Mərkəz sədri meyxana haqqında: " Terrordur!" - VİDEO

Mərkəz sədri meyxana haqqında: " Terrordur!" - VİDEOİctimai Tədqiqatlar Mərkəzinin sədri, hüquqşünas-kriminalist İlqar Altay meyxananı əxlaq-tərbiyə, şüur-düşüncə davranışın "terror"u adlandırıb.

BiG.AZ xəbər verir ki, tanınan hüquqşünas və kriminalist İlqar Altay şəxsi səhifəsində meyxana ilə bağlı fikirlərini bölüşüb. Belə ki, bölgələrin birində meyxana ustalarının bir-biri ilə söz savaşına çıxması və bri-birlərini alçaltması hüquqşünası özündən çıxardıb: "Prinsipial yarışma... Meyxana... Azərbaycanda Azərbaycan türkcəsində türkə yaraşmayan dil pəhləvanlığı - söz öynatması, söz güləşdirmə, bir-birinə söz atma, hətta məclislərdə dava-qırgın yarada bilən aşağılama yarışı. Qafiyə, təhqir, söz altında qalmamaq xatirinə rusların "karobka", "kardan" kimi əlaqəsiz sözlərindən istifadə etməklə, ağzına gələni ifadə etməklə insan intellektini qurudub heçə endirən buraxma bir deyişmə.
İki nəfər oturub boş söz "fırladır" qalan yüzlərlə cavan gipnoza düşmüş kimi quruyub qulaq asır. Sözün də içində bir məna yox, bəsit adekvatsız tövrdən başqa. Diqqət edin, bu videodakı məsum cavanlarmızın heysiz və depressiv psixoloji çöhrəsinə. Bu quru bəsitləşmə ilə artıq hazırdırlar dini qaraguruhun sıralarına itələnib yuvarlandırılmağa".

Mərkəz sədri meyxana haqqında: " Terrordur!" - VİDEOHəmçinin İlqar Altay öz fikirlərini ifadə edərkən tanınan meyxana ustaları Ehtiram və İntiqam qardaşlarının bütün dünyaca tanınan "Davay do svidaniya" meyxanasına da eyham vurub: "Bu cür meyxana kimi təzahürlər hamılıqla çılızlığa gətirir bizi. O qədər ki, Rusiya müxalifətinin bazar təhqiri hesab edib Putinə "əlvida çıx get!" kimi istifadə edib yaydığı "Davay dasvidanni" çıqqıdı-çıqqıdısını biz Rusiyanı fəth edən ugurlu milli "yaradıcılığımız" düşünüb öyündük.
Müstəqilliyimizdən bəri nəşə-içkili dalan-tinlərdən samballı toy-şənliklərə, sonra da televiziyalara daşınan və artırılıb "inkişaf etdirildiiyi" qədər də cavan insanlarımızın zövqünü cılızlaşdıran "xalq folkloru" başqa nə verə bilər bir cəmiyyətə? ANS-in, deyərdim, ən ictimai ziyanlı işi meyxana adlı ən nimdaş bir "incəsənəti" ölkə efirinə çıxarmaqla təbliğ etməsi oldu. Ən ucqar, meyxana adı nə olduğunu bilməyən rayon, kənd-obalara yayması oldu.
Bu meyxana bu xalqın içinə haradan, nə zaman, necə gəlib düşüb, bu çox maraqlıdır. Azərbaycan türkcəsində oxunursa, türk milli-irsi tarixində, türk xalqlarında, Türkiyə, Orta Asiyada bu yoxdur axı. Digər, ləzgi, talış kimi xalqların etnik folklorunda da olmamalıdır bu. Dədə Qorqud, Koroğlu dastanı, və ya hansı Nizami, Fizuli xatıqlatması bu barədə söz açır?
Azərbaycan dilini qoruyaq, təmizləyib bir sistem-formaya salıb inkişaf etdirək, dünya səviyyəsinə çatdıraq, deyirik. Nə ilə? Meyxananın, bu dili xalqın milli yaradıcılıq məkanı olan toy-bayram şənliklərindəki və son dövrlərdə isə TV-lər vasitəsilə ümumdövlət səviyyəsindəki şil-küt etmə "terroru" ilə? Küçə, türmə jarqonlarının ictimai-ədəbi ünsiyyət mühitinə yeridilməsi ilə?".

Hüquqşünas fikirlərini yekunlaşdırarkən meyxananı mənəviyyat, əxlaq-tərbiyə, şüur-düşüncə davranışın terroru adlandırıb: "Videodakı, meyxana deyişməsindəki son sözə diqqət edin: "Badımcan, özüm mən əkmişəm səni, gözdəginən bağbanın harda qaldı!"... Toyda yüzlər, internetdə yüz minlərlə gənc üçün yayılan ağır təhqir nümunəsi. Terror necə olur ki? Mənəviyyat, əxlaq-tərbiyə, şüur-düşüncə davranışın terroru...".

Sözügedən deyişmə meyxanasını oxucularımıza təqdim edirik.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6596   Tarix: 01 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda niyə qeysəriyyəyə üstünlük verilir? - VİDEO

Azərbaycanda qeysəriyyə əməliyyatı ilə doğuşların sayı artıb. Dövlət Satistika Komitəsinin məlumatına görə, ötən il ölkəmizdə 121 min doğuşun 35 faizdən çoxu qeysəriyyə yolu ilə həyata keçirilib. 2021-ci ildə 46 min 684 qadın bu yolla uşaq dünyaya gətiribsə, 2022-ci ildə bu rəqəm 53 min 267-yə qalxıb

25.04.2024 506
.

Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

Rusiyanın Leninqrad vilayətində beş yaşlı uşaq altıncı mərtəbədən yıxılaraq sağ qalıb. -ın yerli mediaya istinadla məlumatına görə, hadisə Vsevolojsk rayonunun Staraya kəndində baş verib. Valideynlərinin nəzarətsizliyi ucbatından beş yaşlı qız altıncı mərtəbədə açıq pəncərədən yıxılıb. Uşaq təcili xəstəxanay

25.04.2024 437
.

İsrail əsgərləri 12 fələstinlini əsir götürüb

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində 12 fələstinlini əsir götürüb. xəbər verir ki, İsrail ordusunun İordan çayının qərb sahilinin Tulkərim, Ramallah, Hebron və Qüdsdə keçirdiyi basqınlarda biri uşaq və keçmiş məhbusların da olduğu ən azı 12 fələstinlini nəzarətə götürdüyü bildirilib

25.04.2024 221
.

Barış Arduç yeni filmə çəkiləcək

Aktyor Barış Arduç yeni filmə çəkiləcək. xəbər verir ki, bu barədə aktyor özü bildirib. Film onlayn platformada yayımlanacaq

25.04.2024 342
.

Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"

İş adamı Murad Özdəmirlə Dubayda ailə quran 49 yaşlı müğənni Ebru Gündəş ötən günlərdə Zərgərlik İxracatçıları Birliyinin mükafatlandırma mərasimində səhnəyə çıxıb. Axşam.az xəbər verir ki, ifaçı zaldakı zərgərlərdən birindən üzüyünü daha böyüyü ilə dəyişdirməyi təklif edib. O, əlindəki üzüyü göstərərə

12:23 116
.

Şənbə gününə 32° isti gözlənilir

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gec

12:57 0
.

İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər. xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub. Qeyd edək ki, E.Süleymanova bu gün 87 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib və İkinc

25.04.2024 796
.

"Qırğızıstan prezidentinin Azərbaycana səfəri xalqlarımızın tarixi və mənəvi əlaqələrinin daha da möhkəmlənməsinə töhfəsini verəcək" -RƏY

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib.Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar. Politoloq Elşən Manafo

25.04.2024 356
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25.04.2024 296