Olimpiya çempionunun atasından SƏRT REAKSİYA: "Əvvəl Nicata "Vəhabi" dedilər, indi də Toğrula..."

Olimpiya çempionunun atasından SƏRT REAKSİYA: "Əvvəl Nicata "Vəhabi" dedilər, indi də Toğrula..."Son zamanlar yerli idmançıların Azərbaycanı tərk etməsi, başqa ölkələrə üz tutması "ənənə" halını alıb. Səbəbi isə onların federasiyalardan, aidiyyatı qurumlardan gördüyü laqeydlik, diqqətsizlikdir.
Hər kəsə məlumdur ki, yüngül atlet Ramil Quliyev ölkəsini tərk edib və 2011-ci ildən Türkiyədədir. Azərbaycanı tərk edənlərin əksəriyyəti olimpiya və qeyri-olimpiya idman növlərində çıxış edən idmançılarımızdır. Həmin idmançılardan biri də ağır atletikanın məşhur siması Nicat Rəhimovdur. Dediyinə görə o, Azərbaycan Ağır Atletika Federasiyasındakı özbaşınalıq, idmançılara qarşı diqqətsizlik və bir çox çirkablar üzündən Qaszaxıstan millisinə üz tutub. Azərbaycanda olarkən yeniyetmə və gənclərin olimpiadasının qalibi olmuş N.Rəhimov Qazaxıstan adına Rio Olimpiya Oyunlarında çıxış edərək qızıl medala sahib olub. Bununla da Nicat Yay Olimpiya oyunlarında ağır atletikada ilk qızıl medal qazanan azərbaycanlı adını qazanıb.

BiG.AZ xəbər verir ki, Olimpiya çempionu Nicat Rəhimovun atası Əli Rəhimov Unikal.org-a bu məsələlərlə bağlı müsahibə verib.

Ə.Rəhimov müsahibəsində oğlunun idmandan getməsi ilə bağlı dediqodulara sərt reaksiya verib.

- Əli müəllim, səhv etmirəmsə son zamanar Nicat Rəhimov hansısa bir yarışda iştirak etməyib. Bunun xüsusi səbəbi varmı? Onun yarışlara çıxmamasından sonra "artıq idmanı bitirir" kimi bəzi dedi-qodular da ortaya atılıb.

- Həmişə bizim haqqımızda dedi-qodu olub, bundan sonra da olacaq... Çünki burada olan yaltaqlar kiməsə xoş olmaq ücün danışmalıdır. Bilirsiz ki, Nicata hər ad qoydular "vəhabi", "alkaş", "müxalifətçi"... Amma xeyri olmadı.
Bunlar öyrəniblər gedən idmançının arxasınca danışmağa... Bilirsiniz niyə? Çünki bunlar yəni, istər federasiya, istərsə də Gənclər və İdman Nazirliyinin harınlamış məmurları özlərini qorumağa çalışır.
Dövlət başçısı, cənab İlham Əliyev bu barədə həqiqətləri bilsə onlar üçün heç də yaxşı olmaz...
Nicatın yarışa çıxmaması sırf olimpiadadan sonra dincəlməsidir. Bundan başqa Olimpiadadan sonra yarış olmayıb. Yəqin ki, mənimlə razılaşarsız... Olimpiya çempionu gəlib İslam Oyunlarında çıxış edəsi deyil, ya da hansısa zəif çempionatda...
Artıq Nicat məşqə baslayıb. Mart ayından təlim-məşq toplanışındadır. Mən özüm də onunla təlim-məşq toplanışında oluram, təzə gəlmişəm. Avqustun əvvəli yenə gedəcəm.

- Yerli idmançıların başqa ölkələrə axını artıb. Deyirlər ki, qiymət verilmdədiyi üçün ölkə xaricinə üz tuturlar. Cəmiyyətdə yayılan fikirlərə görə vaxtilə Nicat da bu cür diqqətsizliyə görə Azərbaycanı tərk etməli oldu. Yəqin ki, eşidibsiniz, Toğrul Əsgərovun da gedəcəyini deyirlər. Bəs, niyə bizim idmançılarımız başqa ölkə adına çempion olmalıdırlar?

- İdmançılarımızın ölkəni tərk etməsi, başqa bayraq altında uğur qazanması bir azarbaycanlı kimi məni də üzür. Amma idmançını qınamaq olmaz. Bunu mən gözəl bilirəm. İdmançıya qarşı haqsızıqlar baş alıb gedir. Öz idmançılarmıza diqqət yoxdur. Federasiyaları, idman nazirliyini, məşqiçiləri pul düşündürür. Öz idmançılarımızı sıxışdırıb sıradan çıxarırlar. Legioner gətirib özləri üçün biznes qururlar, pul qazanırlar. Yerli idmançılarımız bunlara sərf etmir. Misal üçün Güləş Federasiyasının millisinin istər yeniyetmə, istər gənc, istərsə də böyüklərinin deyərdim ki, 90 faizi Dağıstandan gətirirlər. Şahidi olduğum bir şeyi də diqqətinizə çatdırım. Güləş üzrə yeniyetmələrin dəfələrlə yarışlarını izləmişəm. İnanın adam nifrət edirdi. Təsəvvür edin ki, 2001-ci il təvəllüdlülərin yarışını keçirirlər, baxırsan öz idmançımızın hələ bığ yeri tərləməyib. Amma rəqibinin saçı tökülüb, bədəni tük içindədir. Hansı ki, məşqçilər pul qazanırlar. Gedib Dağıstandan yaşlı idmançının sənədini düzəldirlər, gətirib buraxırlar yeniyetmələrlə birgə xalçaya...Bununla da öz idmançılarlmız sıradan çıxıb.
Toğrulun yığmanı tərk etməsini mətbuatdan oxudum. Əlbəttə, təəssüfləndim. Axı, Toğrul da Nicat kimi bu xalqın oğludur, nəyə görə getməlidirlər?! Niyə kimlərinsə şəxsi mənafeyinin qurbanı olmalıdır?
Yazırlar "Hindistana özü gedib yarışa çıxıb, zədə alıb. Federasiyalıq deyil, getsin öz hesabına əməliyyat etdirsin".
Ayıbdır, Toğrul olimpiya çempionu olanda bellərində gəzdirirdilar. İndi nə oldu? Nə tez unuduldu? Utanmırlar, deyirlər "getsin öz hesabına müalicə etdirsin". Birincisi bunu etmək federasiyanın borcudur. Çünki dövlətimiz tərəfindən küllü miqdarda pul ayırılır. Hanı o pullar? Hamısını basıb yeyirlər. Mən bilən 13 aydır ki, məşqçi heyəti də maaşlarını almır.
Güləş Federasiyası Olimpiya Oyunlarının mükafatını verməyib. İdmançılar da aylardır maaş almırlar. Dövlətin verdiyi mükafatın yarısını əllərindən alırlar. Verməyəndə idmançını yığmadan uzaqlaşdırırlar. Adlarını da qoyurlar saqqal var, "vəhabi"dir. Necə ki, vaxtilə Nicata vaxtilə belə yanaşırdılar, indi də Toğrula elə ad verdilər.
Federasiyası gətirdikləri legionerlərə, onları bura gətirən məşqçiyə baxsın, sonra öz millətimizin oğullarına "vəhhabi" adı qoysun.

- Toğrulun getmək istəyi ilə bağlı Nicat bir idmançı kimi nə isə münasibət bildirib?

- Düzü Nicatla o barədə heç nə danışmamışıq. Yəqin ki, o da bu xəbərə üzgündür.

- Sosial şəbəkədə belə bir cümlə paylaşmısınız: "Bizə gələn idmançıyla bəzi köpək məmurlarımız ucbatından ölkəni tərk edib başqa bayraq altında uğur qazanan yerli idmançılarımızı özünüzüz müqayisə edin".

- Bəli, mən səhifəmdə elə yazmışam. Yəqin ki, bayaq dediklərim buna cavab vermək üçün kifayət edər. Baxın, siz özünüz də müqayisə edin. Gətirdikləri legionerin uğursuzluğu və bizdən həmin dediyim köpəklər üzündən gedən idmançımız Ramilin uğuru və ya Nicatın uğuru, eləcə də Zabit Səmədovun uğuru.

