"Kamran Həsənli hələ də 85 mini qaytarmayıb"

"Kamran Həsənli hələ də 85 mini qaytarmayıb"Müğənni Samir Piriyevlə aparıcı Kamran Həsənli arasındakı pul qalmaqalı davam edir.

BiG.AZ xəbər verir ki, bu barədə "ölkə.az"-a S.Piriyevin hüquqlarını müdafiə edən hüquqşünas Ruslan Əhmədoğlu deyib:

"Bildiyiniz kimi, Nərimanov rayon prokurorunun təqdimatı əsasında Kamran Həsənli barədə başlanılmış cinayət işi artıq ilyarımdır ki, süni şəkildə yubadılır. Samir Piriyevə külli miqdarda ziyan vurmuş, bacısı Gülərlə əvvəlcədən əlbir olmuş və etibardan sui-istifadə edib aldadaraq mənimsədiyi 115 min ABŞ dollarının 15 mininin əvəzinə avtomobil verib, 10 minini isə nağd pul şəklində qaytarıb. Yerdə qalan 85 min dolları isə hələ də qaytarmaq fikri yoxdur! İstintaq zamanı Türkiyəyə bu işlə müəyyən sorğular göndərməklə istintaq dayandırılmışdır. Əgər Kamran Həsənli nəinki Samir Priyevə, hətta özünə məxsus heç bir səhm göstərə bilmirsə, hansı beynəlxalq tapşırıqdan söhbət gedə bilər? Aydın məsələdir ki, Türkiyədən mövcud olmayan şirkət barəsində və səhmlə bağlı hər hansısa cavab gəlməyəcək. Onda belə çıxır ki Samir Piriyev Bakıda əlbəəl verdiyi pulu almaq üçün Türkiyədən hansısa cavab gözləməlidir? Bu zaman belə çıxır istənilən şəxs Bakıda dələduzluq yolu ilə aldadıb kiminsə pulunu mənimsəyib, sonra hüquq muhafizə orqanlarına ifadə verərək "pullar Nigeriyada və ya Afrikadadır" deməklə məsuliyyətdən azad olacaq?".

R.Əhmədoğlu işi aparan müstəntiq barədə də danışıb:

"Bu iş savadsız, təqaüd yaşına çatmış bir müstəntiqin əlində idi. İş ondan alınaraq başqa müstəntiqin icraatına verilib. O, gedər-gəlməzə sorğu göndərib, illərlə gözləyirdi. Budur obyektiv aparılan cinayət işi? Bakı Şəhər Prokurorluğunda Kamran Həsənlinin havadarlarının ikisi vəzifədən kənarlaşladırılıb. Bəs indi kimdir cinayət işinə mane olan? Bütün nazirliklərdə beynəlxalq şöbələr mövcud ola-ola, mövcud olmayan şirkət barədə cavab olmaq bu qədərmi cətindir? Ölkənin hüquq-mühafizə orqanlarının rəhbərlərindən xahiş edirəm, bu işi nəzarətə götürsünlər. Çünki artıq bu cinayət sübut olunub və alternativ variant yoxdur".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1184   Tarix: 17 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939