"İdmanda dopinq hər zaman olacaq" - Ramil Quliyev

"İdmanda dopinq hər zaman olacaq" - Ramil QuliyevBiG.AZ qol.az-a istinadən xəbər verir ki, hazırda Türkiyəni təmsil edən əslən azərbaycanlı atlet Ramil Quliyev Böyük Britaniyanın paytaxtı Londonda start götürən dünya çempionatı ərəfəsində "Hürriyet" qəzetinin suallarını cavablandırıb.

- Türkiyədəki həyat tərzinə tez uyğunlaşa bildinmi?

- Mən azərbaycanlı olduğumdan, özümü əcnəbi kimi hiss etməmişəm. Dilimiz eyni, doğulub boya-başa çatdığım Bakı da İstanbul kimi böyük şəhərdir. Buraya çox asanlıqla alışdım.

- Vətəndaşlığını dəyişən idmançılarla bağlı hansı fikirdəsən?

- Türkiyədə atletikaya böyük dəstək var. Məncə, əcnəbi idmançı Türkiyə adından yarışacaqsa, türkcə öyrənməli, burada yaşamalı, bu mədəniyyəti əxz etməlidir. Əcnəbi gəlib sadəcə, yarışıb gedirsə, o, bir az reklama işləyir və qərib sayılır. Lakin istənilən halda, bu da ölkə üçün yaxşı haldır.

- Londonda start götürən dünya çempionatında hədəfin nədir?

- Burada yalnız 200 metr məsafəyə qaçacağam. Ölkəmə medalla qayıtmaq üçün hər şey edəcəyəm.

- Atletikadan əlavə, maraqlandığın idman növü var?

- Hazırda vaxt heç olmur. Çünki həddən artıq məşq edirəm. Məşqçimlə oturub yarışlarımı təkrar-təkrar izləyir, məşqlərin analizini aparırıq. Ötən ay 100 metr məsafəni 9.97 saniyəyə qaçdım. Bununla 9.95 arasında cəmi 0,02 saniyə fərq var. Amma o 0,02 saniyəni 2 aylıq məşqlə endirmək olar. Tutaq ki, ayağını 2 dərəcə sola atsan, o belə çox böyük fərqə yol açır. Addımı fərqli atmaq üçün 2 ay çalışırsan. Məsafəni 10,42 saniyəyə qaçsan, çox böyük fərq olmayacaq. Amma 9.97 və 9.95-lə bəlkə də dünya çempionluğu və 8-ci yer qədər fərq yarana bilər.

- Dopinqə münasibətin necədir?

- İdmanda dopinq hər zaman olacaq. Bəziləri "Bu həbdən yararlansam, 0,1 saniyə fərq ata bilərəm" deyir, risk edirlər. Mən belə şey etmərəm. Bir həyatım var, etsəm, onu itirərəm. İdmanda dopinq, rüşvət kimi çox fərqli şeylər olur. İdmana siyasət qarışır. Dopinq problemli məsələdir.

- Useyn Boltla tanışlığınız var?

- Boltla ilk dəfə 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qarşılaşmışdım. O vaxtlar çox da böyük idmançı deyildi. Yarışlarda məni görən kimi salam verir. Çox təvazökar insandır. Rok ulduzu kimidir. Bəzi idmançılar var ki, kiçik bir nəticə göstərən kimi dərhal dəyişirlər. Sən isə onun yanında özünü pis hiss edirsən. Amma Bolt elələrindən deyil. Əksinə çox yaxşı insandır. Düzdür, Bolt "Londondakı dünya çempionatından sonra karyeramı bitirəcəyəm" deyib. Amma məncə, dönəcək.

- "Fənərbaxça" klubunun yaratdığı şəraitdən məmnunsunuz?

