"TOYDA ANA MAHNISI OXUYUB, EVDƏ ANASINI SÖYƏN ADAMDIR" - Gəlin-qayınata QALMAQALI

"TOYDA ANA MAHNISI OXUYUB, EVDƏ ANASINI SÖYƏN ADAMDIR" - Gəlin-qayınata QALMAQALIMüğənni Cavad Rəcəbov və keçmiş gəlini Günel Axundova arasında münaqişə bu günün əsas müzakirə mövzularından biridir.

BiG.AZ xəbər verir ki, tərəflər arasında qalmaqal müğənninin gəlini Günel Axundovanın PrimeTime.Az-a verdiyi açıqlama olub. G.Axundova deyib ki, "Maşın" realiti şousu ilə gündəmə gələn müğənni gəlinini və nəvəsini yaşadığı evdən çölə atır.

"Əslində bu barədə danışmağa hər zaman utanmışam və çəkinmişəm. Lakin baş verənlər məni o qədər üzüb ki, danışmaya bilməzdim. Buna səbəb yarışmada keçmiş qayınatamın işlətdiyi sözlər oldu. Cavad Rəcəbov şouda "Maşını qazanıb, kimsəsizlər evində yaşayan uşaqlara verəcəyəm" demişdi. Eyni zamanda, səs istəyən vaxt ailəsindən də söhbət açan qayınatam 4 nəvəm var demişdi. Halbuki oğlumla birgə 5 nəvəsi var. Qayınatam qızının 4 uşağını nəvə hesab etdi, ancaq adını daşıyan kiçik Cavad Rəcəbovu saymadı. Övladımın 10 yaşı var, hər şeyi görür və fikir edir. Həmin gecə babasının onu saymadığını görüb o qədər ağladı ki, ürəyim ağrıdı. Bu adam öz nəvəsini evsiz qoymaq istəyir".

Məlumat üçün bildirək ki, ifaçının oğlu Cavid Rəcəbov 2005-ci ildə Lənkəran şəhər sakini Günel Axundova ilə rəsmi nikaha girib. İki il sonra onların oğul övladı dünyaya gəlib və C.Rəcəbov nəvəsinə öz adını verib. 2015-ci ildə Cavid və Günel cütlüyü müğənninin təkidi ilə boşanıb.

Baş verən haqsızlıqlara dözməyən ifaçının eks gəlini fikirlərini belə davam etdirib: "Biz evli olan vaxtı qayınatam Cavidin beynini o qədər doldurdu ki, həyat yoldaşım evi tərk etdi. Övladına qarşı soyumağa başladı. Elə həddə çatmışdı ki, Cavid yanımda olarkən belə atasından bunu gizlədirdi. Bir müddət sonra ailəsindən soyuyan həyat yoldaşım başqasını sevməyə başladı və məndən boşandı. C.Rəcəbov məhkəmədə özünü işsiz göstərərək oğluna 108 manat aliment kəsdirdi. İndi isə gəlin getdiyim, oğlumun doğulduğu və 12 ildir yaşadığım ev eks qayınatamın adına olduğu üçün məhkəmə yolu ilə bizi buradan çıxarır. Evimiz Zığ yolunda, köhnə doqquz mərtəbədə təmirsiz mənzildir. Oğlum məktəbini bitirənə qədər atasından və babasından vaxt istəyib. O isə "Mənə dəxli yoxdur" -deyə cavab verib". Günel mənzil almaq üçün dövlət ipotekasından yararlanmağa çalışdığını bildirib:

"Evli olarkən birgə aldığımız dollarla olan kreditlər 7 aydır ödənmədiyindən bu istəyim baş tutmadı.Təsəvvür edin 108 manat alimentlə bizi küçəyə atır, üstəlik kreditləri də ödəmir".

G.Rəcəbova 10 yaşlı oğlu ilə hara gedəcəyini bilmədiyini sözlərinə əlavə edib: "Hər şeyi o qədər gözəl qurublar ki, keçmiş həyat yoldaşımın adına heç nə yoxdur. Hətta avtomobili belə öz adına deyil. İcra məmuru məktəbi bitirməsinə qədər vaxt vermədiklərini bildirdi. 6 iyun tarixində evdən çıxmalıyıq. Getməyə isə yerimiz yoxdur. Bu qədər haqsızlığa dözmək çox çətindir".

Məsələ ilə bağlı Cavad Rəcəbov da danışıb. O, keçmiş gəlininin ittihamıarını böhtan adlandırıb.

"Belə şey yoxdur, yalan söhbətdir. Mənim elə gəlinim də yoxdur. Onlar iki il bundan öncə boşanıblar. Ev qanunla mənə aiddir, oğlumun adına deyil. Məhkəmənin icrası ötən il yerinə yetirilməli idi. Onlar iki dəfə məndən vaxt istədilər. Mən də iki dəfə onlara yaşamaq üçün razılıq verdim. Əslində aprelin birində çıxmalı idilər. Məsələ bitib. Mən Bakıya gələndə evim ola-ola çöllərdə qalıram. Oğlum paytaxtda bacımgildə yaşayır".

Müğənni keçmiş gəlinin oğlu Cavidi bıçaqladığını iddia edib: "Ərini bıçaqlayan qadın hansı hüquqdan danışa bilər?! Mən Cavidlə onun arasını vurmamışam. Məgər Cavidin ağlı yoxdur?! O qadın bunları uydurur. Bıçaqlanma hadisəsi üç il bundan öncə olub. Oğlum məndən gizlədirdi. Xəbər tutandan sonra dedim ki, "Ərini bıçaqlayan qadınla yaşamaq düzgün deyil". Həmin vaxt oğlum adımıza görə polisə müraciət etmədi. Bu səbəblərə görə də onların çöldə qalmasının mənə aidiyyatı yoxdur".

Gəlininin icra sənədini yaydığını dedikdən sonra musiqiçi sözlərinə belə davam edib: "Bu, boş söhbətdir. O gəlin nə etdiyini bilmir. Onların ortaq heç bir mülki yoxdur. Deyib ki, kreditə görə ipoteka götürə bilmir. Niyə bu qədər yalan danışır? Əgər düzgündürsə, versin məhkəməyə. Hüquq yoluyla həll edək". C.Rəcəbov efirdə 4 nəvəsinin adını çəkməyinə də belə aydınlıq gətirib: "Ola bilər ki, yadımdan çıxıb nəvəmin adını çəkməmişəm. Burada nə var ki?! Nəsə problem var?! Hər ay nəvəm Cavadın alimenti verilir. Onun bütün ehtiyaclarını özüm qarşılayıram. Mənə yaraşar ki, onun ehtiyaclarını qarşılamayım? Böyüyəndən sonra da onun bütün işlərini özüm görəcəm".

Günel Axundova isə öz növbəsində bunları deyib:

"Ətrafımda olan hər kəs məni yaxşı tanıyır. Lənkəranda hamı mənim ziyalı ailədə doğulduğumu bilir. Onların mənim haqqımda dediyi heç bir söz mənə yapışmaz, məni sındırmaz. Buna çoxdan hazır idim. Onların böhtanlarından qorxmuram. Alnım açıq, üzüm ağdır. Bu yola özüm üçün deyil, balam üçün girdim. Onlar hər ay "kasıb adam kimi" 108 azn aliment verirlər. Cavidin bütün dostları bilir ki, avtomobil ona aiddir. Hər kəsin yanında fəxrlə studiyası olduğunu bildirir. Ancaq iş məhkəməyə çatanda deyir ki, işsizəm. Gördüyünüz kimi "yetimlərə maşın bağışlayan" qayınatam öz nəvəsinin çöldə qalmasına "mənə aiddiyyatı yoxdur" deyir. Onları Allaha tapşırıram. Hələ şükür edirəm ki, üstümə pozğun damğası vurmayıblar".

O, bıçaqlanma hadisəsinə görə məhkəməyə müraciət edəcəyini deyib:

"Bundan sonra baş verəcəklər vecimə deyil. Onlar indiyə kimi başıma elə oyunlar gətiriblər ki, artıq səbr kasam dolub. Bıçaqlanma böhtanına görə məhkəmədə mənə cavab verəcəklər. Onlardan qorxum yoxdur. Nə deyirlər desinlər. O manıs adamdır. Toyda ana mahnısını oxuyub, evə gəlib anasının üzünə söyən adamdır. Ağa qaranı necə yapışdırmaq olar?! O, desə də mənə yapışmayacaq".

"TOYDA ANA MAHNISI OXUYUB, EVDƏ ANASINI SÖYƏN ADAMDIR" - Gəlin-qayınata QALMAQALI"TOYDA ANA MAHNISI OXUYUB, EVDƏ ANASINI SÖYƏN ADAMDIR" - Gəlin-qayınata QALMAQALI"TOYDA ANA MAHNISI OXUYUB, EVDƏ ANASINI SÖYƏN ADAMDIR" - Gəlin-qayınata QALMAQALI"TOYDA ANA MAHNISI OXUYUB, EVDƏ ANASINI SÖYƏN ADAMDIR" - Gəlin-qayınata QALMAQALI"TOYDA ANA MAHNISI OXUYUB, EVDƏ ANASINI SÖYƏN ADAMDIR" - Gəlin-qayınata QALMAQALI"TOYDA ANA MAHNISI OXUYUB, EVDƏ ANASINI SÖYƏN ADAMDIR" - Gəlin-qayınata QALMAQALI


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2902   Tarix: 05 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən

16.09.2021 1870
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

"Bu missiyam da tamamlandı" - Afaq Gəncəli

"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd

16.09.2021 1999
.

Türkiyədə yaşayan azərbaycanlı aktrisa AİLƏSİ İLƏ - FOTOLAR

Ailə qurandan sonra Türkiyədə yaşamağa başlayan aktrisa Cəmilə Tağızadədən xəbər var. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını paylaşıb. Fotolarda onun həyat yoldaşı Murad Təmiz və oğlu da yer alıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Fotolara çoxsaylı bəyəni gəlib. Qey

18.09.2021 4262
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

AzTV-nin Ceyranı ad günü etdi - Fotolar

AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy

18.09.2021 9970