Akif Çovdarovdan sensasion açıqlamalar: Tağı Əhmədovun sərvətinin, əmlakının, milyonlarının SİYAHISI

Akif Çovdarovdan sensasion açıqlamalar: Tağı Əhmədovun sərvətinin, əmlakının, milyonlarının SİYAHISISabunçu Rayon Məhkəməsində ləğv edilmiş MTN-in generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Akif Çovdarov ifadə verib. General ilk olaraq YAP-ın Yasmal rayon təşkilatının sədri, Bakı Metropoliteninin sabiq rəhbəri Tağı Əhmədovun 3 milyonunu ələ keçirilməsi epizodu üzrə danışıb.

Akif Çovdarov deyib ki, Tağı Əhmədov işdən çıxarılandan sonra quruma yeni rəis təyin olunan Zaur Həsənov ona zəng edib: "Mənə dedi ki, stansiyaların çıxışlarından sökülən obyektlərin icarədarları metroya girişi bağlayıb, askiya keçirirlər. Mən də dedim ki, bu barədə polisə məlumat vermək lazımdır. Zaur Həsənov dedi ki, polisə demişik, onlar bacarmır".

A.Çovdarov deyib ki, bundan sonra rəhbərliyə məlumat verib: "Mən hadisə barədə nazirliyin rəhbərliyinə müraciət etdim, onlar da ölkə rəhbərliyinə məruzə etdilər. Göstəriş verildi ki, araşdırılsın. Biz də araşdırdıq və bəlli oldu ki, metrostansiyaların çıxışlarında 1200 obyekt var. Bunlar da 2007-ci ilə qədər Bakı Şəhər İcra Hakimiyyətinin, sonra isə Bakı Metropoliteninin balansında olub. Həmin obyektlərin aylıq icarə haqqı 200 dollardan 3 min dollara kimi idi. Bunlar da 3 aylıq icarə pulunu öncədən alırdılar. Tağı Əhmədov işdən çıxandan sonra da yeni rəhbərlik köşkləri ləğv etmişdi. Aksiya edənlər verdikləri icarə haqlarını tələb edirdilər".

Çıxışında general deyib ki, sökülən obyektlər Tağı Əhmədovun hakim işləyən oğlu Rauf Əhmədovun yaxın dostları arasında bölüşdürülübmüş: "Tağı Əhmədov ötən iclasda dedi ki, ildə 120 min manat icarə pulu verib. Ona sual verilməlidir ki, 1200 köşkün icarəsi 120 min edirsə, belə çıxır ki, biri 8 manat 50 qəpik olub? Həmin vaxt icarədarlardan alınan 3 aylıq ödəniş 5 milyon dollardan artıq idi. Biz bunu da rəhbərliyə məruzə etdik. Dövlət rəhbərliyi bizi çağırıb, detallı araşdırma aparıb, Metropolitenin fəaliyyətinin yoxlanılmasını tapşırdı. Metropoliten hər il dövlətdən subsidiya alsa da, bu qədər gəlir əldə edirmiş".

Generalın sözlərinə görə, detallı araşdırma aparılan zaman bəlli olub ki, metrostansiyalarda aparatlar elə qurulub ki, hər 4 jetondan biri qeydiyyatdan keçməyib və onun pulu Tağı Əhmədovun cibinə gedirmiş: "Bütün bunları bizə Tağının qardaşı oğlu Şövqi Əhmədov dedi. Buna görə də Tağı Əhmədov öz qardaşı oğlundan imtina edib".

Tağı Əhmədov barəsində sensasion sayılacaq açıqlamalar verən Çovdarov çıxışına bunları əlavə edib: "Bundan başqa biz agentura xəttimiz vasitəsilə müəyyən etdik ki, təzə vaqon adı ilə Moskvadan işlənmiş vaqon alıb "kraskalayıb"lar. Bununla da 11 milyondan çox dövlət vəsaiti mənimsənilib. Hər 4 jetondan birini əldə etməklə aya 300 min manat pul qazanırdılar. İşıq puluna görə "Azərenerji"yə 4 milyon manat borcları var idi. Onu da mənimsəmişdi".
A.Çovdarov daha sonra Tağı Əhmədovun əmlakları barədə danışıb: "Bunlar üzə çıxandan sonra biz Tağı Əhmədovun əmlaklarını da müəyyən etməyə başladıq. İndi yadımda qalanları deyəcəm. "Sahil" metrosunun üstündəki binada 4 mənzil, "Yeni Həyat" yaşayış kompleksində 4 mənzil, Neft Akademiyasının əsas korpusu ilə üzbəüz 7-8 dükan, Bakıda 6-7 bağ evi, Yasamal rayon məhkəməsinin yeni binasının arxasındakı "Kolizey" və "Şəhrizad" restoranları, Dubayda elit yaşayış kompleksində yerləşən otelin bütövlükdə 3 mərtəbəsi, Dubayda bir böyük ticarət mərkəzi… Bundan başqa, Tağı Əhmədov Xarici İşlər Nazirliyində işləyən oğlu Ruslan Əhmədov vasitəsilə 17 milyon dollar pulu ofşor hesablarla ölkədən çıxarıb. Dubaydakı oteli və ticarət mərkəzini də bu pulla alıb. Moskvada metro çıxışında 5 milyona 120 kvadratmetrlik dükan alıb, arendaya verib".

Akif Çovdarov Tağı Əhmədovun bank hesablarındakı pulları haqda da danışıb. O, bildirib ki, Tağı Əhmədovun təkcə "TexnikaBank"da 13 milyon dollar pulu olub: "Digər pulları isə "Bank of Baku" və "Unibank"dakı hesablarında idi. "Texnikabank" müflis olanda öz hesabından 9 milyon çıxarıb ofşora yatırmışdı. Qalan 4 milyonu da Ruslan Əhmədov müxtəlif qohumlarının adına 30-50 min miqdarında köçürmüşdü. Qohumları hesablardan pulu çıxarıb əlbəəl Ruslana vermişdilər, bunun kamera görüntüləri də var idi. Ümumilikdə Tağı Əhmədov və yaxınlarının hesablarında 21 milyon pul müəyyən edildi. Biz məlumatları toplayıb rəhbərliyə təqdim etdik. Bizə cavab verdilər ki, hələ gözləyin, məlumatları özünüzdə saxlayın, prokurorluq istəyəndə verərsiniz. Sonra mən prokurorluqdan yüksək vəzifəli şəxslə əlaqə saxladım və telefonda hansı məlumatlar olduğunu ona dedim. Həmin şəxs dedi ki, "Bu, bombadı, partlaya bilər, qoy özündə qalsın. Sən onu bizə göndərsən, biz gərək qeydiyyata salaq, onda da ortaya çıxacaq".
Məhkəmədə çıxış edən prokuror isə qeyd edib ki, Tağı Əhmədov haqda prokurorluqda heç bir araşdırma aparılmayıb. A.Çovdarov isə prokurora belə cavab verib: "Sən məndən bunu soruşma, soruş ki, mən prokurorluqda yüksək vəzifəli şəxs olan kimlə danışmışam".
Amma prokuror bu sualı dinləməklə kifayətlənib. Prosesin davamında Çovdarov Tağı Əhmədov barəsində danışmaqda davam edib: "Tağı Əhmədovun mənə pul verməsi yalandır. Bir dəfə nazirliyimizə 10-12 minlik yüngül maşınlar lazım idi, rəhbərlik məsləhət gördü ki, əməkdaşlıq etdiyimiz qurumlardan istəyək, onlar da hədiyyə etsinlər. Mən Rəsula dedim ki, get Tağıya de, lazımdısa nazir müavinin adından rəsmi məktub da yazaq. Onda Tağı demişdi ki, "3-5 min verə bilərəm, üstünü özünüz düzəldərsiz". Mən bilirdim ki, Tağının arxasında kim var, ona görə də bu məsələnin üstünə getmədik. Tağı Əhmədov 3 milyon yox, 15 milyon da versə idi, mən onu bağlaya bilməzdim. Tağı Əhmədovun arxasında kimin olduğunu da onun daha əvvəlki işində bildik. O, metro üçün işlənmiş mikrosxemləri avtobusda xüsusi hazırlanmış gizli saxlanc yerində ölkəyə gətirirdi. Biz həmin avtobusu nəzarətə götürdük. Sürücü bizim onu izlədiyimizi bildi, onu saxlamaq istəyəndə işçimizin birini avtobusla vurdu, o, xəsarət aldı. Sumqayıt postunda sürücünü saxladıq, məsələni rəhbərliyə məruzə edəndə bizə dedilər ki, Tağı Əhmədovla işiniz olmasın".

A.Çovdarov bildirib ki, Tağı Əhmədovun ondan şikayət etmək fikri olmayıb: "Şikayət edəndən sonra da peşman olmuşdu. 2016-cı ildə də ərizəsini geri götürmək istəyirdi, neçə yerdə də demişdi ki, bu yaşımda mənə lazım idi bu? Onu şantaj etdilər, oğlu Ruslan Əhmədov içkili vəziyyətdə qəza törətmişdi, adam ölmüşdü. Ruslan da ANS-in kamerasına düşmüşdü. Tağı da bu məsələyə görə məcbur olub, mənim əleyhimə yalan ifadə verdi".
Məhkəmə prosesi iyulun 18-də davam etdiriləcək.

Qeyd edək ki, Akif Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3023   Tarix: 13 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179