Azərbaycanda növbeti həkim səhlənkarlığı: yeni doğmuş anaya səhv qan köçürdülər, komaya düşdü

Azərbaycanda növbeti həkim səhlənkarlığı: yeni doğmuş anaya səhv qan köçürdülər, komaya düşdüBakıdakı Respublika Perinetal Mərkəzində müalicə olunan hamilə qadına səhv qan köçürülüb.

BiG.AZ-ın xəbərinə görə, bu barədə xəstəxananın Doğum şöbəsinə yerləşdirilən xəstə Sevinc Məmmədlinin atası Məhəbbət Məmmədov modern.az-a məlumat verib. O bildirib ki, qızı iyunun 4-də Respublika Perinetal Mərkəzində qeysəriyyə əməliyyatı olunub.

Atanın dediyinə görə, həkimlər qızına +II yox, səhvən –II qan köçürüb və onun vəziyyəti ağırlaşıb: "Biz o xəstəxanaya 1000 manat pul ödədik. Əməliyyat olan gün axşamtərəfi getdim, qızıma baş çəkəm, amma onu meyit vəziyyətində gördüm. Onda daxili qanaxma baş verib, həkim də orada olmayıb. Tibb bacısı həkimlə əlaqə saxlayıb və qanaxma haqda ona məlumat verib. Soruşub ki, xəstəyə qan vursun, ya yox? Həkim də deyib ki, qan vursun. Qızımın qan qrupu +II RH ola-ola, ona -II RH rezuslu qan vurublar. Həmin qan da qızımın daxili orqanlarını zədələyib. Daxildəki bütün kapilyar damarları partlayıb. Mən 8 gün həmin xəstəxananın qarşısında zülm çəkdim. Daha sonra həmin xəstəxananın baş həkimi vasitəsilə qızımı Baku Medical Plaza klinikasına köçürdük".

M. Məmmədov deyir ki, qızının müalicəsinin davamı üçün artıq imkanları çatmır: "İyunun 9-dan qızım Baku Medical Plazada müalicə olunur. Respublika Perinatal Mərkəzi Baku Medical Plazaya 13500 manat pul ödədi. Sonra isə dedilər ki, onların vəsaitimi yoxdur, ödəmirlər. Daha sonra isə qızımın sağlamlığını düşünərək, pulu özüm ödəməyə başladım. Hər gün xəstəxanaya 240 manat pul ödəyirəm. Artıq borc etmədiyim yer qalmayıb. Respublika Perinatal Mərkəzi mənə həm maddi, həm də mənəvi ziyan vurub. Mən çıxılmaz vəziyyətdə qalmışam. Bilmirəm ki, dərdimi hara və kimə deyim. İmkanlı şəxslərdən xahiş edirəm ki, qızımı ayaq üstə qaldırmağıma mənə maddi kömək etsinlər".

Respublika Perinatal Mərkəzin direktoru, baş mama-ginekoloq Sevinc Məmmədova Lent.az-a bildirib ki, mərkəzdə olan qan –II yox, +II qan qrupuna aid olub: "Həmin qan Qan Bankından alınıb. Bizdə ağır xəstələr olduğu üçün həmişə Qan Bankından qan alıb ehtiyat üçün saxlayırıq. Ehtiyat qanları mütəmadi olaraq yoxlayıb, yeniləyirik. Həmin xəstəyə də +II RH qan köçürülüb. Bizim Qan Bankından alıb soyuducuda saxladığımız qan +II RH olub. Yəni əlimizdə olan qan paketinin üzərinə Qan Bankında vurulan pasport, ştampa görə, içərisindəki qan +II RH-dır. Həmin qan paketinin içində müsbət yox, mənfi qan olmasını isə tibbi ekspertiza müəyyən edə bilər".

Direktor bildirib ki, xəstəyə vurulan qanı saxlayıblar, pasportu, sertifikatı da üzərindədir: "Gəlsinlər, aparıb ekspertiza etsinlər ki, içindəki qan müsbətdir, ya mənfi. Əgər üzərində Qan Bankının +II RH möhürü vurulan qan paketinin içərisindən –II RH qan çıxırsa, bu zaman məsuliyyət Qan Bankının üzərinə düşür".

S.Məmmədova bildirib ki, qan köçürmə prosesi qaydalara uyğun icra edilib və birinci bioloji sınaq qoyulduğu zaman heç bir fəsadlaşma qeydə alınmayıb: "Qan köçürən həkim işi qaydalara uyğun icra edib. Yəni qan Qan Bankından alınıb, qanın sertifikatı var, qanın toplanması, qanın saxlanması pasportu həmin qan paketinin üstündə var, o qan heç bir insandan birbaşa götürülüb vurulmayıb. Qan sertifikasiya olunub və istifadədən əvvəl bioloji sınaq qoyulub. Bioloji sınağın nəticələri fiksasiya olub. Qanın köçürülmə texnikasının bütün bəndlərinə uyğun olaraq qan köçürülüb. Bu qan köçürülüb və xəstənin qanı eyni qruplu qana normal reaksiya verib. Eyni zamanda qadında kəskin qan azlığı olduğu üçün qan köçürməklə bağlı göstəriş olub".

Mərkəz direktorunun sözlərinə görə, əgər xəstənin qanı -II RH olsaydı və biz ona +II RH qan köçürsəydilər, o zaman çox təhlükəli ola bilərdi: "Xəstənin qanında artıq antigenlər var idi. –II qan isə təmiz qandır və tərkibində antigen yoxdur. Ona görə təmiz antigensiz qanı hətta +II-ə köçürmüş olsaq da, təhlükəli reaksiya verməzdi. Xəstədə digər səbəbdən qan gemolizə uğrayıb, yəni qan damarlarda parçalanmağa başlayıb. Bu, qanköçürmə zamanı baş verə biləcək bir fəsaddır və bu hal ölümlə nəticələnmir".

Mərkəzin direktoru qeyd edib ki, ilk 5 gündə xəstəyə Perinatal Mərkəzdə yardım edilib və sonra Baku Medical Plazaya köçürülüb: "İlk günlərdə lazım olan bütün tibbi yardımı göstərdik. Aparatlara qoşduq, qan, qan plazma ilə xəstəni ağır durumdan çıxartdıq. Sonra xəstəyə geniş profilli aparat və nəzarət lazım olduğundan valideynlərin razılığı ilə Baku Medical Plazaya köçürtdük. Həmin xəstəxanaya da 17 min pul köçürtmüşük. Ailə imkanının olmadığını dedi və biz də 19 yaşlı bir ananın ölməsinə razı ola bilməzdik. Bu pul Mərkəzin hesabına yığıldı. Baku Medical Plazada üç gün sonra xəstənin durumu yaxşı olduğundan indi ikinci mərhələdə reabilitasiya müalicəsi alır. Hər gün durumu ilə maraqlanırıq. Əslində, biz danışmışdıq ki, xəstənin vəziyyəti yaxşı olandan sonra bizə qaytarılsın və yerdə qalan müalicəsini biz dövlət hesabına təmin edək. Ancaq atası razı olmadı və onlar özəl xəstəxanada daha yaxşı tibbi xidmət göstəriləcəyini düşündülər".

S.Məmmədova onu da qeyd edib ki, xanımda hamiləliyin özünün fəsadlaşması olub və hamiləlik zamanı müayinələrə çox getməyib: "Sonuncu müayinədə qadında anemiya olduğu müəyyən edildi. Həm də dar çanaq, anemiya və bətndaxili hipoksiya olduğundan qeysəriyyə etməli olduq. Oğlan övladı dünyaya gəlib. Uşağa 15 gün biz baxdıq. Pampers, yeməklə təmin etdik və durumu yaxşıdır. Heç bir xəstəliyi yoxdur".
Azərbaycanda növbeti həkim səhlənkarlığı: yeni doğmuş anaya səhv qan köçürdülər, komaya düşdü


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4172   Tarix: 24 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179