Nazirlikdən qarpız - yemiş açıqlaması: "Hazırda satışda olan məhsullar..."

Nazirlikdən qarpız - yemiş açıqlaması: "Hazırda satışda olan məhsullar..."

“Qarpızı avqustda yeyərlər” fikirləri hər il yayın əvvəllərində aktuallaşır. İndinin özündə, hələ mayın ortalarından piştaxtalarda görünməyə başlayan qarpız-yemişi alıb yeməyə çəkinənlər çoxdur. Çünki hər il onlarla insan məhz qarpız zəhərlənməsi ilə xəstəxanalara müraciət edir.

BiG.AZ xəbər verir ki, Kənd Təsərrütafı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev modern.az-a açıqlamasında qarpız-yemişlə bağlı zəhərlənmənin qeydə alınmadığını deyib:“Əvvəlki illərdə qarpız adətən başqa ölkələrdən Azərbaycana idxal olunurdu. Hazırda satışa çıxarılan qarpız, yemiş yerli istehsaldır. Sabirabad, Saatlı, Aran bölgələrində bu bitki fevral ayından əkilir və “klyonka” altında saxlanılır. Hava isinəndən sonra üstü açılır və açıq sahədə yetişdirilir. Buna tam istixana şəraiti də demək olmaz. Hazırda satışda olan məhsullar faraş məhsullardır. Dövlət Fitosanitar Nəzarəti Xidməti mütəmadi olaraq bazarlarda monitorinqlər aparır, məhsulların keyfiyyətinə nəzarət edir. Bu günə qədər ciddi pozuntu aşkarlanmayıb”.

M.Hacıyev bu ayda qarpız, yemiş yeyilməsinin sağlamlıq üçün zərəri olmadığını qeyd edib: “Onu da bildirim ki, hazırda qarpız, yemişin satışı kütləvi deyil. İnsanlar bu məhsula adətən mövsümündə-iyul, avqust aylarında daha çox müraciət edirlər. Amma hazırda satışda olan məhsullar yerli məhsuldur, narahatlıq üçün əsas yoxdur”.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2511 Tarix: 20.06.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
olmus_arzular
olmus_arzular 21.06.2017
qismet osa aalib yeyeciyik ama vaxtinda olsa gozel olar


 
Aida_ali
Aida_ali 21.06.2017
Men hele yemedim fikrim de yoxdu vaxtinda cox yeyecik ozude oz bostanimizdan


 
_Adc_
_Adc_ 20.06.2017
En yaxsi Quba almasidir .Qubanin kelemi yoxaa
PEYSƏR GET AĞILLI OL!
 
DUZLU_NIK
DUZLU_NIK 20.06.2017
Sulu qarpizdan adama xeyr gelmez. Watfali armud yemek lazimdu , cana xeyrdu
Hiss edirəm sayilidi nəfəsim, Can üstəyəm ay vəfasiz durma gəl.


 
Uzunsacliqiz
Uzunsacliqiz 20.06.2017
Yemiş yemişem mende amma elede lezzet etmir.
Hava soyuqdur,heç istemirem.Yeyib üşümekdense,istide yeyib serinlenerik.
Elvida BiG.AZ

 
Cesika
Cesika 20.06.2017
Yemiw yemiwem ogun,qarpiz hele yememiwem gerek deyim tewkil elesinler
Zamansiz ve vaxtsiz gelen sevinclere ehtiyacim var
■☆■☆■☆■☆■☆■☆■☆
♢♢♢♢♢♢♢♢♢♢

 
sunly_
sunly_ 20.06.2017
Ürəyim qarpız istədi lap.Ama mən gərəy dərmansız yeyim.


 
Lissa
Lissa 20.06.2017
Super


 
kiss_mee
kiss_mee 20.06.2017
ela


 
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər