Azərbaycan XİN-dən SƏRT BƏYANAT: "Cəzasızlığın nəticəsidir ki..."

Azərbaycan XİN-dən SƏRT BƏYANAT: "Cəzasızlığın nəticəsidir ki...""Ermənistan vəhşiliyinin, xüsusilə azyaşlı uşağı və qadınları hədəfə almasının beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə pislənməsinə baxmayaraq, Ermənistan bu çirkin əməllərindən nəticə çıxarmayaraq 7 avqustda 13 yaşlı Yusifov Raminin yaralanması ilə nəticələnən növbəti barbar əməli törədib".

BiG.AZ xəbər verir ki, bunu Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev qoşunların təmas xəttində baş verən son gərginliyi şərh edərkən deyib. O bildirib ki, mülki insanların, o cümlədən uşaqların hədəfə alınması və qətlə yetirilməsi məqsədi daşıyan qəddar əməllər Ermənistanın siyasi-hərbi rəhbərliyinin yürütdüyü dövlət terrorizmi siyasətidir: "25 ildən artıq dövr ərzində Ermənistanın Azərbaycana qarşı apardığı müharibə nəticəsində Ermənistan tərəfindən çoxsaylı hərbi cinayətlər, soyqırım və bəşəriyyət əleyhinə cinayət əməlləri törədilib. Xocalı soyqırımı bunun ən dəhşətli və qanlı nümunələrindən biridir. 2016-cı ilin aprelində Ermənistan rəhbərliyinin törətdiyi hərbi avantüra nəticəsində cəbhə xətti boyunca 34 mülki şəxs yaralanıb, arasında uşaq olmaqla, 6 nəfər həlak olub. Mülki Azərbaycan əhalisinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan silahlı qüvvələri əks-həmlə tədbirləri həyata keçirib, atəş nöqtələri susdurulub və işğal altında olan bir sıra strateji məntəqələr azad edilib".

H. Hacıyevin sözlərinə görə, Ermənistanın yenilənmiş hərbi doktrinasında cəbhə xətti boyunca asimmetrik hücumların həyata keçirilməsi və bu xüsusda mülki insanların və obyektlərin hədəfə alınması açıq şəkildə təsbit olunub: "Ermənistana münasibətdə hökm sürən cəzasızlığın nəticəsidir ki, Ermənistanın hərbi rəhbərliyi mülki insanlar və mülki obyektlərin hədəfə alınmasından çəkinmədiyini etiraf edən bəyanatlarla çıxış edir. Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır. Müasir beynəlxalq hüquqa əsasən bu əməllərə görə bir dövlət olaraq Ermənistan Respublikası ilə bərabər, Ermənistanın siyasi-hərbi rəhbərliyində olan şəxslər də bilavasitə məsuliyyət daşıyırlar. Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu danışıqlar prosesinə ciddi maneədir, hərbi risklərin və gərginliyin yaranmasının əsas səbəbidir. İşğala əsaslanan qəbuledilməz və qeyri-davamlı status-kvonun dəyişdirilməsi üçün ilk növbədə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması təmin edilməlidir. Bir daha bəyan edirik ki, Ermənistanın törətdiyi təxribat və hücumların qarşısını almaq üçün Azərbaycanın atmalı olacağı addımların məsuliyyəti tam şəkildə Ermənistanın üzərinə düşür".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 771   Tarix: 08 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25.04.2024 276
.

Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro

Yeni HONOR Magic6 Pro flaqman smartfonu fevral ayında MWC 2024 sərgisində qlobal bazara təqdim edilmiş və həmin tədbirdə bir çox mükafatlar qazanmışdır. Bundan əlavə, bu smartfon bu günə qədər DXOmark reytinqindən 5 qızıl mükafat alan 2024-cü ilin ilk smartfonudur. Görünüş - eleqant. HONOR Magic6 Pr

10:00 111
.

İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır

İspaniyadakı sol koalisiya hökumətinin Fələstin dövlətinin tanınması üçün eyni anda 4 ölkə ilə ortaq qərar verməyi planlaşdırır. xəbər verir ki, İspaniya Xarici İşlər Nazirliyindəki mənbələr Baş nazir Pedro Sançes və Xarici İşlər Naziri Xose Manuel Albares tərəfindən dəfələrlə dilə gətirilən Fələsti

25.04.2024 237
.

Dilan Polat ağladı, əri ittihamları rədd etdi - Məhkəmədə yaşananlar

Ötən ilin noyabrın 1-də çirkli pulların yuyulması və vergidən yayınma kimi bir sıra ittihamlarla saxlanılan türkiyəli sosial media fenomeni Dilan Polat, həyat yoldaşı Engin Polat və digərlərinin məhkəməsi baş tutub. Axşam.az xəbər verir ki, məhkəməyə gətirilən Dilan salona daxil olarkən Engini görü

25.04.2024 652
.

Azərbaycanda general vəfat etdi

Gömrük xidməti general-mayoru Arif Əliyev vəfat edib. Bu barədə İqtisadiyyat.az-a onun ailəsindən bildirilib. Qeyd edilib ki, A.Əliyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Qeyd edək ki, Arif Əliyev uzun illər gömrük orqanlarında xidmət edib. Ona 2006-cı ildə gömrük xidməti general-mayoru al

10:43 143
.

"Kaş hamı Cavanşir Məmmədov kimi yaşayardı"

Əməkdar artist Elza Seyidcahan mərhum həmkarı Cavanşir Məmmədovdan danışıb. Axşam.az xəbər verir ki, müğənni "Elgizlə izlə" verilişində ifaçının ölümündən danışıb. "Ölüm haqdır. Bilə bilmərik ki, kim harada öləcək. Kimə torpaq qismət olacaq, ya yox. Heç kim bilmir necə öləcək. Allahı

25.04.2024 478
.

Niyamla Aynur barışıb? - VİDEO

Bir müddət küsülü olan müğənni Niyam Salami ilə duet ortağı Aynur Dadaşova barışıblar. xəbər verir ki, sənətçi Niyam Salami ATV-də yayımlanan "Günaylı Gün" verilişində telefonla canlı bağlantıya qoşularaq, Aynur Dadaşovanı salamlayıb. O yaxın günlərdə Aynurla yeniden duet oxuyacağını bildirib

25.04.2024 435
.

Aktyordan xanımına söz atan müxbirə mükəmməl cavab

"Deliha" filmində birgə rol aldıqdan sonra bir-birlərinə aşiq olub evlənən Barış Arduc və Gupse Özay cütlüyü hər zaman medianın diqqətində olub. -ın Türkiyə mediasına istinadən xəbərinə görə, sosial şəbəkələrdə həmişə Gupsenin ərinə yaraşmadığı, çirkin olması barədə şərhlər yazılırdı. Onları

25.04.2024 1015
.

Avstraliyada 160-a yaxın balinadan 26-sı öldü

Avstraliyanın Qərbi Avstraliya ştatında yerləşən Tobis İnlet sahilində çoxlu balinalar ölüb. BİG.AZ xəbər verir ki, 160-a yaxın balinadan 26-sı ölüb. Bu barədə ştatın Biomüxtəliflik, Mühafizə və Attraksionlar Departamenti məlumat yayıb. Regionun zabiti Pia Courtis bu durumdan məyus olduğunu bildirib

25.04.2024 194