3 azərbaycanlı şagird xaricdə qızıl medal aldı

3 azərbaycanlı şagird xaricdə qızıl medal aldı
Bu il Gürcüstanda 1861 şagird tam orta təhsil məktəblərini qızıl medalla bitirib. Onların 588-i Tbilisi şəhərinin məktəbliləridir.

BiG.AZ xəbər verir ki, orta məktəbi qızıl medalla bitirənlərdən 3 nəfəri azərbaycanlılardır.

Qızıl medalları sahiblərinə Gürcüstanın elm və təhsil naziri Aleksandr Çeçelava və Tbilisi şəhərinin meri david Narmaniya təqdim ediblər.

Qeyd edək ki, bu il Gürcüstanda tam orta məktəbləri 40 min şagird bitirib.

Tələbə adını qazanmaq istəyən məktəblilər qabiliyyət tələb edən və ümumi fənlərdən, gürcü dili və ədəbiyyatı və xarici dil fənnindən qəbul imtahanı verməlidilər.
Mənbə: Report

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1645 Tarix: 18.06.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər