ŞOK! İlhamə Quliyevanın adından saxta sənəd hazırlayıb ƏMLAKINI MƏNİMSƏMƏK İSTƏDİ

ŞOK! İlhamə Quliyevanın adından saxta sənəd hazırlayıb ƏMLAKINI MƏNİMSƏMƏK İSTƏDİXalq artisti, mərhum sənətkar İlhamə Quliyevanın vəfatından təxminən il yarım keçməsinə baxmayaraq, hələ də sənətkarın sağlığında baş vermiş məlum xoşagəlməz hadisələrlə bağlı söz-söhbət səngimək bilmir.

BiG.AZ xəbər verir ki, axşam.az-a daxil olan məlumata görə, sənətkarın keçmiş köməkçisi Mehriban Hüseynovanın İ.Quliyevaya qarşı hazırladığı sui-qəsdlə bağlı cinayət işində şahid qismində dindirilən Zəminə Xıdır qızı Məhərrəmova açıqlama verib.

O bildirib ki, məlum hadisənin müstəntiqi Müşfiq Abbasov ondan külli-miqdarda pul tələb edib. Bundan başqa, vətəndaşların çoxsaylı şikayətləri əsasında onun törətdiyi əməllər barəsində Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı İdarəsində cinayət işi açılaraq, iş aparılır.

Z.Məhərrəmovanın təfərrüatlı açıqlamasını təqdim edirik:

"Mən Bakı şəhər Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi Müşfiq Abbasov tərəfindən aldadılaraq 3000 (üç min) manatım mənimsənilib.

M.Hüseynovanın İ.Quliyevaya qarşı sui-qəsd hazırlanması barədə İlhamə xanımın şikayəti əsasında Bakı şəhər Prokurorluğunun əməkdaşı müstəntiq Müşviq Abbasov tərəfindən araşdırılma aparılırdı.

Həmin zaman mən də ora şahid qismində dəvət olunmuşdum. Ona görə ki, Mehriban Hüseynova İlhamə Quliyevanın adından saxta vəsiyyətnamə yazaraq, əmlakını ələ keçirmək istəyirdi. Həmin saxta sənədi mən Mehribanın əlindən alaraq, İlhamə xanıma təqdim etmişdim.

Bildiyiniz kimi, həmin ərəfələr Vüqar Bəkirovu günahsız yerə şərləyib, həbs etdirdilər. Bu da kimləriminsə marağına xidmət edirdi. Onu da bilirik ki, Vüqar Bəkirov həbs olunan zaman ona məxsus olan "Samsung", "Alcotel" və "Toshiba" markalı mobil telefon və kompüterini mənə saxlamağa vermişdi ki, birdən istintaqa kömək məqsədi ilə Mehriban Hüseynovanın səs yazıları lazım olarsa, təqdim edim və elə də oldu.

Mən Vüqar Bəkirovun əşyalarını Müşfiq Abbasova təqdim etdim. Həmin zaman Müşfiq Abbasov məni hədələməyə başladı. Deyirdi ki, "sən kim idin ki, Mehribandan vəsiyyətnaməni alıb, İlhaməyə verirdin...!"

Mən ona bildirdim ki, "Müşfiq müəllim, siz nə danışırsınız....?! Mən, Vüqar və Orxan Nadirov (İlhamə Quliyevanın oğlu) İlhamə xanımı ölümdən qurtarmışıq. Hər şeyi bilə-bilə siz necə bu sözləri deyə bilirsiniz?"

M.Abbasov da cavab olaraq dedi ki, "İmkan verərdin öldürərdi, bundan sonra Mehribanı tutardıq".

M.Abbasov məni qorxudaraq, ilkin 5000 (beş min) manat, daha sonra 4000 (dörd min) manat tələb edirdi. Və nəhayət sonda 3000 (üç min) manatımı ala bildi. Həmin pulun bir qismini yaxın rəfiqəm Aygündən alaraq, 2000 (iki min) manatını isə özümə məxsus olan qızıl əşyalarımı lombarda qoyaraq götürmüşəm və şəxsən Müşviq Abbasova vermişəm. Bundan sonra aldandığmı bildikdən sonra dəfələrlə Müşviqdən pulumu istəsəm də, o, buna əhəmiyyət vermədi.

Hətta Vüqar Bəkirovun əşyalarını ona təqdim etdiyim protokolu da ondan ala bilmədim. Şükürlər olsun ki, Vüqar Bəkirov bugünkü gündə öz günahsızlığını sübuta yetirərək, azadlığa çıxdı və onunla birgə dəfələrlə Bakı şəhər Prokurorluğuna gedərək, Müşviq Abbasovdan ona məxsus olan əşyaları geri istədik. Amma o, əşyaları geri qaytarmaqdan imtina edərək, boyun qaçırdı. Və bu proses 1 il ərzində davam etdi. Bizi süründürməçiliyə məruz qoyaraq, bu gün-sabah deyə-deyə müxtəlif bəhanələr gətirirdi. Hal-hazırda Bakı şəhər Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi Müşviq Abbasov barəsində Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı İdarəsində cinayət işi açılaraq, iş aparılır.

Müşviq Abbasov barəsində vətəndaşların çoxsaylı şükayətləri əsasında onun törətdiyi əməllər sübuta yetirilir. Bu gün (09.08.2017) Nərimanov rayon müvəqqəti saxlama təcridxanasından çıxıram və Müşviq Abbasovla üzləşməm oldu.

