Ruhi xəstə dispanserdən qaçdı: AXTARILIR - FOTOSU

Ruhi xəstə dispanserdən qaçdı: AXTARILIR - FOTOSUSumqayıt sakini, 33 yaşlı Nəsirov Nicat Ağahüseyn oğlu müalicə aldığı Sumqayıt şəhər Ruhi Əsəb Xəstəlikləri Dispnserindən qaçıb.

Xeberle.com dispanserin baş həkimi Mayıl Tağıyev ilə əlaqə saxlamağa çalışdı. Lakin baş həkim məzuniyyətdə olduğu üçün məsələ ilə bağlı onu əvəz edən Elizbar Bəbirova müraciət etdik. Onun sözlərinə görə, Nicat avqust ayının 2-si, saat 18:30 radələrində xəstəxanadan qaçıb:

"Nəsirov Nicat Hüseynağa oğlu mütəmadi olaraq bizim xəstəxanada yatır. Bizim yeməkxana xəstəxanadan bir az aralı məsafədə yerləşir. Hər gün üç dəfə olmaqla xəstələri oraya yemək üçün aparırıq. Həmin gün də axşam saat 18 radələrində xəstələri yeməkxanaya aparmışdıq.

Sözügedən xəstə qayıdarkən termosuna çay doldurub geri gələcəyini bildirdi. Arxaya dönən kimi qaçaraq hasarı tullandı və nəzarətçi həkimlər də ona çata bilmədilər". Elizbar həkim bildirdi ki, xəstənin insanlar üçün heç bir təhlükəsi yoxdur:

"Nicatın yaddaş zəifliyi var. Sadəcə olaraq ünvanı və telefon nömrələrini xatırlamaqda çətinlik çəkir. Ümumi götürsək o, qətiyyən sosial təhlükəli xəstə deyil". Həkimin dediyinə görə, xəstə qaçdıqdan sonra müəyyən müddət həkimlər tərəfindən axtarılıb. Axtarışların heç bir nəticə vermədiyini gördükləri üçün dərhal ailəsinə və yaxınlıqda yerləşən 4-cü polis bölməsinə müraciət olunub. Xəstənin anası Mehriban Ağayeva isə oğlunu Xırdalanda, dükana girərkən görüldüyünü deyib. Xanım həmçinin bildirib ki, Nicat evdə olarkən də tez-tez qaçaraq Xırdalana, Bakıdakı İdman Kompleksinə gedirdi. Qeyd edək ki, Nicat Nəsirov idmançı olub və əvvəllər ailəsi ilə Rusiyada yaşayıb. Xəstəliyi də məhz həmin ölkədə, bir neçə erməni tərəfindən döyülməsi nəticəsində yaranıb. 3-4 il bundan qabaq Nicatın ailəsi deportasiya olunub. İki ildir ki, o, xəstəliyi ilə əlaqədar mütəmadi olaraq Sumqayıt şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanserində müalicə alır. Nəsirov Nicat Ağa Hüseyn oğlu hələlik axtarışdadır. Onu görənlərdən aşağıdakı nömrələr ilə əlaqə saxlamaqları xahiş olunur:050-761-81-63 055-789-24-84


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3202   Tarix: 10 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

ABŞ-da daha 2 universitet Qəzza etirazlarına qoşulub

ABŞ-da daha 2 universitet Qəzza etirazlarına qoşulub. BİG.AZ xəbər verir ki, ölkənin hər yerində universitet kampuslarına yayılan "İsrailin Qəzzaya hücumlarına reaksiya" aksiyasında paytaxt Vaşinqtondakı Corctaun və Corc Vaşinqton universitetlərinin tələbələri də iştirak edib. ABŞ-ın aparıc

11:48 69
.

Fahriye və Burak Özçivit cütlüyünün yeni görüntüsü - FOTO

Fahriye və Burak Özçivit cütlüyünün yeni görüntüsü yayılıb. xəbər verir ki, şəkli Fahriye Evcen sosial şəbəkədə ağ ürək qoyaraq paylaşıb. Görüntüyə minlərlə bəyənmə və şərh gəlib

25.04.2024 90
.

Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"

İş adamı Murad Özdəmirlə Dubayda ailə quran 49 yaşlı müğənni Ebru Gündəş ötən günlərdə Zərgərlik İxracatçıları Birliyinin mükafatlandırma mərasimində səhnəyə çıxıb. Axşam.az xəbər verir ki, ifaçı zaldakı zərgərlərdən birindən üzüyünü daha böyüyü ilə dəyişdirməyi təklif edib. O, əlindəki üzüyü göstərərə

12:23 450
.

"Yaşımı heç vaxt sirr saxlamadım"

Aktrisa Xəyalə Quliyeva doğum günü münasibətilə sosial media hesabında paylaşım edib. OLAY yazır ki, o, yaşını göstərən şarların da olduğu fotosunu izləyiciləriylə bölüşərək yaşını heç vaxt sirr saxlamadığını bildirib. "Yaş qadının ən böyük sirridir deyiblər. Bu mövzuda heç vaxt sirr saxlamadım

10:24 794
.

Qəzzada 34305 adam ölüb

İsrailin hücumlarını davam etdirdiyi Qəzzada 34305 insan ölüb. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 202 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda dah

25.04.2024 230
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25.04.2024 1207
.

İnfarkt riskini sıfıra endirən şirə

Bir çox ölümcül tibbi problemlərə səbəb olan qan təzyiqi və xolesterini aşağı salmağın çox asan yolu var. Mütəxəssislər bildirirlər ki, gündə cəmi iki stəkan albalı şirəsi içmək bəzi ölümcül tibbi fövqəladə halların baş vermə ehtimalını azaltmaq üçün kifayət qədər güclü təsir göstərə bilər. xəbər veri

25.04.2024 763
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25.04.2024 338
.

Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro

Yeni HONOR Magic6 Pro flaqman smartfonu fevral ayında MWC 2024 sərgisində qlobal bazara təqdim edilmiş və həmin tədbirdə bir çox mükafatlar qazanmışdır. Bundan əlavə, bu smartfon bu günə qədər DXOmark reytinqindən 5 qızıl mükafat alan 2024-cü ilin ilk smartfonudur. Görünüş - eleqant. HONOR Magic6 Pr

10:00 218