"The Hill": "Birinci xanımlar Əliyeva və Obama: Xərçəng xəstəliyinə qarşı mübarizə"

ABŞ Konqresinin "The Hill" qəzetində Birləşmiş Ştatların "Caspian Group" şirkətinin icraçı direktoru S.Rob Sübhaninin Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ABŞ-ın birinci xanımı Mişel Obama ilə nəzərdə tutulan görüşü barədə "Birinci xanımlar Əliyeva və Obama: Xərçəng xəstəliyinə qarşı mübarizə" sərlövhəli məqaləsi dərc olunmuşdur. AzərTAc məqaləni təqdim edir.

Məqalədə deyilir: "Azərbaycan Prezidenti İlham Əliyevin və ABŞ Prezidenti Barak Obamanın sonuncu görüşü 2010-cu ilin sentyabrında olmuşdur. İki gənc liderin bu görüşünün mövzusu şübhəsiz ki, Azərbaycanın terrorizmə qarşı mübarizəyə verdiyi töhfə, Əfqanıstandakı ABŞ və NATO hərbi qüvvələrinin yanacaq təchizatı, Azərbaycanın enerji resurslarının beynəlxalq bazarlara fasiləsiz nəqli olmuşdur. Doqquz milyon əhalisi olan Azərbaycan Qərbin enerji təhlükəsizliyində mühüm rol oynayır. Çünki Avropa təbii qaz ixracını şaxələndirməkdə qərarlıdır.

Təəssüf ki, bu görüşdə müzakirə olunmayan mühüm mövzulardan biri xərçəng xəstəliyinə qarşı mübarizə idi. Birinci xanımlar Mehriban Əliyeva və Mişel Obama arasında Ağ Evdə keçiriləcək görüş isə bu aktual problemə – xərçəng xəstəliyinə qarşı mübarizə işinə yeni enerji, maliyyə vəsaiti və mənəvi inam gətirə bilər. Söhbət xərçəng xəstəliyindən düşəndə Azərbaycanın birinci xanımı öz iş otağından Xəzər dənizinə baxaraq həyəcanla deyir: "Xərçəng xəstəliyi insan həyatını məhv edir". Bu bəla Mehriban xanıma tanışdır - o, cavan yaşda vəfat etmiş anasının itkisini xatırlayır. Birinci xanım əlbəttə, düz deyir. Xərçəng xəstəliyinin qurbanları arasında Stiv Cobs, Massaçusets ştatından olan senator Ted, Azərbaycandan olan 32 yaşlı Murad da vardır... Mehriban xanım təəssüflə deyir: "Xərçəng xəstəliyi sərhəd, milli mənsubiyyət tanımır. İstər amerikalı olsun, istər azərbaycanlı, xərçəng fərq qoymadan öldürür".

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva humanitar səylərini Azərbaycan gəncliyi üçün məktəb və internatların modernləşdirilməsi işinə yönəldib. O, doğma xalqının zəngin mədəni irsinin də hamisidir. Azərbaycan milli musiqisini dünyada təbliğ edir, Heydər Əliyev Fondunun xətti ilə Azərbaycan xalqının zəngin milli dəyərlərini dünyaya tanıdır.
Bundan başqa, üç övlad anası olan bu lütfkar qadın ölkəsində və dünyada diabet və talassemiya xəstəliyinə tutulmuş uşaqlara kömək etmək üçün yorulmadan çalışır. Təəccüblü deyil ki, o, UNESCO-nun xoşməramlı səfiridir. Bu yaxınlarda isə Fransanın "Şərəf legionunun zabiti" ali ordeni ilə təltif edilmişdir. Bu xanımın xərçəng xəstəliyinə qarşı mübarizədə göstərdiyi qətiyyət onu daha çox humanitar təşəbbüslərə sövq edir.

ABŞ-ın birinci xanımı Mişel Obama azərbaycanlı həmkarı Mehriban xanımın mötəbər tərəfdaşıdır. Məsələn, Mişel Obama hamının diqqətini ölkədə milli bəlaya çevrilmiş uşaqlarda köklük sindromuna yönəltmişdir. Nə qədər ki, dünyada yeni stiv cobslar, tedlər, yaxud muradlar itkisi yoxdur, bəlkə Mişel Obama Mehriban xanımı Ağ Evə dəvət etsin. Onlar xərçəng xəstəliyinə qarşı birlikdə mübarizə elan etsinlər. Bu dəhşətli xəstəlik Amerikada hər il 500 min atanı, ananı, oğlu və qızı dünyadan aparır. Hər il Amerikada 1.4 milyon adama xərçəng xəstəliyi diaqnozu qoyulur, onlardan 569 min 490-ı həyatını itirir. Dünyanı bürümüş xərçəng xəstəliyi ölümlərin birinci səbəbidir. 1975-2000-ci illər arasında xərçəng xəstəliyi iki dəfə artmış, 2020-ci ildə daha iki dəfə artacaqdır. 2010-cu ildə 12 milyon insana xərçəng diaqnozu qoyulmuş, 7 milyon nəfər bu xəstəlikdən ölmüşdür. Xərçəngə qarşı Mübarizə Beynəlxalq Agentliyinin məlumatına görə, 2030-cu ildə 17 milyon adam bu xəstəlikdən vəfat edəcəkdir.

Xərçəng xəstəliyinə qarşı ABŞ ilə Azərbaycanın birgə mübarizəsi üçün yaxşı zəmin vardır. Azərbaycan ABŞ-ın etibarlı strateji tərəfdaşıdır. ABŞ-da Azərbaycanın problemlərinə həssaslıqla yanaşırlar. Ötən əsrin 90-cı illərinin əvvəllərində Prezident Klinton Azərbaycanın o vaxtkı Prezidenti Heydər Əliyevin əlini sıxaraq, birlikdə Xəzər və Aralıq dənizlərini birləşdirən enerji dəhlizinin təməlini qoymuşlar. Bu gün mərhum Heydər Əliyevin uzaqgörənliyi və sabiq Prezident Klintonun təşəbbüsü ilə Amerikanın şərq sahillərindəki neftayırma zavodları Azərbaycandan xam neft alır. Üstəlik Azərbaycanın təbii qazı Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamağa başlamışdır.

Ağ Evdə növbəti görüşdə birinci xanımlar Mehriban Əliyeva və Mişel Obama Corctaun Xərçəng Mərkəzi, Con Hopkins Xəstəxanası və Azərbaycan Milli Onkologiya mərkəzləri ilə birlikdə xərçəng xəstəliyinə qarşı müasir mübarizə fondunun yaradılmasını elan edə bilərlər.
Bu fondun əsas məqsədini belə ifadə etmək olar: "Xərçəng xəstəliyi üzrə tədqiqatları demokratikləşdirmək". Nəticədə Amerikada verilmiş qan analizindən eyni vaxtda Azərbaycanda, yaxud digər ölkələrdəki həkim və xəstələr də xəbər tutacaqlar.

Beləliklə, xərçəng xəstəliyinə qarşı mübarizədə ABŞ-Azərbaycan əməkdaşlığından daha mühüm bir şey ola bilməz".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 3424   Tarix: 23 yanvar 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

COVID-19-u öldürən maska

Meksika Milli Muxtar Universitetinin tədqiqatçıları, COVID-19-a səbəb olan SARS-CoV-2 virusunu zərərsizləşdirə bilən unikal SakCu qoruyucu maska ​​hazırlayıblar. -ın -a istinadla verdiyi xəbərə görə, o, gümüş və misdən ibarət üç nano qatdan ibarətdir. Yaradıcıların fikrincə, gümüş və misdən ibarət bi

31.08.2021 1798
.

İnsanı dəhşətli xəstəliklərdən xilas edəcək üzümlü detoks RESEPTİ

Məlum olduğu kimi, hepatit və serroz xəstəlikləri qaraciyər üçün təhlükə mənbəyidir. Qaraciyər xərçənginə yoluxduğunuzu isə bir çox simptomlar vasitəsilə öyrənə bilərsiniz. -a istinadən xəbər verir ki, qaraciyər xəstəliyinin ilkin əlaməti dəridəki rəng dəyişimidir. Bu zaman dəri sarımtıl rəngə bürünür

17.08.2021 1744
.

