DƏHŞƏT! Biləsuvarda ana və balası kül oldu

DƏHŞƏT! Biləsuvarda ana və balası kül olduBiləsuvar şəhərində evdə yanğın olub, ana və uşağı yanıb.

BiG.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, iyunun 16-da saat 17 radələrində Biləsuvar şəhərində Natiq Aslanova məxsus evdə yanğın baş verib.

Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanıq xəsarəti alan N.Aslanovun arvadı Gülnar Məmiyeva və oğlu, 8 yaşlı Ümid xəstəxanaya yerləşdiriliblər. Uşaq orada ölüb, G.Məmiyevanın vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1483   Tarix: 17 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş