Nə qədər yatmaq olar?

Nə qədər yatmaq olar?Bütün canlı varlıqlar öz güclərini təzələmək və həyat fəaliyyətini davam etdirmək üçün istirahətə ehtiyac duyurlar. Və bu istirahət məcburi onların sorağına gəlir. Yuxudan yaxşı bir istirahət ola bilərmi? O, məcburi insanın sorağına gələr və onun bütün cismi və zehni fəaliyyətlərini dayandırar.

Yuxu nədir?

Nə səbəb olur ki, insan yuxuya gedir? Bu haqda ailmərin bir çox fikirləri vardır.

* Bəziləri hesab edirlər ki, yuxu zamanı beyndəki qanın bir çox hissəsi bədənin müxtəlif yerlərinə axırlar. Və onu fiziki amillərlə əlaqələndirirlər.

* Bəziləri belə əqidədədirlər ki, cismi fəaliyyət nəticəsində bədəndə xüsusi maddə cəm olur ki, bu da əsəb sisteminə təsir göstərir və insanda yuxu halı meydana gətirir. Və bu hal o zamana qədər davam edir ki, həmin maddə bədən tərəfindən tamamilə sorulur. Buna görə də onu kimyəvi amil adlandırırlar.

* Bəziləri isə yuxunu bir növ əsəb amili ilə əlaqələndirirlər və deyirlər ki, insan beynində yerləşən fəal əsəb sistemi əzaların hərəkətini təmin edir. Və çox yorğunluq nəticəsində yorulur və sönür. Bu da əsəb amilidir.

Bütün bu nəzəriyyələr yuxunu qanedici dərəcədə izah etmirdilər. Ancaq bütün bu amillərin də təsiredici olduğunu inkar etmək də mümkün deyildir.

Harvard Səhiyyə Məktəbi ilə Afina Universitetinin alimləri 6 ildən artıq müddətdə 26-86 yaş arasında olan 23 681 nəfər üzərində apardıqları təcrübə nəticəsində müəyyən etmişlər ki, gün- düzlər iş arası qısa müddətli yatan adamlar ürək xəstəliklərinə daha az tutulurlar. Belə adamlarda ürək xəstəliklərin gündüzlər yatmayan şəxslərə nisbətən 37 faiz az müşahidə olunmuşdur. Alimlərin fikrincə, həyacan və narahatlıqlarla yüklənmiş gün ərzində qısa müddətli yuxu stres və yorğunluğu bədəndən çıxartmaq üçün ən yaxşı vasitədir.

Yuxusuzluq

Yuxusuzluq nəinki bizim üçün, hətta ətrafımızda olanlar üçün pisdir. Hesablamalara əsasən hər il yuxulu sürücülərin səhvi ucbatından on minlərlə yol qəzası baş verir. 1920-ci illərlə müqayisədə indi Böyük Britaniyada insanlar gecə təxminən 8 saat yatırlar.

Yuxu mərhələləri

Yuxu müxtəlif mərhələlərdən ibarətdir. Dərin yuxuya getməzdən öncə 10 dəqiqə ərzində yarıyuxulu vəziyyətdə oluruq ki, bu da birinci mərhələdir.

İkinci mərhələdə dərin yuxuya gedirik.Bu mərhələ 20 dəqiqə davam edir.

Üçüncü və dördüncü mərhələlər isə bundan sonra gəlir.

Dərin yuxu vaxtı bədənimiz və beynimiz gün ərzində keçirdiklərimizdən dincəlir. Buna bəzən delta yuxusu da deyirlər. Bu müddət ərzində bir heç bir yuxu görmürük.

Normal gecə ərzində adamlar müxtəlif mərhələlərdən keçirlər. Problemlər bu mərhələlərdə pozulma olarsa əmələ gəlir.

Nə qədər yatmaq olar?

Günorta yatmaq üçün vaxtı olmayanlar üçün günün bu vaxtı yuxulu olmaq normal haldır. Maraqlıdır ki, gecə yuxusunu artıran adamlar günorta yatmağa ehtiyac duymurlar.

Amma günorta 10 dəqiqəlik yuxu ala biləniz bu çox xeyirlidir.