- Son zamanlar guya Azərbaycan ağır atletikasının düzələcəyi deyilir. Bu idmanın sonunu necə görürsüz?

- Gülməlidir. Olmayan şey necə düzəlsin? Baxın nəticələrə... Adi İslam Oyunlarını dünya birinciliyi ilə özünüz müqayisə edin. İndi qürurla ağız dolusu danışırlar ki, "medal götürdük". Bunların bu nəticəsi dünya birinciliyində heç "20-liyə" düşmür.
Məsələn, İslam Oyunlarında Anastasiya birinci yerə çıxdı, nə blim rekord yenilədi... Hansı nəticə ilə, kimə lazımdır o nəticə? Onun çəkisində 117 kq birdən qaldırma edirlər.
Bu isə təkanla qaldırmada 119 kq edir. Olimpiadada səhf etmirəmsə, o çəkidə 117, 147 ediblər. İndi müqayisə edin. O biriləri də onun kimi...
Çıxıb ağız dolusu nəticədən danışmaq, tərif deməklə deyil. Noyabrda Amerikada dünya çempionatı olacaq. Görək o yarışa idmançı tapacaqlar?
Getsələr də iyirmiliyə düşsələr böyük şeydir. Yalandan danışmaqla deyil, ay belə hazırlaşırıq, ay elə idman zallarımız var. Hardadır o idman zalları? Mənə Azarbaycanda bir dənə ağır atletika zalı göstərsinlər, deyim kişisiz. Paytaxt Bakıda bir dənə zal göstərsinlər. Hazırda mən bir məşqçi göstərsinlər, deyim iş gedir.
Ağır Atletika Federasiyasında işləyənlərin ağır atletikadan xəbərləri belə yoxdur. İstər məşqçiləri, istər federasiya işçiləri ancaq tərif deməyə, yaltaqlığa lazımdır. Qaldı ki, ağır atletikanın sonunun necə olmasına, məndən olsa Azarbaycanda ağır atletikanı ləğv etsinlər.

- Oğlunuz Nicat Rəhimov Qazaxıstanda ailə qurub? Siz də körpə oğlan uşağının şəklini paylaşmışdız…

- Bəli elədir. Buna mən razılıq vermişəm. Heç də yanılmamışam. Nicatın idmanda gələcək uğurları ücün onun evlənməsi gərək idi, evləndirdim. Heç də peşman deyiləm. Gördüyünüz kimi də gözəl nəvəm var, mənim adımı daşıyır. Neçə ay idi Bakıda idilər. Artıq Nicatın yanındadırlar. Ailəsi onu bəzi azarbaycanlılardan, olimpiadadan sonra yan-yörəsinə yığışan alçaqlardan qoruyur.
Qazaxıstanın "Vesti" saytında Nicatın müsahibəsi var. Həmin müsahibəni və mənim "facebook"da paylaşdığım Nicatın məşqini soxun həmin dedi-qodu edən şərəfsizlərin gözünə... İnsallah avqust ayından imkan olsa Nicatın canlı məşqini izlədə bilərəm. Çünki gələn aydan mən də orada olacam. Nicat noyabr ayında keçiriləcək dünya çempionatına hazırlaşacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 11215   Tarix: 30 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Evdə qalan" kişilərin şikayəti: Qadınlar bizi eybəcərləşdirdilər - VİDEO

Koronavirus pandemiyası ilə əlaqədar özünütəcrid etmiş kişilər qadınlar tərəfindən eybəcərləşdirilmələrindən şikayət ediblər. Bu barədə "Daily Mail" xəbər yayıb. Çippenhemdən olan 28 yaşlı Maks Brehamın sevgilisi Arizona İstvud sözün həqiqi mənasında dəlləkliyi onun başında öyrənmək istəyib

02.04.2020 4440
.

"Qarabağ atları dünyanın ən qədim cinsə mənsub atları hesab olunur"-MÜSAHİBƏ

Hər il Rusiyada "Equiros" beynəlxalq atçılıq sərgisi keçirilir. Bu il "Unicorn Challenge" şirkəti "Equiros" şirkətinə Azərbaycan Atçılıq Federasiyasına dəvətnamə təşkil etmək üçün təşəbbüs etdi. Noyabrın 28-dən dekabrın 1-dək Rusiyanın paytaxtı Moskvadakı "Sokolniki"

28.12.2019 3817
.

