Xəstəxanada ölən körpə, ananın xəbəri olmadan dəfn olunub - İDDİA - VİDEO

Xəstəxanada ölən körpə, ananın xəbəri olmadan dəfn olunub - İDDİA - VİDEOAnanın xəbəri olmadan tələf olan körpəsi kimsəsizlər qəbiristanlığında dəfn olunub.

BiG.AZ bildirir ki, ağlasığmaz iddianı 37 yaşlı Günay Axundova ortaya atıb. O, 2016-cı il aprelin 6-da Respublika Klinik Xəstəxanasında keysəriyyə yolu ilə bir oğlan uşağı dünyaya gətirib. Əməliyyatı isə həmin xəstəxanada çalışan mama-ginekoloq Vüsalə Ağalarova edib. Əməliyyatdan bir gün sonra isə uşaq tələf olub.

Günay Axundova iddia edir ki, həkim uşağın öldüyü barədə məlumatı onlara gec verib.

Körpəsinin öldüyünü biləndən sonra ana onun meyitini tələb edib. Ona bildirilib ki, uşağın meyiti Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə göndərilib. Günay Axundova deyir ki, aprel ayının 10-da uşağın meyitini götürmək üçün adıçəkilən quruma müraciət edib və ona uşağın Hövsan qəsəbəsində yerləşən kimsəsizlər qəbiristanında dəfn edildiyi deyilib.

Zərərçəkmiş şəxs iddia edir ki, uşağı ondan xəbərsiz kimsəsizlər qəbiristanlığında dəfn ediblər.

Məsələ ilə bağlı əvvəlcə 2 saylı şəhər qəbiristanlığı, yəni kimsəsizlər qəbiristanlığına getdik. Oradan bildirildi ki, həqiqətən üzərində Günay Axundovanın adı qeyd edilmiş uşaq meyiti aprel ayının 12-də basdırılması üçün bura gətirilib. Uşağın ölümündə və gizlin basdırılmasında adı hallanan həkim Vüsalə Ağalarova ilə də əlaqə saxladıq. O bildirdi ki, Günay Axundova xəstəxanaya gətirilərkən vəziyyəti ağır olub. Ana əməliyyat olunaraq reanimasiya şöbəsinə götürülüb. Uşaq tələf olarkən həkim evdə olub, yəni onun ölməsini ertəsi gün işə gələn zaman bilib. Vüsalə Ağalarova deyir ki, uşağın ölməsi ilə bağlı həm anaya, həm də ataya vaxtında məlumat verilib. Həkim uşağın ondan xəbərsiz dəfn edilməsi məsələsinə də aydınlıq gətirib.

Səhiyyə Nazirliyindən də verilən açıqlamada Günay Axundovanın iddialarının əsassız olduğu bildirilib.

Hüquqşünaslar isə deyirlər ki, Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyi uşağın dəfn olunması ilə bağlı valideyinə rəsmi müraciət etməlidir. Əgər valideyndən bir xəbər çıxmazsa, o zaman meyit kimsəsizlər qəbiristanlığında dəfn oluna bilər. İndi Günay Axundovanın bir istəyi var, o da övladının meyitini tapmaqdır. Bu məqsədlə də o, hüquq-mühafizə orqanlarına müraciət edib. /xezerxeber.az/


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2723   Tarix: 13 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888