Onun məndən aldığı 3000 (üç min) manat pulumu və Vüqar Bəkirova məxsus olan əşyaları geri qaytarılmasını tələb etdim. Bu günə qədər ona görə lombarda faizlə pul verirəm. Hər ay ödədiyim həmin məbləğləri də ondan tələb edirəm. Onun orada etdiyi hərəkətləri görüb, dəhşətə gəldim. Belə ki, 15 il dövlət qulluğunda çalışan bir məmurun törətdiyi qanunsuzluq, yolverilməz hərəkətləri nəticədə Vüqar Bəkirova məxsus olan "Samsung" markalı (dəyəri 365 manatdır) telefonu mənimsəyərək, öz maraqları üçün istifadə edib.

Onu da bildirmək istəyirəm ki, bu işlə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı İdarəsinə dəvət olunan Müşviq Abbasovla bağlı şikayət ərizəmi vermişəm. Məndən hədə-qorxu ilə aldığı 3000 (üç min) manat pulumu geri qaytarılmasını tələb etdim. Müşviq Abbasov kimi dövlət məmuru olmaqdansa, məhbus olmaq daha yaxşıdır. Amma məncə, ona məhbus adı da vermək haramdır. Çünki o, məhbusun payını da yeyəcək. İndi bilsin ki, günahsız adamların başına oyun açıb, hədə-qorxuyla pul almaq nə deməkdir. Kimlərisə dələduzluluqda ittiham edib, həbs etdirməklə deyilmiş".

ŞOK! İlhamə Quliyevanın adından saxta sənəd hazırlayıb ƏMLAKINI MƏNİMSƏMƏK İSTƏDİ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2485   Tarix: 09 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Yaprak Dökümü"nün Ferhundesi ana olmaq istəyir

Aktrisa Deniz Çakır ana olmaq istədiyi deyib. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. "Uşaq istəyirəm. Yaxşı ana olacağıma əminəm. Elə bir uşaq doğaram ki, bəlkə bütün dünyanı dəyişdirər hissi mənə motivasiya verir. Bu ölkəyə bir qız uşağı yetişdirmək istəyirəm" ,- deyə o bildirib

29.04.2024 1434
.

Günay efirdə göz yaşlarına "QƏRQ OLDU" - VİDEO

Teleaparıcı Günay Baxşəliyeva aparıcısı olduğu "Günaylı gün" verilişində duyğusal anlar yaşayıb. xəbər verir ki, buna səbəb verilişdə qonaq olan həkim Xariqə xanımın qardaşının şəhid olduğu gün olması olub. Canlı efirin qonağı olan muğam ifaçısı, Xalq Artisti Könül Xasıyevanın ifası zaman

16:17 398
.

O da "Bahar"a gəldi - Foto

"Bahar" serialına yeni aktrisa daxil olacaq. Axşam.az xəbər verir ki, ekran işində Yasemin Sakallıoğlu rol alacaq. O, layihədə qonaq rollardan birinə həyat verəcək. Qeyd edək ki, serialın baş rolunu aktrisa Demet Evqar canlandırır. Serialda eyni zamanda Mehmet Yılmaz Ak və Buğra Gülsoy da çəkili

28.04.2024 566
.

Xidmətçisi Fatimənin evindən oğurluq edib

Rəqqasə Fatimə Fətəliyevanın evindən oğurluq edilib. Axşam.az xəbər verir ki, bu barədə o, "Xəbərin var?" verilişində qonaq olarkən deyib. Fatimə 4 il evində çalışan qadının ondan oğurluq etdiyini açıqlayıb:. "Anam yaşlı qadındır, iş görə bilməz, mənimlə birlikdə yaşayır. Mən də hər gü

11:22 566
.

Qonca Vuslateri ana olandan sonra ilk dəfə paylaşım edib

Türkiyəli aktrisa Qonca Vuslateri ana ana olandan sonra ilk dəfə paylaşım edib. xəbər verir ki, aktrisa sosial şəbəkədə qızı ilə şəklini paylaşıb. "Mən həmişə uşaq dünyaya gətirmək haqqında danışanda qoxardım. Çox balacadılar, əlimdən düşər, tuta bilmərəm deyə qorxardım. Onu qucağıma alanda bel

10:54 544
.

15 illik fanatı Ayselin instaqramını tapdı

Avroviziya təmsilçimiz Aysel Teymurzadə növbəti paylaşımıyla diqqət çəkib. OLAY yazır ki, ifaçı 15 illik xarici fanatının ona yazdığı təşəkkür mesajını izləyiciləriylə bölüşüb. "Salam, Aysel. İnstaqramınızı tapdığım üçün çox xoşbəxtəm. Avroviziyada "Always" ilə çıxış edəndə 15 yaşım va

01.05.2024 897
.

İki həftəyə 4 kiloqram arıqladı

"İki həftədir pəhrizdəyəm, 4 kiloqram çəki atmışam. Ciddi pəhrizdiz, çalışıram ki öz çəkimə qayıdım. Pilatesə gedirəm, yürüyüş edirəm. Səhnə bunu tələb edir". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva "İncə səhər" verilişində deyib. Sənətçi qida rasionundan da danışıb:

01.05.2024 1321
.

60 yaşında gözəllik müsabiqəsinin qalibi oldu, tarixə düşdü

60 yaşlı jurnalist və hüquqşünas Aleksandra Marisa Rodriges "Miss Argentina" müsabiqəsində Buenos-Ayres əyalətini təmsil edib. Axşam.az xəbər verir ki, ölkənin ən gözəl qızı adı uğrunda mübarizə aparmaq üçün Rodriges öz bölgəsində 34 digər namizədi geridə qoyub. Beləliklə, Rodriqes "Kaina

28.04.2024 758
.

"Xəzər"in aparıcısı ərə getdi

"Xəzər" TV-nin aparıcısı Səhər Əkbər ailə qurub. OLAY yazır ki, onun toyu ötən gün paytaxt restoranlarının birində baş tutub. Aparıcının xoş günündə kanalın "Ənənə boğçası" verilişi çəkiliş edib

30.04.2024 1493