Atası yaşında evli kişilərlə görüşən ulduzların YASAQ EŞQ MACƏRALARI

Atası yaşında evli kişilərlə görüşən ulduzların YASAQ EŞQ MACƏRALARIKino yazarı Agah Özgüçün yazdığı kitabda "Yeşilçam" ulduzlarının yasaq eşq-məhəbbət hekayələrindən danışıb.

BiG.AZ tanınmış aktrisa və aktyorların yasaq sevgi romanlarını təqdim edir:

Belgin Doruk və Faruk Kenç

Belgin Doruk karyerasına model kimi başlayıb. O, aktrisa olmazdan əvvəl, 1953-cü ildə Türkiyə gözəllik müsabiqəsində ikinci seçilmişdi. Dövrün məşhur rejissoru Faruk Kenç həmin il çəkdiyi "Türkan Sultan" filmində Doruku baş rolda oynamağa dəvət edib. Çəkilişlərdə 54 yaşlı rejissor qızı yaşındakı Doruka aşiq olur.

Doruk o illərlə bağlı xatirələrini belə ifadə edib: "Anam peşəmi davam etdirmək şərtilə ailə qurmağımı istəyirdi. Faruk Kençle evlənmək istədiyimi deyəndə anam az qalsın infarkt olacaqdı. "O sənin atan yaşındadır", - deyərək qarşı çıxdı. Anama məhəl qoymadım və 18 yaşım tamam olan gün Faruk Kençle evlənməyə qərar verdim. Anam çox üzülmüşdü".

Belgin Dorukla Faruk Kenç 1954-cü ilin sentyabrında ailə qurub. Bu evlilik 1961-ci ilə qədər davam edib. Evliliyin bitməsinin 3 səbəbi var idi: Aradakı yaş fərqi, Belginin başqa bir kişiyə aşiq olması və İstanbul Film Şirkətinin sahibi olan Kençin iflas etməsi. Doruk hələ ərindən rəsmən boşanmadığı illərdə adı film prodüseri Özdəmir Birsellə hallanırdı.

Aktrisa ikinci dəfə elə Özdəmir Birsellə ailə qurub. Ancaq Belgin axtardığı xoşbəxtliyi təəssüf ki, bu izdivacda də tapa bilmir. Daha sonra Belgin dərin depresiyaya düşür, əvvəlcə ruhi vəziyyəti pozulur, sonra isə həddən artıq kökəlir. Kino ulduzu 1995-ci ildə vəfat edəndə Özdemir Birsel Mədəniyyət Nazirliyinin dəstəyi ilə film çəkməklə məşğul idi.

Fərdi Tayfur və Mələk Ezgi

1930-cu illərdə məşhur opera bəstəkarı Muhlis Sabahattin Ezginin qızı Mələk Ezgi ilə dövrün məşhur aktyoru Fərdi Tayfurla Muhsin Ərtoğrulun rejissorluğunu etdiyi "Söz Bir, Allah Bir" (1933) filmində baş rolda çəkilib. Sonra isə kino ulduzları elə həmin il "Milyon Ovçuları" adlı ikinci filmə çəkiliblər. Bu iki film böyük bir sevgi hekayəsinin yaranmasına səbəb olub. Lakin cütlük xoşbəxt ola bilməyib. Çünki Fərdi Tayfur narkotik maddə aludəçisi idi. Üstəlik Tayfur sevdiyi qadını da narkotik maddəyə qurşandırır. İmmuniteti zəif olan Ezgi tezliklə vərəm xəstəliyinə yoluxur və gənc yaşda qan qusaraq ölümə məhkum olur.

Nilüfer Aydan və Halit Refik

"Yeşilçam"-ın məşhur ulduzları olan Nilüfer Aydan ilə rejossor Halit Refikin sevgi romanı böyük səs-küyə səbəb olmuşdu. Cütlüyün yasaq münasibətləri Topağacındakı Azadlıq Mənzilində həyata keçirən polis basqını zamanı ortaya çıxıb. Onları ifşa edən isə Nilüfer Aydanın rəsmi əri və məşhur aktyor Yılmaz Duru olub. Refik Aydanla rejissoru olduğu filmin çəkilişlərində tanış olub. Ən maraqlısı isə sözügedən filmin adının "Yasaq məhəbbət" olması idi. Hadisədən sonra Yılmaz Duru aktrisadan boşanır, Halit Refik isə Nilufər Aydanla heç nə olmamış kimi evlənir".

Muhterem Nur və Işın Kaan

Qısqanclığın ən parlaq nümunəsi Muhterem Nur ilə Işın Kaan arasında yaşanıb. Dövrün məşhur ulduzu Nurla evli olan aktyor Kaan əsgərlikdə olan zaman həyat yoldaşının filmini izləyir. Kaan filmdə həyat yoldaşının baş rolda oynadığı intim səhnələrdən əsəbiləşərək boşanmağa qərar verir. Işın Kaan Qarsda əsgərdə olduğu vaxt həyat yoldaşına aşağıdakı təsirli məktubu yazıb:
"Bazar günü "Gənc Osman" filminə getdim. Öpüş və eşq səhnələrində gördüyüm təhqir və utanc hisslərini ifadə edə bilmərəm. Dünəndən bəri əhval-ruhiyyəm bərbaddır. Sənin filmdə şəhvətlə və dəfələrlə öpüşünü qəbul etmirəm. Bunu heç çəkinmədən və ərinin nə hala düşəcəyini düşünmədən etdin".

Nurla Kaan iki il yarım evli qaldıqdan sonra boşanmağa qərar verir.

Nevzat Pesen və Nəriman Köksal

Evli və üç uşaq atası olan məşhur film prodüseri Nevzat Pesen 1958-ci ildə "Qızımın başına gələnlər" filmində oynayan Nəriman Köksala aşiq olur. Bu yasaq eşq 1965-ci ilə qədər davam edir.

Köksal "Konyakçı" filmində rol alan zaman rejissoru Firudin Kətə ilə tanış olur və dərhal nikah masasına oturmağa qərar verir. Onda Nevzat Pesenin bundan xəbəri belə yox idi. Bir müddət sonra "Pesen" film şirkətinin iflasından sarsılan Nevzat Pesen Köksalla ayrıldıqdan səkkiz il sonra evinin beşinci mərtəbəsindən özünü ataraq həyatına son verib.

Nəriman Köksal isə 1999-cu ildə vəfat etməzdən əvvəl qəlbində gizli qalan qəhrəmanı son dəfə görmək üçün xəstəxana otağına dəvət edir. Bu, onun son arzusu idi. Köksalın ölümündən əvvəl son dəfə görmək istədyi şəxs "Anadolu çoçuğu" və "Kimsə Fatma kimi öpemez" filmlərində baş rol oynayan İzzət Günay olub.

Türkan Şoray və Rühçan Adlı

Rühçan Adlı ilə Türkan Şorayın uzun illər sevgili olduğunu bilməyən yoxdur. İş adamı Rühçan Adlının Şorayın həyatında əhəmiyyətli rolu olub. Onu qoruyub, hər zaman zirvədə qalmasına kömək edib. Adlının evli olmasına baxmayaraq, 23 il böyük eşq yaşayıblar. Rühçan Adlı Şoraydan düz 23 yaş böyük idi. Şoray məhrum olduğu ata şəfqətini, ehtiyac duyduğu qayğını Adlıda tapmışdı. Bu əlaqədən sonra Şoray getdikcə şux qadın obrazından çıxıb daha təmkinli, sakit, hüznlü şəxsiyyətə çevrilir. Cütlük 23 il böyük məhəbbət macərası yaşasa da, Adlının həyat yoldaşı ərindən boşanmağa heç cürə razı olmur və güzəştə getmirdi.

Lakin məlum olub ki, ölümünün son dəqiqələrinədək Türkan Şoraya dəli kimi aşiq olan Rühçan sultandan əvvəl Nəbahat Çehrəyə aşiq olub. R.Adlının 1962-ci ildə aktrisaya göndərdiyi kartda bu sözlər yazılıb: "Çehrəm, Lalələr məmləkətindən, gözəl çiçəyimə - Nəbahata salamlar". (publika.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 7565   Tarix: 01 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hüseyn Həsənov Ədalət Şükürovun qızının toyunda

Rusiyada populyarlaşan bloger Hüseyn Həsənov Əməkdar artist Ədalət Şükürovun qızının toyunda iştirak edib. OLAY yazır ki, Hüseyn Jalənin xoş günündə yer alıb. Bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Qeyd edək ki, Jalə bir neçə gün öncə Ənvər adlı bəylə ailə qurub

07.05.2024 1001
.

Vəfa yol hərəkət qaydasını pozduğunu açıqladı

Müğənni Vəfa Şərifova paylaşımı ilə müzakirələrə səbəb olub. Axşam.az xəbər verir ki, instaqramında video yayımlayan sənətçi özü də bilmədən yol hərəkət qaydalarını pozduğunu etiraf edib. Videoda Rusiyada olan Vəfanın maşınla getdiyi və kəmər taxdığı əks olunub. O, yanındakı xanımın təkidi ilə kəmə

06.05.2024 462
.

Türkiyədə serial sektorunda böhran yaşanır

Türkiyədə serial sektorunda böhran yaşanır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, hazırda yaylıq seriallar çəkilmir. Buna səbəb bu sektorda xərclərin artması olub. Üç il əvvəl 1 və ya 1,5 milyona başa gələn serialların hər seriyasının dəyəri indi 10 milyon lirəni keçib. Ölkənin hər seqmentind

06.05.2024 857
.

Hüseyn Həsənov vergilərə 153 milyon borcludur

Rusiyada yaşayan azərbaycanlı bloqer Hüseyn Həsənovun vergilərə 153 milyon rubl (2,8 milyon manatdan çox) borcu var. "Qafqazinfo" "Baza" teleqram kanalına istinadən xəbər verir ki, Rusiya Federal Vergi Xidməti onun restoran işi və yemək çatdırılması ilə məşğul olan şirkətinin hesabların

06.05.2024 341
.

Bella Hadid sevgilisi ilə görüntüləndi - Foto

Məşhur ulduz Bella Hadid sevgilisi ilə görüntülənib. Axşam.az xəbər verir ki, model təxminən bir il əvvəl xroniki xəstəliyinin şiddətlənməsindən sonra karyerasına fasilə verib. Lakin bu yaxınlarda o, yeni məhsulunu təqdim edib. Bella və onun kovboy sevgilisi Adan Banuelos Nyu-Yorka öz brendi "Orebella"nı

04.05.2024 504
.

Hüsniyə Məhərrəmli: "Mən Masazırdan təzə çıxmışam" - FOTO

Aparıcı Hüsniyə Məhərrəmli "Instagram" hesabında diqqət çəkən paylaşım edib. xəbər verir ki, aparıcı Amerikada doğum günü məclisinə qatılarkən, ona çox bəzənməməyi tapşırdıqlarını söyləyib. "Sergionun ad gününə gedirəm. Deyiblər, sadə geyin, bura Amerikadır, çox bəzənmirlər. Mən Masazırda

06.05.2024 1115
.

"Ərimi bu xanımlara qısqanıram, gözü qaça bilər..." - VİDEO

Müğənni Qumral ərini açıq-saçıq geyimli xanımlara qısqandığını bildirib. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə o, "Xəbərin var?" verilişində danışıb. İfaçı ərinin geyimlərinə bəzən irad tutduğunu da açıqlayıb:. "Bəzən həyat yoldaşım geyimlərimə qarışır, deyir ki, bunu geyinmə

04.05.2024 1016
.

Bu da Ülviranın modelə bənzəyən qızı - Gözəlliyi ilə HEYRAN EDİR - FOTO

Aparıcı Ülvira Qarayeva sosial media hesabında paylaşım edib. xəbər verir ki, sənətçi "instagram" hesabında qızı Zeynəbin fotosunu izləyiciləri ilə bölüşüb. Paylaşım izləyicilərin marağına səbəb olub. Qeyd edək ki, Ülviranın qızı tibb təhsilini Türkiyədə alıb, orada da çalışır

04.05.2024 1164
.

Yenidən "Yalı çapkını"nda rol alacaqlar - Foto

"Yalı çapkını" serialının heyətində dəyişiklik edilib. Axşam.az-ın məlumatına görə, aktyor Baran Bölükbaşı ("Tarık") və Ediz Akşehir ("Saffet") ekran işinə geri dönüb. Onlar layihənin sonuncu təqdim olunan bölümündə yer alıblar. Qeyd edək ki, serialın baş rollarını Afr

05.05.2024 532