Ziya Məmmədov milyonluq villasını satdı - EŞİDƏNLƏRİ ŞOKA SALAN MƏBLƏĞƏ

Ziya Məmmədov milyonluq villasını satdı - EŞİDƏNLƏRİ ŞOKA SALAN MƏBLƏĞƏAzərbaycanın Nəqliyyat Naziri Ziya Məmmədov Bakı yaxınlığındakı dənizkənarı villasını təcili satmaq qərarına gəlib.

BiG.AZ xəbər verir ki, bu barədə bakunews-a etibarlı mənbə məlumat verib.

Məlumatda qeyd edilir ki, son günlər Ziya Məmmədova qarşı mətbuatda hucumların artması, həmçinin hakimiyyətin yuxarı eşalonunda ona və oğlu Anar Məmmədova qarşı kəskin neqativ rəyin formalaşmasını "sonun başlanğıcı" kimi qiymətləndirən nazir-oliqarx bahalı mülkiyyətlərini təcili satmağa qərar verib və Bakı yaxınlığındakı dənizkənarı villasını 50 milyon dollara satışa çıxarıb. Bundan sonra Moskvadakı oliqarxlardan biri müştəri çıxıb və dünən nəqliyyat nazirinin bu bahalı mülkünə baxış keçirib.

Etibarlı mənbə həmçinin qeyd edib ki, Ziya Məmmədov bəzi qohumlarının adına sənədləşdirilmiş xaricdəki bəzi mülk və obyektləri tamam başqa, kənar şəxslərin mülkiyyətinə keçirlməsi üçün göstəriş verib. Avropa.info-nun araşdırması nəticəsində məlum olub ki, nazirin Qaradağ rayonu Sahil qəsəbəsinin yaxınlığında , düz Xəzər dənizinin kənarında yerləşən və özəlliyi ilə fərqlənən villası satışa çıxarılıb.

Qeyd edək ki, tikintisi 2012-ci ildə başlanan , 2013-cü ildə isə yekunlaşan villanın zirzəmisində şəxsi yaxtanın yön alması üçün xüsusi qaraj var. Nazirin yay fəslində burada dincəldiyi və şəxsi yaxtası ilə dənizə çıxdığı bildirilirdi. Oliqarx -nazirin bu villanı ancaq katerlə və şəxsi yaxtası ilə dənizdə istirahət etmək üçün tikdirdiyi bildirilirdi. Ziya Məmmədovun iyun ayından etibarən istirahət üçün tez-tez dəniz kənarındakı bu nəhəng mülkinə gəlirmiş. Qış vaxtları isə mühavizəçidən başqa villada heç kim yaşamırdı. Nəhəng villanın tikintisində olduqca bahalı materiallardan istifadə olunub. Təkcə villanın fasadının düzəldilməsi üçün yarım milyon dollardan çox vəsait sərf olunduğu bildirilir. Ümumilikdə isə villanın dəyəri milyonlarla dollar həcmində ölçülür. Nazir-oliqarxın qonşuları da kasıb adamlar deyil. Məsələn, Ziya Məmmədov "Azəryol" servisin rəhbəri, deputat Cavid Qurbanovla qonşudur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 11097   Tarix: 14 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447