Tələbələri daşıyan avtobus aşdı: 15 ölü

Tələbələri daşıyan avtobus aşdı: 15 ölüArgentinanın Mendoza əyalətində dəhşətli hadisə baş verib.

BiG.AZ xəbər verir ki, tələbələrə dolu avtobus aşıb. Hadisə nəticəsində avtobusun içərisində olan 50 tələbədən 15-i ölüb.

Əyalətin səhiyyə naziri Klaudiya Najulun açıqlamasına əsasən, rəqs məktəbindən qayıdan tələbələr və valideynlərini daşıyan avtobus naməlum səbəblərdən qəzaya uğrayıb:

"İlkin məlumatlara görə, sürücü daxil olmaqla, 15 nəfər həyatını itirib, 22 nəfər ağır yaralanıb".
Polislər hadisənin yüksək sürət səbəbindən baş verdiyini deyib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2020   Tarix: 27 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş