Əlikram Bayramovun həyatı haqda BİLMƏDİKLƏRİNİZ: 2 övladı rəhmətə gedib...

Əlikram Bayramovun həyatı haqda BİLMƏDİKLƏRİNİZ: 2 övladı rəhmətə gedib...ARB TV-nin "Gəlin danışaq" verilişinin növbəti qonağı müğənni Əlikram Bayramov olub.

BiG.AZ-ın məlumatına görə, müğənni ilk olaraq həyatındakı ağır itkilərdən söz açıb:

"2 yaşımda atamı itirmişəm, sonra anamı itirmişəm, cavan bacımı itirmişəm. Bir qardaşım qalıb, bir bacım. Amma xoşbəxtəm həyatda. 2 nəvəm var. Yaşamağa dəyər. Bacımı erkən yaşda itirdim. 2 uşağı qaldı. Allaha şükür hər ikisi ailə qurub".

Sənətçi daha sonra məktəb vaxtlarındakı acı xatirələrdən danışıb:

"31 şagird idik məktəbdə. 1-ci sinifə gedən günümü heç vaxt unutmuram. Hamını atası gətirmişdi, məni anam gətirmişdi. O vaxta kimi anam və qardaşım mənə atasızlığı hiss elətdirməmişdi. Amma həmin günü anam əlimdən tutub məni məktəbə aparanda uşaqları atalarının gətirdiyini gördüm. Həmin günü dərsə girmədim. Anamdan soruşdum ki, atam hanı? Onda hiss elədim ki, atam yoxdur. Evə gəldim sonra əmilərim,dayılarım gəlib dedilər ki, sən get məktəbə, atan gələcək. O vaxt məktəbdə uşaqlara yardım edirdilər, atasız uşaqlara pal-paltar verirdilər. 31 uşağın içində mənə verdilər. O vaxtlar müəllimlərdən də inciyirdim ki, heç olmasa bunu arxada verərdin. Anam təndir salırdı. Gəldim, həmin paltarları mən atdım təndirə. Mən onu geyinmiş olsaydım, elə bilirdim ki, uşaqlar deyəcək ki, bunu veriblər buna geyinir. Uşaqkən adam elə olanda çox zərbə görür. Atasızlıq çox çətindir. 6-cı sinifdən mən başladım işləməyə. Öz paltarlarımı özüm almağa qərar verdim. Anam çatdıra bilmirdi, 4 uşaq idik. Məktəb verdiyi paltarları geyinsəm uşaqlar da lağ edirdi. Bir söz tərs gələn kimi başıma qaxardılar. Mən də onu qəbul edə bilmirdim. Elə olurdu məktəbə həftələrlə getmirdim. Uşaqlar bir-birini təbrik edirdi, pul çatdırıb qızı təbrik edə bilmirdim. 8 martda, 23 fevralda gizlənirdim. Nə heç kim məni təbrik etsin, nə də mən kimisə təbrik edim. Uşaq var idi ki, atalı idi çox şey alırdı, amma mən o cılız hədiyyəni verməkdə utanırdım".

Əlikram Bayramov sonda səhərlərdən qorxduğunu qeyd edib:

"Həyatımda nə olubsa, səhərlər olub. Atamı da səhər gətiriblər, bacım da səhər rəhmətə gedib, anam da səhər-səhər huşunu itirib, axşama çəkmədi heç. Səhər oyananda həmişə qorxmuşam. 3 acı da mənə səhərlər dəyib. Mənim övladlarım dünyaya gəldi, 2 övladım mənim səhər rəhmətə gedib. Səhər adam xoş söz eşidər. Səhərlər qorxa-qorxa oyanmışam. Səhər evdən çıxan adama dualar eləmək lazımdır ki, geri dönsün. Oğluma deyirəm ki, çalış bədbin oyanma. Bir yerin ağrıyanda da çalış onu büruzə vermə".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 4027   Tarix: 28 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR

"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar

17.09.2021 2305
.

Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar

Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı

17.09.2021 2993
.

Türkiyədə yaşayan azərbaycanlı aktrisa AİLƏSİ İLƏ - FOTOLAR

Ailə qurandan sonra Türkiyədə yaşamağa başlayan aktrisa Cəmilə Tağızadədən xəbər var. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını paylaşıb. Fotolarda onun həyat yoldaşı Murad Təmiz və oğlu da yer alıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Fotolara çoxsaylı bəyəni gəlib. Qey

18.09.2021 4262
.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785
.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

TOP MP3