"Nəsimini bərbad hala salan Afət"

Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını ələ salıb. Axşam.az xəbər verir ki, bu haqda ifaçı "Zaurla Günaydın" verilişində danışıb. "Nəsimini bərbad hala salan Afət var. Demişdi ki, yatdım yuxuda Nəsimini gördüm. Dedi, bu şeirə mahnı oxu" deyə, Kərimova söyləyib

30.11.2019 3083
.

"Onun gözüyaşlı geri qayıtmağı gözlərimin önündən heç vaxt getməyəcək" - MƏTBUAT KATİBİ İLƏ SƏMİMİ MÜSAHİBƏ

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova -ın sualların cavablandırıb. -Səmayə xanım, sizə adətən təmsil etdiyiniz qurumun fəaliyyəti ilə bağlı sullar ünvanlayırlar. İstərdik ki, bu dəfə fərqlilik olsun. Bilirsiniz, artıq 2019-2020-ci il tədris ili başlayıb. İstərdik ki

09.10.2019 4296
.

"Yeganə aparıcıyam ki, səsim göyün yeddinci qatından gəlir" - Səsini eşidib üzünü görmədiyiniz aparıcı ilə səmimi MÜSAHİBƏ

7 may dünyada Beynəlxalq Radio günü kimi qeyd olunur. Radio ixtira olunan ilk gündən insanlar xəbərləri bu vasitə ilə daha asan əldə ediblər. Bu gün də mətbuatın bu qədər inkişaf etməsinə baxmayaraq radio öz aktuallığını qoruyub saxlayır. Radioda işləmək mətbuatın digər qolları ilə müqayisədə daha çətindir

07.05.2020 8229
.

Azərbaycanlı model hovuzda istirahət görüntülərini yaydı - VİDEO

"Best fashion model 2017" və "Miss Europe 2018" gözəllik yarışlarının qalibi, gözəlliyi və cazibədarlığı ilə əks cinsin nümayəndələrini valeh edən Samirə Ağayeva istirahət görüntülərini yayıb. xəbər verir ki, o, görüntülərini "Instagram" hesabında paylaşıb. Bikinidə ola

07.07.2020 4695
.

Aytən Səfərova Yasamal İcra Hakimiyyətini tənqid etdi - Video

Aparıcı Aytən Səfərova Yasamal rayonu ərazisində yolun ortasına qurulan çadıra görə Yasamal Rayon İcra Hakimiyyətini tənqid edib. xəbər verir ki, o, bu çadıra görə insanların işə gecikdiyini vurğulayıb:. "Hər səhər "Space" TV-nin yanında yol bağlıdır. Yasamalın icra orqanları bu çadır

15.10.2019 2564
.

"Sosial şəbəkədə yoldaşımın qaşlarını müzakirə edirlər" - Aparıcı Aytəkinlə SƏMİMİ MÜSAHİBƏ - FOTOLAR

ın növbəti müsahibi, "Xəzər" televiziyasında yayımlanan "Evdəkilərə salam" proqramının aparıcısı Aytəkin Mərdanovadır. Aytəkin xanımla etdiyimiz səmimi müsahibəni təqdim edirik:. Aytəkin xanım, xoş gəlmisiniz. Təəssüf ki, ölkədəki vəziyyəti nəzərə alaraq, sizinlə uzun aradır görüş

27.04.2020 40043
.

"Toya gedən aktyorun heç bir səviyyəsi, hörməti qalmır" - Müşfiq Şahverdiyev ilə MÜSAHİBƏ

Komediya filmlərinin bir çoxunda baş rolu canlandıran Müşfiq Şahverdiyev -ın qonağı olub. Müsahibə zamanı aktyor şəxsi həyatı və sənəti ilə bağlı maraqlı məqamlara toxunub. Sözügedən müsahibəni təqdim edirik:. Komediya filmlərinin bir çoxunda baş rolu canlandırmısınız. Eşitdiyimə görə, çəkildiyiniz filmlərd

03.03.2020 6039