırma Xəstəxanasına yerləşdirmək məcburiyyətində qalıblar.

"Qardaşına görə qız çox pis olmuşdu. Trombositlər tam aşağı düşüb. Aparıblar həkimə, həkim deyib ki, ayaq üstə gəzə bilməz. Təcili xəstəxanaya yerləşdiriblər. Xəstəxanadan iki gün sonra mənə zəng gəldi ki, gəl uşağının yanında dur. Buna müalicə lazımdır. Getdim əlavə 6 gün də mən yanında qaldım. 8 gün yatdı xəstəxanada.

Xəstəxanada 8 gün müalicə olunduqdan sonra Fidanın vəziyyəti stabilləşib. Xəstəxana onu evə buraxmaq üçün müalicə xərclərinin ödənməsini tələb edib və ailənin 45 621 türk lirəsi ödəməli olduğu bildirilib

"Bizim pulla 23000 manat edir. Məndə də o pul yoxdur. Sonra qızım bir az bacımgildə qaldı. Trombositlərin səviyyəsi normal idi. Həmin xəstəxana qızımı təzədən qəbul etmədi, biz də aparıb başqa özəl xəstəxanada analiz verib qanını yoxlatdıq. Məlum oldu ki, trombositlərin səviyyəsi 5-ə enib. Nə edəcəyimizi bilmədik, qızımı yenidən pulunu ödəyə bilmədiyimiz xəstəxananın təcili tibbi yardım şöbəsinə apardıq. Ona bir az yardım göstərdilər. Sonra palataya köçürdülər. Orada da qızıma bir sistem köçürüblər. Sonra gəlib sistemi yarımçıq çıxarıblar ki, pul ödəmirsiniz, biz də qızınızı müalicə etmirik. Uşaq orada 4 gündür yatır, heç bir tibbi müdaxilə etmirlər. Dünən Fidan zəng elədi, dedi ki, ana, bir sistem köçürdülər. Mən indi onu Türkiyədən gətirə bilmirəm, müalicəyə görə əvvəlki məbləğin üstünə nə qədər də əlavə pul gəlib. Xəstəxanada saxlayırlar, deyirlər ki, pulu ödəməsəniz, çıxara bilməzsiniz".

Əlacı hər yerdən üzülən Gülbəniz xanım Azərbaycanın İstanbuldakı baş konsulluğuna müraciət edib. Konsulluq xəstəxana ilə əlaqə yaradaraq, məbləğin yarıya endirilməsini təklif edib, amma xəstəxana bu təkliflə razılaşmayıb.

"Konsulluqdan dedilər ki, biz pul ödəməyəcəyik, amma çalışacağıq ki, 50 faiz güzəşt etsinlər. Onlar da dedi ki, biz elə şey etmirik. Bizə pul gəlib çatmalıdır. Burada gəldik Türkiyənin Bakıdakı konsulluğuna müraciət etdik. Onlar bizi Səhiyyə Nazirliyinə göndərdilər. Nazirlikdən isə dedilər ki, bu məsələ bizlik deyil".

Gülbəniz Ömərova SOCAR-ın "Azərikimya" İstehsalat Birliyinin İdarəetmə aparatında xadimə işləyir. Orta aylıq əmək haqqı 271 manatdır. Həyat yoldaşı şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyinə görə heç yerdə işləmir.

Ailə imkanlı şəxslərdən yardım gözləyir.

Gəlin bu gözü yaşlı anaya yardım edək, onun daha bir övlad itkisi yaşamasına imkan verməyək. Yardım etmək istəyən hər kəs Gülbəniz Ömərova ilə əlaqə saxlaya, yaxud aşağıdakı bank hesabına pul köçürə bilər.

