
Jurnalist Bilal Meşe ilə aralarındakı münaqişədən sonra milli komandadan getdiyini açıqlayan Arda Turan yeni açıqlama verib.
BiG.AZ qol.az-a istinadən xəbər verir ki, "Hürriyyət" qəzetinə müsahibəsində o, baş verən hadisədən peşmanlıq hissi keçirmədiyini vurğulayıb:
"Mənimki qürurlu, qarşı tərəfinki qürursuz bir səhvdir. Kimsənin arxasından danışmadım, birbaşa üzünə söylədim. Yıldırım Demirörenə (Türkiyə Futbol Federasiyasının prezidenti - red.) telefonda "hirsliydim, sizə qarşı bilərəkdən söyüş söymədim" dedim. O da bildirdi ki, "çıx üzr istə, biz həll edərik". Amma üzr istəməkdənsə, getməyi üstün tutdum".