Türkiyəli ulduzlarla işə başlayan azərbaycanlı aktyor 3 günə dəyişdi - FOTOLAR

Türkiyəli ulduzlarla işə başlayan azərbaycanlı aktyor 3 günə dəyişdi - FOTOLARYeni sezonda işıq üzü görəcək filmlərdən biri də "Artlemma" film şirkətinin istehsalı olan "O kuş buraya gelecek" filmidir.

Filmin baş rollarında Türkiyənin populyar sənətçiləri Ufuk Özkan, Mehtap Bayri və Azərbaycanın tanınmış aktyoru Müşviq Şahverdiyev rol alıb.

BiG.AZ-a açıqlama verən Müşviq Şahverdiyev bildirib ki, bu filmdən gözləntiləri həddən artıq çoxdur: "Bildiyiniz kimi "Kəklikotu" filmimiz uğurla başa çatdı. Planlamaya görə, oktyabrda həmin filmimiz kinoteatrlara daxil olacaq. Bütün komandanı təbrik edirəm. Sözügedən film bitən kimi ikinci filmə dəvət aldım. Əsas ofisi Türkiyədə yerləşən əziz qardaşım olan Təvəkkülün "Artlemma" şirkətinin istehsalı olan "O kuş buraya gelecek" filminin çəkilişlərinə start vermişik. Komediya janrında olan bir filmdir. Ssenarini çox bəyəndim, aktyor heyətini də sevdim. Komandanın hər bir üzvü çox dəyərlidir. Tez bir zamanda qaynayıb-qarışdıq. Mənə ilk başlarda ən çətin gələn isə filmin türk dilində olmasıdır. Mənim də türkcəm olmadığı üçün onlara çətinlik yaradacağımı düşünürdüm, amma qısa zamanda türk dilini mənimsədim və hər şeyi yolunda getdi. Ssenarinin öhdəsindən uğurla gəlməyə başladım. Filmin çox uğurlu olacağını fikləşirəm. Filmin Türkiyə bazarında yayımlanması mənim karyerama uğur qatacaq deyə düşünürəm. Türkiyədən yaxşı təklif gəlsə, təbii ki qəbul edərəm".

Ufuk Özkan da öz növbəsində filmin çox möhtəşəm və uğurlu olacağını söyləyib: "Mən Azərbaycana ilk dəfə 2013-cü ildə gəlmişdim. "Zengin kız fakir oğlan" serialı zamanı burada çox tanınırdım. Məni çox yaxşı qarşıladılar. Buna görə hər birinizə minnətdaram. Bizə göstərdiyiniz sevgi, qayğı çoxdur. Bu flm təklifi də mənə gəlincə ssenari ilə tanış oldum və bəyəndim. Azərbaycanın məşhur aktyoru da Müşviqin də rol alacağını öyrəndim. İlk başlarda Müşviqin ssenarini oxuyan zaman çətinlik çəkməsi məndə sual yaratdı ki, onunla alınacaqmı? Amma 3 gün sonra Bakıda səhnə çəkən zaman sanki Müşviq gedib, yerinə bir başqası gəlib. Çox səliqəli formada və professional şəkildə rolunu oynayır. Mən onun yerinə özümü qoysam, inanmıram ki, 3 günə o cür məsafə qət edim. Sizdə bir az texniki məsələdə çətinlik çəkirik. Amma rejissorumuz Xəyal Aslanzadə bizi çox yaxşı idarə edir. Sizdə bildiyim qədərilə film sektoru yeni-yeni inkişaf edir. Bizdə bu mərhələlər çoxdan keçilib deyə imkanlarımız çoxdur. İnanıram ki, zamanla sizin film sektorunda da bu çətinliklər həllini tapacaq. Amma hər şeyə baxmayaraq, çox uğurlu film ortaya qoyacağımıza inanırıq. Təvəkkül, Elnur və Resana çox minnətdaram. Onlar bizim üçün hər şey etməyə çalışırlar ki, təki narazılıq olmasın. Bir sözlə, film haqda ağızdolu danışmaq olar, həm də komandamız haqda. Tamaşaçılara səslənmək istəyirəm ki, çox bəyənəcəyiniz bir film olacaq. Mütləq izləməyinizi tövsiyə edirəm. Bu film uğurlu olduqdan sonra İnşallah "O kedi buraya gelecek" filmini də çəkərik".

Türkiyəli ulduzlarla işə başlayan azərbaycanlı aktyor 3 günə dəyişdi - FOTOLARTürkiyəli ulduzlarla işə başlayan azərbaycanlı aktyor 3 günə dəyişdi - FOTOLARTürkiyəli ulduzlarla işə başlayan azərbaycanlı aktyor 3 günə dəyişdi - FOTOLARTürkiyəli ulduzlarla işə başlayan azərbaycanlı aktyor 3 günə dəyişdi - FOTOLARTürkiyəli ulduzlarla işə başlayan azərbaycanlı aktyor 3 günə dəyişdi - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2331   Tarix: 14 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Torpaq yemək istəyirəm"

Ana olmağa hazırlaşan aparıcı Çinarə Əliyeva maraqlı açıqlama verib. OLAY yazır ki, bu barədə o, "İncə səhər" verilişində qonaq olarkən danışıb. "Bütün gün sumax və keşniş yeyirəm. Kim bizə gəlsə, deyirəm bunlardan al. Mən uşaq vaxtı torpaq xoşlayırdım. İndi bağda iş görəndə istəyirə

16:49 362
.

"Titanik"in aktyoru vəfat etdi

Dünyaca məşhur şotlandiyalı aktyor və yazıçı Brayan Makkardi vəfat edib. Axşam.az xəbər verir ki. aktyor 59 yaşında evində qəfil dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb. Qeyd edək ki, Makkardi karyerasına 1980-ci illərin sonlarında başlayıb. O, "Damaged", "Time", "Lin

01.05.2024 362
.

Xidmətçisi Fatimənin evindən oğurluq edib

Rəqqasə Fatimə Fətəliyevanın evindən oğurluq edilib. Axşam.az xəbər verir ki, bu barədə o, "Xəbərin var?" verilişində qonaq olarkən deyib. Fatimə 4 il evində çalışan qadının ondan oğurluq etdiyini açıqlayıb:. "Anam yaşlı qadındır, iş görə bilməz, mənimlə birlikdə yaşayır. Mən də hər gü

02.05.2024 747
.

Xoşqədəm Hidayətqızı danışdı: "Zaur mənə dedi ki..."

"Mən İnstaqramda tənqidi şərhləri oxumuram. Keçən il avqustunda səhhətimdə problem yarandı. Bu, stressdən əmələ gəlmişdi". BİG.AZ -a istinadən bildirir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı "Günaydın, Azərbaycan" verilişində deyib:. "O zaman həkim mənə dedi ki, neçə uşağını

28.04.2024 2184
.

"Yaprak Dökümü"nün Ferhundesi ana olmaq istəyir

Aktrisa Deniz Çakır ana olmaq istədiyi deyib. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. "Uşaq istəyirəm. Yaxşı ana olacağıma əminəm. Elə bir uşaq doğaram ki, bəlkə bütün dünyanı dəyişdirər hissi mənə motivasiya verir. Bu ölkəyə bir qız uşağı yetişdirmək istəyirəm" ,- deyə o bildirib

29.04.2024 1445
.

"Zeynəb Xanlarovanın mahnılarını oxumayın, hamısı mənimdir"

Müğənni Fədayə Laçın Xalq artisti Zeynəb Xanlarovanın "Mələyimsən" mahnısını ifa edib. Axşam.az xəbər verir ki, o, ifasının sosial media hesabında paylaşaraq bu sözləri qeyd edib:. "Bu mahnı üçün ölürəm. Elə mahnı da mənim üçün ölür. Mən Zeynəb xanımdan və mahnılarından doymuram. Doymaram

01.05.2024 2164
.

Kıvanç Tatlıtuğun oğlu ilə yeni fotoları

Aktyor Kıvanç Tatlıtuğun oğlu Kurt Efe ilə şəkilləri yayılıb. xəbər verir ki, aktyor şəkilləri sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, Kıvanç Tatlıtuğ və Başak Dizer cütlüyünün oğlu 2 yaşındadır

29.04.2024 857
.

"Kasıb ölmək sənin səhvindir"

Müğənni Ayan Babakişiyeva paylaşımı ilə müzakirə yaradıb. OLAY yazır ki, o, ailə həyatından və maddi durumundan danışan imkansız gəncin müsahibəsini paylaşaraq sərt sözlər qeyd edib:. "Kasıb olmaq ayıb deyil, amma kasıb ölmək sənin səhvindir. Əgər yaşadığın ölkədə iş varsa, get, tap işlə. O qədə

01.05.2024 1045
.

"Ailəmizin birlikdə olduğu son məclis" - FOTO

Nəvəsi Rəfiqə mərhum Əməkdar artist Cavanşir Məmmədovla bağlı yeni paylaşım edib. Axşam.az xəbər verir ki, o, öz nişan günündən foto yayımlayıb. Rəfiqə bildirib ki, son dəfə ailəsi həmin məclisdə bir arada olub. "Ailəmizin birlikdə olduğu son məclis" deyə, o, paylaşıma yazıb. Qeyd edək ki

29.04.2024 1114