Nazirlərin gərgin görüşü və Qarabağda BÖYÜK MÜHARİBƏ YOLU: ekspert erməni planını AÇDI

Nazirlərin gərgin görüşü və Qarabağda BÖYÜK MÜHARİBƏ YOLU: ekspert erməni planını AÇDIAzərbaycan və Ermənistan xarici işlər nazirlərinin dünən Brüsseldə keçirilən görüşündə ciddi nəticələr əldə olunmadı.

BiG.AZ xəbər verir ki, rəsmi məlumatda münaqişənin nizama salınmasında irəliləyişlərin əldə olunması üçün şəraitin yaradılması məsələsinin müzakirə olunduğu bildirilir.

Görüşdən öncə Azərbaycan və Ermənistan XİN rəhbərləri ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış etdilər. Əslində bu çıxışlar dolayısı ilə görüşün atmosferinə də təsir edirdi.

Elmar Məmmədyarov çıxışında qəti şəkildə bildirdi ki, münaqişə beynəlxalq hüquqa uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Edvard Nalbandyan isə İrəvanın qeyri-konstruktiv mövqeyini nümayiş etdirərək, Vyana və Sankt-Peterburq razılaşmalarını gündəmə gətirdi. Nalbandyan bununla "atəşkəsə nəzarət mexanizmi"nin yaradılmasını nəzərdə tutur.

Nazirlər bu ilin sentybarında BMT-nin Nyu-Yorkda keçiriləcək baş assambleyasının iclası çərçivəsində növbəti dəfə görüşəcək.

Göründüyü kimi, Brüssel görüşü nəticəsiz başa çatdı və bu, qarşıdakı günlərdə münaqişə zonasında ciddi toqquşmaların ola biləcəyinə işarədir. Müharibə variantının gündəmə gəlməsi Ermənistanda təşvişə səbəb olub.

"Lragir" saytı yazır ki, təmas xəttində toqquşmalar hər an başlaya bilər.

"Rusiya "Kazan planı"ndan imtina etmədi və hesab olunur ki, Azərbaycana çatdırılan son silahlar da bununla bağlıdır. Görünür, Rusiya Ermənistanın razılaşması üçün əlindən gələni edir. Lakin bu, yalnız müharibə ilə mümkündür", - deyə sayt qeyd edir.

Hərbi ekspert Üzeyir Cəfərov publika.az-a açıqlamasında bildirib ki, münaqişə həll olunmadığı və Azərbaycanın ərazi bütövlüyü bərpa edilmədiyi müddətdə cəbhədə hər an lokal və ya genişmiqyaslı əməliyyatların başlanması mümkündür: "Ermənistan və havadarları vaxtı uzadır. Bu vəziyyət Ermənistana və həmsədrlərə sərf edir. Dünənki görüşdən öncə Lavrovla Nalbandyanın görüşməsi diqqətdən yayınmadı. Görünür, Rusiya xarici işlər naziri görüşdən öncə erməni nazirə öz təlimatlarını verib. İndi də deyirlər ki, sentyabrda yeni görüş olacaq. Bu, vaxt uzatmaqdır. Həmsədrlər prezidentlərin görüşünü təşkil etmək istəyirlər. Sarkisyan görüşə gələcək və 2018-ci ilin aprelinə qədər vaxtı uzadacaq, həmin vaxt prezident səlahiyyətlərini təhvil verəcək, ondan sonra gələcək hansısa "yan" bildirəcək ki, məsələni öyrənməlidir. Beləliklə, 20 ildən artıqdır uzadılan vaxt daha da uzanacaq. Azərbaycan Ermənistana və həmsədrlərə sentyabra, yaxud oktyabra qədər vaxt verməlidir. Əgər ciddi irəliləyiş olmasa, onda lazımi tədbirlər görülməlidir".

Hərbi ekspert qeyd edib ki, dinc əhalini, azyaşlı uşaqları, qocaları öldürən Ermənistanla bir masada oturmaq mənasızdır.

"Bizim dinc əhalimizi öldürürlər, sonra da təmkinli olmağa dəvət edirlər. Hansı təmkindən söhbət gedə bilər?! Faktiki olaraq, aparılan mənasız danışıqlar düşmənə vaxt qazandırır. Artıq konkret vaxt qoymaq lazımdır", - deyə o bildirib.

Ü.Cəfərov Azərbaycan Ordusunun hazır vəziyyətdə olduğunu diqqətə çatdırıb: "Ordu hər an hazırdır, sadəcə olaraq, siyasətçilərin qərarını gözləyir. Kifayət qədər güclü ordumuz var".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2412   Tarix: 12 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Kaş hamı Cavanşir Məmmədov kimi yaşayardı"

Əməkdar artist Elza Seyidcahan mərhum həmkarı Cavanşir Məmmədovdan danışıb. Axşam.az xəbər verir ki, müğənni "Elgizlə izlə" verilişində ifaçının ölümündən danışıb. "Ölüm haqdır. Bilə bilmərik ki, kim harada öləcək. Kimə torpaq qismət olacaq, ya yox. Heç kim bilmir necə öləcək. Allahı

25.04.2024 472
.

Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

Rusiyanın Leninqrad vilayətində beş yaşlı uşaq altıncı mərtəbədən yıxılaraq sağ qalıb. -ın yerli mediaya istinadla məlumatına görə, hadisə Vsevolojsk rayonunun Staraya kəndində baş verib. Valideynlərinin nəzarətsizliyi ucbatından beş yaşlı qız altıncı mərtəbədə açıq pəncərədən yıxılıb. Uşaq təcili xəstəxanay

25.04.2024 422
.

Asiyanın ən varlı adamı: Yaxınlarına etdiyi hədiyyələr dodaq uçuqladır

Asiyanın ən varlı adamı Mukeş Ambani 116 milyard dollar sərvətinə malikdir və o, ailəsi ilə dəbdəbəli həyat sürür. xarici mediaya istinadən xəbər verir ki, Ambani sevdiklərinə bahalı hədiyyə verməklə ad çıxarıb. Mukeşin ailə üzvlərinə və dostlarına verdiyi bahalı hədiyyələrin siyahısını təqdim edirik

25.04.2024 526
.

Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 23 nəfər tutuldu

Türkiyə İŞİD-ə qarşı əməliyyat keçirib. BİG.AZ xəbər verir ki, hadisə xüsusi xidmət orqanları tərəfindən qeydə alınıb. Əməliyyat zamanı 23 nəfər saxlanılıb. Bu barədə Türkiyənin daxili işlər naziri məlumat yayıb. "Ölkənin 7 vilayətində keçirilən əməliyyatlar çərçivəsində İŞİD terror təşkilatı il

25.04.2024 243
.

İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər. xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub. Qeyd edək ki, E.Süleymanova bu gün 87 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib və İkinc

25.04.2024 775
.

Nazir direktoru işdən çıxardı

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev vəzifəsindən azad edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Hələlik direktor vəzifəsinə təyinat yoxdur

25.04.2024 551
.

Niyamla Aynur barışıb? - VİDEO

Bir müddət küsülü olan müğənni Niyam Salami ilə duet ortağı Aynur Dadaşova barışıblar. xəbər verir ki, sənətçi Niyam Salami ATV-də yayımlanan "Günaylı Gün" verilişində telefonla canlı bağlantıya qoşularaq, Aynur Dadaşovanı salamlayıb. O yaxın günlərdə Aynurla yeniden duet oxuyacağını bildirib

25.04.2024 416
.

Elmira Süleymanova vəfat etdi

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə sabiq müvəkkili Elmira Süleymanova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə -a onun yaxınları məlumat veriblər. Bildirilib ki, E.Süleymanova günorta saatlarında dünyasını dəyişib. Qeyd edək ki, Elmira Süleymanova 17 iyul 1937-ci ild

25.04.2024 850
.

Səudiyyə Ərəbistanının kralı Salman xəstəxanadan buraxılıb

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz bir neçə saat davam edən rutin yoxlanışdan sonra Ciddə şəhərindəki xəstəxanadan buraxılıb. xəbər verir ki, Səudiyyə Ərəbistanı Kral Məhkəməsindən verilən açıqlamaya görə, Kral Salman dünən axşam saatlarında Ciddədəki Kral Feysal İxtisas Xəstəxanasında

25.04.2024 274