Stress, həyəcan və yuxusuzluğa qarşı 10 ÇARƏ

Əgər təşviş, stress sizi içdən yeyirsə, yuxunuz ərşə çəkilibsə, əsəbləriniz dincəlmirsə, o zaman stressə qarşı bitki yığnaqlarından istifadə etməklə, əsəb sakitləşdiciri çay hazırlayın. -a istinadən sakitləşdirici bitkililəri təqdim edir. Mütəxəssislər çay üçün bunlardan ikisini seçib qarışdırmağı tövsiy

01.09.2021 1893
.

Koronavirusa qarşı 7 peyvənd vurdurdu

Kolumbiyanın qərbindəki Kali şəhərində bir kişiyə yeddi dəfə koronavirus əleyhinə peyvənd vurulub. -a istinadla xəbər verir ki, kolumbiyalı fərqli peyvəndləmə mərkəzlərində peyvəndləndiyi üçün dərhal aşkar edilə bilməyib. Şəhərin səhiyyə naziri Mierlandi Torres, kişinin yaşının 60-dan yuxarı olduğun

26.08.2021 986
.

Əncirlə süd - 10 dərdə dərmandır

İnsan orqanizminə ən faydalı qidalar sırasında süd, bal, yumurta, əncir və s. bir çox qida məhsullarının adını çəkə bilərik. Ayrı-ayrılıqda onların hər biri insan orqanizmini lazımı vitaminlərlə təmin edir. Bəs siz südlü əncirin inanılmaz faydalarını bilirdinizmi?. xəbər verir ki, əncirin insan sağlamlığın

10.08.2021 2433
.

Möcüzəvi meyvə: Xərçəng riskini azaldır, şəkəri salır

Çində həyat dərmanı olaraq tanınan innab saysız faydası ilə məşhurdur. Uzun illərdir şəfa qaynağı olaraq tanınan bu meyvənin yeni faydası öyrənilib. -a istinadən xəbər verir ki, innab yemək sizi bir çox xəstəliklərdən qoruyacaq. Tərkibi A və C vitamini boldur. Ürək sağlamlığı üçün xeyirlidir. Bağırsa

23.08.2021 1865
.

Yuxusuzluğu aradan qaldıran məlhəm

Yay girəndən bir çoxları yuxusuzluq sindromundan əziyyət çəkir. Yatmaq istəsəniz də, yuxuya getməyə əziyyət çəkirsiniz. BİG.AZ Axşam.az-a istinadən xəbər verir ki, yuxu dərmanı qəbul etmək heç də çıxış yolu deyil. Həm də dərman mədəni zəhərləyir. Yuxusuzluq sindromundan xilas olmaq üçün aşağıdakı məlhəm

22.08.2021 2428
.

Həkim üzün vəziyyətinə görə diaqnoz edilən təhlükəli xəstəlikləri açıqladı

Asimmetrik üz insultun ilk əlamətlərindən biri ola bilər. Bu barədə rusiyalı onkoloq İvan Karasev danışıb. Onun sözlərinə görə, əksər xəstəliklər insanın üzündə müəyyən izlər buraxır. "Üzdəki quru və çatlamış dəri bədənin susuz qalmasının bir əlamətidir. Bu simptom həm də tər vəzilərinin işi il

28.08.2021 914
.

Beyin və yaddaş üçün faydalı olan idman

Alimlər üzgüçülük ilə müntəzəm olaraq məşğul olmağın beynin idrak funksiyalarını yaxşılaşdırdığını, eyni zamanda beyində yeni sinir əlaqələrini yaratdığını bildirir. Mardi Hardin-Baylor Universitetinin nevrologiya kafedrasının professoru Cena Metyu qeyd edir ki, belə bir aerob (nisbətən aşağı intensivlikdə

15.08.2021 882