Yuxu və əhval-ruhiyyə bir-biri ilə əlaqələdir. Bu əlaqə hələ indiyə kimi tam başa düşülməyib. Amma doyunca yemək kimi, doyunca yatmaq da adamı xoşbəxt edə bilər..

Alimlərin uzun müddətli araşdırmalarına baxmayaraq yuxu ilə bağlı bəzi məqamlar tam da aydınlanmayıb.

Yuxu ilə bağlı fikirlərdə Şərq və Qərb alimlərinin fikirləri üst-üstə düşmür. Qərblilər yuxunu izah etməyə çalışarkən bildirirlər ki, yuxu insanın gündəlik fəaliyyətinin nəticəsində gördüyü düşüncələrdir. Şərqlilər isə fərqli olaraq yuxunun ilahi bir mesaj olduğunun bildirirlər. Yuxuda insan bəzən başına gələcəkləri tamamilə eyni olaraq, bəzən də müxtəlif mətn altı məna və bənzətmələrlə görür. Məhz buna görə də yuxuları yozmaq lazım olur.

İnsan ömrünün 3-də birini yataraq keçirir. Ancaq bu o demək deyil ki, hər yatdığımızda yuxu görürük. Məşhur qərbli fəlsəfəşunas Ziqmund Freydin yuxu haqqında fikirlərinə görə yuxu insanın şüurda gizlənmiş bəzi məqamların qısa metrajlı görüntüləridir. Yuxularda bəzən yaşamaq istədiklərimizi, bəzən keçmişimizdən bəzi anları, bəzəndə gələcəkdə yaşayacaqlarımız barədə qısaca məlumatlar görürük.

Bəs maraqlıdır yuxu nə qədər davam edir?

Maraqlı burasıdır ki, bu barədə də müxtəlif fikirlər və fərziyyələr irəli yürüdülübdür. Yuxuda zaman qavramının beyin tərəfindən qəbul oluna bilməməsi isə illər boyu yekun qərara gəlməyə imkan verməyib. Bəziləri bunun bir neçə saniyə sürdüyünü. Bəziləri isə saatlarla davam etdiyini göstərmişdir. Bütün bu fərziyələrə isə son nöqtəni Dr. B. Klein adlı Amerikalı bir alim qoymuşdur. O təcrübə üçün könüllü seçilmiş insanları hipnoz edərək yatırmış və müəyyən bir müddət sonra onları oyadıb yuxuda nə gördüklərinə qulaq asmışdır. Araştırma gözlənilməz nəticələr verib. Sən demə bütün ömrümüzü, keçmişimizi gördüyümüz yuxular belə 20 saniyəni keçmir. Dr. B. Klein`nin araştırmaları göstərib ki, insanın gördüyü ən uzunmüddətli yuxu 90 saniyə davam edib.

Alimlərin araşdırmaları göstərib ki, sən demə yuxuların növləri də varmış. İnsan yatmaq üçün çarpayıya üzanır və gözlərini yumur. Çox qısa müddət sonra göz qapaqları titrəməyə başlayır və insan yuxuya gedir. Alimlərin fikrincə yatmaq üçün qəbul olunmuş bəzi yuxugətirən dərmanlar insanın yuxu görməsinə mane olur. Onlar hesab edirər ki, təbii olaraq yuxuya getmiş hər bir insan yatdıqdan sonra mütləq yuxu görürlər. Yuxular isə ağ-qara və rəngli ola bilir. Amma insanların çoxu yuxularını ağ-qara gördüklərini söyləyirlər.

Daim yorğun və başı hər hansı mövzu ətrafında fikirlərlə dolu olan insanlar oyandıqları zaman qarışıq yuxular gördüklərini söyləyirlər. Əksərən onlar yuxularında fikirləşdikləri məsələ barəsində görürlər. Belə yuxuları yozmaq mümkün deyil. Məsələn televizorda və ya başqa bir yerdə həyəcanlı bir filmə baxan insan gecə yatdığı zaman həmin filmdən hissələr görə bilər. Bu sadəcə filmin təsirində qalmaqdır və belə yuxuları yozmaq mümkün deyil.

Kabus və ya qarabasma adı verilən yuxular da vardır ki, belə yuxular adətən yaxşı başlayır. Yatan insan hər hansı xoş bir hadisəylə maraqlandığını görür və birdən-birə yuxuda qorxulu məqamlar başlayır. Yaxşı görüntülər bir anda dəhşət dolu anlarla yerini dəyişir. Belə yuxuların açıqlamasını əsəb həkimləri və psixoloqlar verirlər. Kabusları, yuxuda bir dəfə görülən qorxulu səhnələrlə qarışdırmaq olmaz. Qarabasma görən insan qorxur. Hərdən yatdığını və yuxu gördüyü hiss edərək oyanmağa çalışar. Amma ya oyana bilmir, ya da oyandığını zənn edərək yatmağa davam edir və yenidən qarabasmalar davam edir. Hər insan ömründə bir neçə dəfə kabus görür.

İngiltərədə edilən bir araşdırma qadınların kişilərdən daha çox kabus və romantik yuxular gördüyünü ortaya çıxardı.170 könüllü üzərində edilən araşdırmada yaxın zamanda gördükləri yuxuları izah etmələri istənilən təcrübələrdən kişilıərin yüzdə 30-u kabus gördüyünü söylədi.
Başqa bir araşdırma kişilərin qadınlara nəzərən daha rahat bir yuxu çəkdiklərini göstərdi.Qadınlardan bu mənfiliklərə tək səbəb olaraq bədən istiliyindəki dəyişiklik göstərildi.

Yuxuda görülən hadisələrin heç bir təhrif olmadan həyata keçməsi də mümkündür. Belə yuxuları yalnız yüksək həssaslığa malik insanlar görürlər. Məsələn, yuxuda hər hansı bir yaxınının başına gələcəkləri görmüş insanlar hadisə baş verdikdən sonra və ya öncə hadisəni olduğu kimi danışa bilər. Belə yuxular "Gerçək yuxular" (həqiqi yuxular) adlanırlar. Belə yuxuları görənlər daha diqqətli olmalıdırlar və yuxuda gördüklərini düzgün qiymətləndirməlidirlər.

Yuxuda olan insan yuxuda bir çox şey görə bilər. Oyandığı zamansa bunların bəzilərini xatırlayır. Məhz xatırlanan bu hissələri yozmaq mümkündür.

Yuxuyozmalar da daha çox bu 4-cü tip yuxular üçündür.

Bəzən isə insanlar yuxuda daima eyni şeyləri görə bilir. Məsələn hər hansısa evi və ya insanı yuxuda daim təkrarən görə bilər. Halbuki həmin insanı və ya evi real həyatda tanımamaqdadır.

Alimlərin uzun müddətli araşdırmalarına baxmayaraq yuxu ilə bağlı bəzi məqamlar tam da aydınlaşmayıb.Yuxu ilə bağlı fikirlərdə Şərq və Qərb alimlərinin fikirləri üst-üstə düşmür.Qərblilər yuxunu izah etməyə çalışarkən bildirirlər ki, yuxu insanın gündəlik fəaliyyətinin nəticəsində gördüyü düşüncələrdir.Şərqlilər isə fərqli olaraq yuxunun ilahi bir mesaj olduğunu bildirirlər.

Yuxuları hər kəs görür, hətta o kəslər ki,yuxu görmədiklərinə əmindirlər.Onlar yanılırlar, çünki onlar yuxu gördüklərini unudurlar.Alimlər sübut edib ki,yuxuların 90%-ı unudulur.Xoruldayan zaman isə yuxu görülmür.Bunun elmi izahı yoxdur. Yuxu zamanı insan bədəni müəyyən qədər iflic olur.

Ən çox yatma rekordu 18 gün 21 saat və 40 dəqiqə olmuşdur.
Tibbi araşdırma olmadan birinin həqiqətən yatılı və ya oyaq olduğunu başa düşmək çətindir. İnsanlar bəzən özləri də hiss etmədən açıq gözlə yata bilərlər. Elm adamları isə 1998-ci ildə bir insanın yatarhən beynin yatma şəklini saatbasaat ekranlarda göstərdilər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 7431   Tarix: 05 yanvar 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197