İşbazların "geyçim" biznesi - İstehlakçılar NARAZIDIR

İşbazların "geyçim" biznesi - İstehlakçılar NARAZIDIRYay mövsümünün gəlməsi hər kəsi sevindirir. Əl-əlxsus da paytaxt Bakıda yaşayanları. Çünki yay mövsümünün gəlişi ilə paytaxt sakinlərini dəniz kənarına axışır, istirahət edir, dincəlirlər.
Lakin bu dincəlmək, istirahət heç də ucuz başa gəlmir. Bəzi işbazlar bundan sui istifadə edərək müştəriləri aldatmaqla məşğuldurlar.

Demək olar ki, hər kəs dəniz kənarında satılan çimərlik geyimləri ilə rastlaşıb, onların qiymətləri də bir çoxlarımıza məlumdur. Sadəcə olaraq müştəriləri çimərlik geyimlərini kənardan almaq üçün zaman imkanları olmadıqları üçün bəzi işbazlar həmin geyimləri dəniz kənarında "od qiyməti"nə sataraq müştəriləri aldatmaqla məşğuldur.
Hətta tanınmış brend dükanlarda belə daha münasib qiymətə çimərlik geyimləri almaq olar, nəinki dəniz kənarında satılan pərakəndə satış yerlərində.

Yolumun üstü olduğu üçün geyimlərin qiymətləri ilə dərindən maraqlandım. Şüvəlan çimərliyi istiqamətində qiymətlərin sensassion bahalığı məni çox təəccübləndirdi.
Çimərlik tumanının qiymətləri 25 AZN-dən başlayırdı. Hətta çimdikdən dərhal sonra quruyan və su saxlamayan tumanların qiyməti 40-50 manat civarında dəyişirdi. Bir neçə satış yerindən soruşdum, qiymətlər eyni civarda bir neçə manat fərqlə dəyişirdi. Ən bahalı çimərlik tumanı isə üzəri rəngli olan, İngiltərə bayrağı olan və tezquruyan tumanlardır.

Çimərlik üçün bədən dəsmallarının qiyməti isə 20 AZN-dən başlayırdı. Enli və daha uzun, tükləri yumşaq olan bədən dəsmallarının qiyməti isə 40 manata qədər qalxırdı.
Tərliklər də satılırdı. Onun da qiymətlərində bahalıq müşahidə edilirdi. Qiymətlər 25 AZN-dən 35-40 AZN-ə qədər dəyişirdi.

Qadın geyçimlərinin qiyməti isə 40 AZN-dən başlayırdı. Satıcılar deyir ki, dənizkənarı satış yerlərində ən ucuz geyçimi onlar satırlar. Onlar da rənginə və dizaynına görə qiymət dəyişirdi. 70 AZN-ə də bir geyçim satışda var idi.

Satılan məhsulların əsl qiymətlərini öyrənmək üçün Ticarət Mərkəzlərindən birinin çimərlik geyimi şöbəsində çalışan satış meneceri Aqil Muradovla ilə əlaqə saxladıq. O isə qiymətlərin şişirdildiyini, normalda isə qiymətlərin daha ucuz olduğunu bildirdi: "Mən sizin qeyd etdiyiniz məhsulların çimərliklərdə satış qiyməti ilə tanış oldum, qiymətlər demək olar ki, ikiqat qiymətinə satışa çıxarılıb. Çünki bizim ticarət mərkəzində eləcə də digər satış yerlərində qiymətlər stabildir. Ola bilər 5-10 manat civarında qiymət dəyişsin amma bu qədər də böyük məbləğdə deyil.

Çimərlik tumanının qiymətləri 5-25 AZN civarında dəyişir. Yəni sizin qeyd etdiyiniz tez quruyan tumanları 25 AZN-ə əldə etmək mümkündür. Bu qiymətlər həddindən çox şişirdilib.
Dəsmalların qiymətləri 10-30 AZN miqdarındadır.

Qadın geyçimlərinin qiyməti isə bizdə 20 AZN-dən 80 AZN-ə qədərdir.
Bu mövsümdə alıcılara tövsiyyəmiz o ola bilər ki, mövsümə hazırlıqlı olmaq üçün dənizkənarlarındakı satış nöqtələrinə deyil digər satış nöqtələrinə üz tutsunlar. Ciblərinə uyğun qiymətlərlə zövqlərinə uyğun geyimlər, məhsullar əldə edə bilərlər".

Məsələ ilə bağlı BiG.AZ-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bunu vergidənyayınma halı kimi qiymətləndirdi: "İndi azad iqtisadi zona deyirik, liberal bazar iqtisadiyyatı deyiriksə o zaman qiymətin artırılmasını da normal qəbul etməliyik. Sahibkar istənilən məhsulu istənilən qiymətə, hətta 5 qat bahasına da sata bilər. Lakin kassa qəbzi verməklə onu o qiymətə sata bilər. Əgər satdığı məhsulu kassaya mədaxil etmirsə, buna görə vergi ödəmirsə bu qanunsuz bir əməldir. Təbii ki, pərakəndə satış nöqtələrində kassa aparatları quraşdırılmır, bu da vergidən yayınma hallarıdır. Amma bunu süni qiymət artımı da adlandıra bilmərik".

Rövşən Əsədov


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1140   Tarix: 24 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589