Putindən şok açıqlama: ABŞ kəşfiyyatının Türkiyədəki dövlət çevrilişi cəhdindən xəbəri olub

Putindən şok açıqlama: ABŞ kəşfiyyatının Türkiyədəki dövlət çevrilişi cəhdindən xəbəri olubRusiyanın prezidenti Vladimir Putin ötən il iyulun 15-də Türkiyədə meydana gələn hərbi dövlət çevrilişi cəhdindən danışıb.

"The Putin Interviews" (Putindən Müsahibələr) sənədli filmi üçün rejissor Oliver Stouna müsahibə verən Putin bildirib ki, bundan ABŞ-ın xəbərdar olmması mümkün deyil.

"Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan heç bir vaxt mənə ABŞ-ın dövlət çevrilişi cəhdində əli olduğunu deməyib. Amma mən bu məntiqdən yola çıxaraq deyə bilərəm: Əgər Gülənnin həqiqətən dövlət çevrilişində əli varsa, ABŞ kəşfiyyatının bundan xəbər tutmaması mümkün deyil."

Rusiya prezidenti dövlət çevrilişi cəhdində "İncirlik" hərbi bazasının da rolu olduğunu istisna etməyib:

"Qeyd edim ki, ABŞ hərbi hava donanması Türkiyədəki "İncirlik" bazasındadır. Ki, "İncirlik"də olan hərbçilər dövlət çevrilişi cəhdində fəal iştirak ediblər."

Türkiyədə ABŞ-a aid taktiki nüvə silahları olduğunu deyən Putin dövlət çevrilişi vaxtı bu istiqamətdə hiss etdiyi təşvişi dilə gətirib:

"Belə hadisələr vaxtı beyində sual işarəsi yaranır: Həmin nüvə silahlarının başına nə gələ bilər?".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3162   Tarix: 17 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş