Seçicilərin deputatlardan istəyi: "Arvadımı boşanmağa qoyma!", "Borcumu ödə!" ...

Seçicilərin deputatlardan istəyi: "Arvadımı boşanmağa qoyma!", "Borcumu ödə!" ..."Milli Məclisin deputatının statusu haqqında" qanunda göstərilib ki, millət vəkillərinin fəaliyyət formalarından biri də seçicilərlə iş aparmaqdır. Deputat seçicilərinin hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin təmin edilməsi üçün Konstitusiya ilə ona verilmiş səlahiyyətlər çərçivəsində müvafiq orqanlar qarşısında məsələlər qaldıra bilər.

Deputatların seçicilərlə keçirdikləri mütəmadi görüşlər, qəbullar zamanı onlara müxtəlif müraciət və şikayətlər daxil olur. Deputatlar deyirlər ki, seçicilər bəzən elə müraciət və şikayətlər təqdim edirlər ki, onlara baxılması qeyri-mümkündür.

Deputatlara hansı qeyri-adi şikayətlər olub?

BiG.AZ xəbər verir ki, modern.az saytı bir neçə deputatdan cavab istəyib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib ki, seçicilərindən ona qeyri-adi müraciətlər daxil olur.

"Bunların içində bir neçə qeyri-adi müraciət var. Elə bu yaxınlarda Ağsu rayon sakini tərəfindən maraqlı bir məktub almışam. Vətəndaş bildirib ki, oğlunun qəbrinin üstünə mərmərdən daş saldırıb. Bunu da borcla etdirib. Məndən o borcu qaytarmağı xahiş edir. Həm də az pul da deyil - 400 min manat. Mən ən yüksək vəzifədə işlədim, əzizlərimin qəbrinə adi daş döşətdirmişəm. Amma bu adam oğlunun qəbrinin üstünü mərmərlə götürüb və mənə də deyir ki, onun borc pulunu ödəyim. Bu, mənə bir az qəribə gəldi. Mən düşünürəm ki, gərək hər kəs əzizinin məzarını təmtəraqdan uzaq etdirsin və buna öz vəsaitini xərcləsin".

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlıya seçiciləri tərəfindən ünvanlanan müraciətlər ən çox işsizlik, alimentlə bağlı olur.

"Bir çox insanlar məhkəmə presesləri ilə bağlı mənə müraciət edib, kömək istəyirlər. Qeyri-adi müraciətlər sırasında belə hallar var ki, məhkəmənin öz xeyirlərinə həll olunması üçün mənim təsirimin olmasını istəyirlər. Mən onlara başa salıram ki, axı bu mümkün olan şey deyil. Həmçinin, elələri də var ki, əllərində heç nə yoxdu, amma kiçik bizneslə məğul olmaq istəyir. Deyirlər ki, "bizə kömək edin, müddətsiz kredit götürək". Necə ödəyəcəklərini isə bilmirlər. Hətta elə adam var ki, sosial yardım istəyir. Araşdırma nəticəsində məlum olur ki, həmin şəxsə sosial yardım düşmür. Aydın olur ki, həmin şəxsin avtomobili, üç telefonu və başqa nələrisə də var. Əsasən, bu problemlər təhsili az olan insanlar arasında olur. Çünki huquqları və qanunları bilmirlər. Elə bilirlər ki, bir zənglə onun bütün problemləri həll olunacaq".

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafaya bir o qədər də qeyri-adi müraciətlər olmayıb.

"Bir dəfə boşanma işi ilə bağlı müraciət olmuşdu. Müraciət edən seçici bildirirdi ki, həyat onun yoldaşıyla boşanmağına imkan verməyim. Biz də izah etmişik ki, belə məsələlərlə məşğul olmuruq. Bunu siz məhkəmə qaydasında həll edə bilərsiniz".

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayevə də seçicilərindən qeyri-adi müraciətlər daxil olur.

"Bir seçicim müraciət etmişdi ki, ona bayram keçirməyə görə köməklik edim. Mən də həmin şəxsə köməklik etdim. Həmçinin, bir seçicim mənə müraciət edib ki, övladı universitet imtahanlarından kəsilib, onun qiymətlərini yazdırım. "Bir təhər elə, uşağın qiymətləri düzəlsin",-deyə o xahiş edirdi. Onlar elə bilirlər ki, deputat bütün səlahiyyətlərə malikdir. Nə desək, onu da edirlər. Amma deputatın özü qanunvericilik əsasında fəaliyyət göstərir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1777   Tarix: 13 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Azərbaycan insanların hüquq və azadlıqlarının,media azadlığının yüksək səviyyədə təmin olunduğu, tolerant, humansit dövlətdir"

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniyaya səfəri iki ölkə arasındakı mövcud əlaqələrin daha da dərinləşməsinə və münasibətlərin gələcək inkişafına təkan verəcək. Ölkə Başçımızın Almaniyada yüksək səviyyədə qarşılanması və. Berlində keçirilən "15-ci Petersberq İqli

02.05.2024 125
.

ABŞ Rusiyaya sanksiyaya 31 Çin şirkətini daxil edib

ABŞ Ukrayna müharibəsinə görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara daha 31 Çin şirkətini daxil edib. xəbər verir ki, ABŞ-ın Pekindəki səfiri Nicolas Burns mövzu ilə bağlı açıqlamasında Çində yerləşən 31 şirkətin sanksiyalara daxil olduğunu bildirib. ABŞ Dövlət Departamenti sanksiyalarla bağlı verdiy

02.05.2024 135
.

İsrail əsgərləri 1 nəfəri yaralayıb, 15 nəfəri əsir götürüb

İsrail əsgərləri İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı 1 nəfəri yaralayıb, 15 nəfəri saxlayıb. xəbər verir ki, bu barədə Fələstin Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatının (FAT) Əsir və Azad Edilən Nümayəndəliyinin birgə bəyanat verib. İsrail qüvvələri Ramallah şəhərinin şimalındak

02.05.2024 157
.

Naxçıvanda pul ödənəcək veteranların sayı AÇIQLANDI

Naxçıvanda 207 nəfər İkinci Dünya müharibəsi veteranına birdəfəlik maddi yardım ödəniləcək. Bu barədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik madd

02.05.2024 193
.

"Siyahını mənə atırlar, mən deyirəm bu olar, bu olmaz"

Müğənni Roza Zərgərli baş prodüseri olduğu "Kanal S" televiziyasıyla bağlı açıqlamalar edib. olay-a istinadən bildirir ki, ifaçı "Xəzər axşamı" verilişində aparıcı Mətanət Əliverdiyevanın "Küsülü olduğun bir müğənniylə çəkiliş edilməsinə icazə verirsənmi" sualını cavablandırıb

02.05.2024 984
.

Özünü restoranın həyətində asdı

Şamaxıda kişi restoranın həyətində özünü asıb. "Qafqazinfo" xəbər verir ki, hadisə ötən gecə rayonun Mədrəsə kəndində yerləşən "Çinarlı" kafesində baş verib. Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü Ceyhun Mamedovun meyiti saat 3 radələrində restoranın həyətindəki söhbətgahda asılmı

02.05.2024 895
.

Bakıda bağ evlərinin kirayə qiyməti: 10,15 və 18 min manat

Yay fəsli yaxınlaşdıqca bağ evlərinə tələbat artır. Tələbatın artması isə qiymətlərə də təsir göstərir. Hazırda elan saytlarında günlük qiyməti 200-250 AZN, aylıq qiyməti isə 5, 10, 15 və 18 min manata olan bağ evləri mövcuddur. Bəs görəsən, bu qiymətə olan bağ evlərinə tələbat varmı?. Əmlak məsələlər

02.05.2024 404
.

"Avroviziya-2024"də Fələstin bayraqları qadağan edildi

"Avroviziya"nın təşkilatçısı olan Avropa Yayım Birliyi builki beynəlxalq mahnı müsabiqəsinə Fələstin bayraqları və siyasi bəyanatlar olan plakatların arenaya gətirilməsini qadağan edib. Bununla əlaqədar Avropa Yayım Birliyi bəyanat yayımlayıb. Bəyanatda qeyd olunur ki, Fələstin bayraqlarını

02.05.2024 208
.

Kosmosa da turist səfərləri başladı

Amerikanın "SpaceX" şirkəti kosmosa turist uçuşları üçün yer bron etməyə başlayıb. Bu barədə məlumat şirkətin saytında yer alıb. xarici mediaya istinadla bildirir ki, maraqlananlar üçün dörd istiqamət əlçatan olacaq: Yerin orbitinə, Beynəlxalq Kosmik Stansiyaya (BKS), Aya və Marsa. "Dragon"

02.05.2024 142