- Mənə çox böyük dəstək verirlər. İlk növbədə klub prezidenti Əziz Yıldırımı qeyd edərdim. Bu klub olmasaydı, bəlkə də Türkiyəyə gəlməyəcəkdim. Karyeramın, əldə etdiyim nəticələrin səbəbi klubumdur. "Fənərbağça" olmasaydı, bəlkə də atletika ilə çoxdan vidalaşmışdım


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1496   Tarix: 06 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Formula 1" pilotu koronavirusa yoluxub

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Alfa Romeo" komandasının pilotu Kimi Raykkonen koronavirusa yoluxub. "Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı sürücü bu səbəbdən Niderland Qran-prisində iştirak etməyəcək. Onu Robert Kubitsa əvəzləyəcək

05.09.2021 551
.

Avstraliyalı hücumçu "Neftçi"yə keçməkdən imtina edib

Avstraliyalı futbolçu Nikita Rukavitsanın "Neftçi"yə keçidi baş tutmayıb. Bu barədə "Report"a Bakı klubunun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib. Onun sözlərinə görə, daha əvvəl razılıq əldə olunan 34 yaşlı hücumçu Bakıd

28.08.2021 641
.

"Barselona"nın futbolçusu "Beşiktaş"da oynayacaq

Türkiyənin "Beşiktaş" klubu İspaniya "Barselona"sının futbolçusunu heyətinə qatıb. "Qara qartallar" katalon klubunun bosiyalı üzvü Miralem Pyaniçi icarəyə götürüb. "Barsa"da illik 8 milyon avro məvacib alan Pyaniçə İstanbul təmsilçisinin heyətində 3 milyon avr

02.09.2021 898
.

Azərbaycanın daha bir paracüdoçusu qızıl medal qazandı

Azərbaycanın qadın paracüdoçusu Sevda Vəliyeva Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb. xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada Pərvinə Səməndərova ilə üz-üzə gəlib. Rəqini 1:0 hesabı ilə məğlub edən Vəliyeva paralimpiya çempion

28.08.2021 647
.

Azərbaycan millisinin heyətində dəyişiklik baş verib

2022-ci il dünya çempionatının seçmə mərhələsində Portuqaliya ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik baş verib. "Report" AFFA-nın saytına istinadən xəbər verir ki, "Qarabağ"ın futbolçusu Maksim Medvedev zədə, Polşanın "Visla" (Plotks) klubunun üzvü Anto

05.09.2021 898
.

Güləşçilərimiz Avropa çempionatında 2 qızıl, 1 gümüş və bürünc medal qazanıb

Bu gün Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə yeniyetmə və gənclərin Avropa çempionatı keçirilib. Azərbaycan Güləş Federasiyasından "Report"a verilən məlumata görə, qitə birinciliyində baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 4 güləşçimiz mübariz

12.09.2021 746
.

DÇ-2022: Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazanıb - YENİLƏNİB

Futbol üzrə Azərbaycan millisi 2022-ci i dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. "Report"un məlumatına görə, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 4-cü matçında İrlandiyanın qonağı olub. Dublindəki "Aviva" stadionunda keçirilən qarşılaşm

04.09.2021 1053
.

Ronaldonun Bakıya gələcəyi dəqiqləşdi

Futbol üzrə Portuqaliya yığmasının 2022-ci il dünya çempionatının seçmə mərhələsində İrlandiya və Azərbaycanla oyunlarına və Qətərlə yoldaşlıq matçına heyəti bəlli olub. xəbər verir ki, baş məşqçi Fernandu Santos siyahıya 25 oyunçu daxil edib. Onların arasında İtaliyanın "Yuventus" klubunda

26.08.2021 1232
.

Hacı Əliyev əməliyyat olunacaq

Sərbəst güləş üzrə ikiqat Olimpiya mükafatçımız, üçqat dünya və üçqat Avropa çempionumuz Hacı Əliyev oktyabrda Norveçin paytaxtı Osloda keçiriləcək dünya çempionatında iştirak etməyəcək. -ın xəbərinə görə, məşhur idmançımız gözündə yaranan problemə görə əməliyyat olunacaq. Qeyd edək ki, əməliyyat sentyabrd

30.08.2021 1023