Ünvan: Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 29/22, mənzil 13
Əlaqə nömrəsi: ev: (018) 655-79-44 ; mobil: (055) 373-46-48 (Mobil)

Hesab nömrəsi:
Azərbaycan Beynəlxalq Bankı
Sumqayıt filialı
SWIFT IBAZAZ2X

Azərbaycan Respublikası, Sumqayıt şəhəri,
Səməd Vurğun küçəsi, 112/14
14-cü məhəllə,

Kod: 805658
Müxbir hesab: AZ03NABZ01350100000000002944
VÖEN: 9900001881
SWIFT İBAZAZ2X
Benefifiarın adı: OMAROVA GULBANİZ CAHANGİR
Benefisiarın hesablaşma hesabı:
İBAN AZ53İBAZ3380101944924684213


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3351   Tarix: 17 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib. "Report" xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə vəsatətə baxılıb və təmin olunması barədə qərar çıxarılıb. Xatırladaq ki, Qubad İbadoğlu aprelin 22-də Nərimanov Rayon Məhkəməsində keçirilə

01.05.2024 306
.

Milli Məclisin deputatı mandatdan məhrum edilir - MSK təcili toplanır

Sabah Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək. İclasda Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxılacaq. Qeyd edək ki, Prezident İlham Əliyevin 8 aprel tarixli sərəncamı ilə Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib. Ramin Məmmədov 6

01.05.2024 3000
.

İbtidai siniflər üçün 5 günlük tətil başladı

Azərbaycanın orta məktəblərində bu gündən ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili başlayır. xəbər verir ki, bu gündən başlayan tətil mayın 6-a kimi davam edəcək. Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə əsasən, ümum

01.05.2024 254
.

"Rəsmi Tələviv İrana qarşı beynəlxalq koalisiya yaratmağa çalışır" - RƏY

Yerusəlimdə hökumət başçısının ofisində İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ dövlət katibi Antoni Blinken arasında qapalı görüş keçirilib. Politoloq Turan Rzayev -a bildirib ki, görüş İsrail-İran gərginliyi ilə bağlıdır. Rəsmi Tələviv İrana qarşı beynəlxalq koalisiya yaratmağa çalışır:. "İsrai

01.05.2024 245
.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilib

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilib. APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Media haqqında" Qanuna dəyişiklikdə əksini tapıb. Beləliklə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi çap mediası subyektinin təsisçisi ola biləcək. Qeyd edə

01.05.2024 187
.

Axtarılan şəxs görün harda idi - VİDEO

Türkiyənin Mersin şəhərində 7 il 7 ay 15 gün axtarılan şəxs tapılıb. BİG.AZ xəbər verir ki, polis əməkdaşları onu öz evində yatağının altında gizlənərkən tapıblar. Onun gizləndiyi yer sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Həmin görüntüləri təqdim edirik:

01.05.2024 356
.

Çində avtomobil yolunun çökməsi nəticəsində 19 nəfər ölüb

Çinin cənubundakı Quandun əyalətində baş verən sürüşmə nəticəsində magistralın çökməsi nəticəsində 19 nəfərin ölüb. xəbər verir ki, ölkə mətbuatında yer alan xəbərlərə görə, Meycou şəhərində həddindən artıq yağışın səbəb olduğu torpaq sürüşməsi şəhərlərarası avtomobil yolunun 18 metrlik hissəsinin çökməsin

01.05.2024 234
.

Bakı metrosunda qorxulu anlar - VİDEO

Bu gün Bakı metrosunda qorxulu anlar yaşanıb. -in xəbərinə görə, bir nəfər metronun "Gənclik" stansiyasında qatar yoluna düşüb. Sözügedən şəxs digər şəxslərin müdaxiləsindən sonra platformaya çıxarılıb. "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat

01.05.2024 662
.

Toyda qonağın bu hərəkəti Şəbnəmi əsəbiləşdirdi - Video

Müğənni Şəbnəm Tovuzlu toy məclislərindən birində xoşagəlməz hadisə ilə rastlaşıb. Axşam.az xəbər verir ki, görüntülər sosial mediada yayılıb. Videoda müğənni mahnı ifa edən zaman qonaqlardan ona pul verərək qolundan tutub rəqsə dəvət etdiyi əks olunub. Şəbnəm pul alıb və əli ilə ondan uzaqlaşmasın

01.05.2024 958