"Çingiz Mustafayev yanlış informasiyalar yayıb - Bəzi kadrlar rəzalətdir"

"Çingiz Mustafayev yanlış informasiyalar yayıb - Bəzi kadrlar rəzalətdir"Sabah Laçın rayonunun işğalının 25-ci ildönümü tamam olacaq.

1992-ci il may ayının 18-də Laçını işğal edən Ermənistan silahlı qüvvələri rayonu qarət və talana məruz qoyub. İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz dədə-baba yurdundan didərgin düşüb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub, itkin düşüb.
Rayonda 8950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi işğal altında qalıb. Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub.
İşğalçı dövlət beynəlxalq hüquq normalarına məhəl qoymayaraq, hazırda Laçında qanunsuz məskunlaşma aparır.
Modern.az saytının Laçının işğal günü ilə bağlı "1992-ci ilin o günü" layihəsindəki müsahibi o zaman Laçında yerləşən hərbi hissənin tağım komandiri olmuş İsabala Əsgərovdur.
O, 1992-cü ilin 17 mayını ürək ağrısı ilə xatırlayır…

"Əfqanıstanda döyüşən qüvvələr Laçında vuruşurdu"
"Artıq mayın 17-də Laçındakı vəziyyət dözülməz həddə çatmışdı. Bir tərəfdən silah-sursat tükənmişdi, digər tərəfdən də yuxarıdakıların başı hakimiyyət uğrunda savaşa qarışmışdı. Laçına güclü təzyiqlər mayın 5-dən başlamışdı. Ermənistan və rus qoşunları əl-ələ verib Laçının və Şuşanın işğalını həyata keçirməyə çalışırdılar. Buna baxmayaraq, Laçının qəhrəman oğulları döyüş bölgələrinə səpələnmişdi. Heç kəs səngərdən çıxmırdı. Bizim polkun üzvləri Əfqanıstan müharibəsində döyüşmüş insanlar idi. 1979-1981-ci illərdə Əfqanıstan döyüşlərində mən də iştirak etmişəm. Əfqanıstan döyüşçülərindən ibarət dəstənin üzvləri Laçının müdafiəsində canla-başla xidmət göstərirdi. Əsas missiyamız döyüş əməliyyatlarını uğurla həyata keçirmək idi".

"Etibar Məmmədov heç kim idi"
İsabala Əsgərov deyir ki, o dövrdə hakimiyyət adamları nə etdiklərini bilmirdilər.
"Lakin Şuşa ermənilər tərəfindən işğal olunandan sonra Laçın mühasirədə qaldı. Laçındakı döyüşçülərin bir missiyası da qadınların, uşaqların, yaşlıların erməninin əlinə keçməsinə mane olmaq idi. 70 minə yaxın insanı mühasirədən çıxarmaq lazım idi. Başqa çıxış yolumuz da yox idi. Təəssüf ki, Şuşada döyüşən qüvvələr Laçında döyüşmədilər və qaçıb getdilər. Müəyyən qüvvələr var idi ki, onlar da təxribatçı işlərlə məşğul idi. Ölkədə hakimiyyət davası gedirdi. Ona görə də Laçının müdafiəsi üçün bizə heç bir kömək gəlmirdi. Ayaz Mütəllibovun silahlı dəstələri bizi köməksiz qoyub gedəndən sonra qruplaşmalar yaranmışdı. Həmin qruplaşmalar xarici ölkələrə işləyirdi. İşğal ərəfəsində o zamankı müdafiə naziri Rəhim Qazıyev Laçına gəlməmişdi. Qaçıb hardasa gizlənmişdi. Onu tapmaq mümkün deyildi. Amma o zamankı AXC nümayəndəsi Etİbar Məmmədov Laçına gəlmişdi. Həmin vaxt Etibar Məmmədov heç kim idi. Onun sözü keçmirdi. Etibar Məmmədov universitet tələbələrini döyüşlərdə iştirak etmək üçün özü ilə Laçına gətirmişdi. Onlar bir az döyüşlərdə iştirak etdilər. Sonra isə çıxıb getdilər. Əslində, həmin dövrün porsesləri İranda, Rusiyada hazırlanmış ssenari üzrə aparılırdı. Ermənilər Qradla, BMP, BTR-lə, biz isə quş tüfəngi ilə döyüşürdük".

"Laçınla Şuşanın işğalı eyni günə planlaşdırılıbmış"
Müsahibimiz deyir ki, erməni səngəri ələ keçirilməklə bir neçə məlumat öyrənilmişdi:
"Əslində Laçını bir müddət də qoruyub saxlamaq olardı. Heç bir kömək gəlmədiyindən bu, mümkünsüz oldu. Şuşa ilə Laçının arasında Kirs dağı var. Erməni birləşmələri oranı ələ keçirmişdilər. Bu da mayın 10-11-nə təsadüf etmişdi. Daha sonra biz ora gedib 24 saat əməliyyat keçirdik. 15-20 erməni meyiti ortalıqda qalmışdı. Həmin vaxt biz erməni səngərinə girə bilmişdik. Xəritələri, gizli hazırlıq planlarını ələ keçirdik. O zaman bəlli oldu ki, ermənilər Laçının işğalını mayın əvvəlində gerçəkləşdirmək istəyib. Şuşanın işğal günündə Laçını da işğal etmək planları olub".
Laçının ikinci dəfə alınması… Bu, niyə mümkün olmadı?!
Keçmiş döyüşçünün sözlərinə görə, o dövrdə hərbi qüvvələrə rəhbərlik edən Surət Hüseynov və Əzizağa Qənizadə də təxribatlarla məğul idi.
"1992-ci ilin sentyabr, oktyabr aylarında Kəlbəcər tərəfdən hücum etməklə Laçının 60-a yaxın kəndini azad etdik. Orada xüsusi döyüşlərimiz olmuşdu. Ermənilərlə üz-üzə gəlmişdik, çoxlu düşmən əsgəri məhv edilmişdi.
Həmin vaxt Laçınla Kəlbəcər arasında olan koridoru açmışdıq. Ona görə də ermənilər Laçına gedib-gələ bilmirdilər. Lakin Surət Hüseynov açdığımız koridorun bağlanmasını əmr edərək, bunun beynəlxalq dairələrə zidd olduğunu bildirmişdi. Təxribatlar nəticəsində koridor bağlandı. Koridorun bağlanması ərəfəsində Əzizağa Qənizadə də (1992-ci ildə 771 saylı hərbi hissənin komandiri olub-NB) orada idi. O, Surət Hüseynovun adamı idi. Korpus komandiri kimi ona tabe idi. Onların hər ikisi bizə qarşı təxribat etmişdilər. Həmin vaxt Surət Hüseynov Yevlaxda otururdu. Onun qərargahı orada yerləşirdi".

Çingiz Mustafayev yanlış informasiyalar yayıb
İsabala Əsgərov deyir ki, o zaman Laçında çəkilişlər həyata keçirən telereportyor Çingiz Mustafayevin bəzi kadrları rəzalətdir.
"Çingiz Mustafayev çəkiliş apardığı zaman bəzi prosesləri dəqiq şərh etməyib. Laçından qaçanlara üzünü tutub deyir ki, "niyə qaçırsız?". Halbuki, Laçından qaçanlar Laçının müdafiəsində sonuna qədər döyüşənlər olmayıb. Çingiz Mustafayevin bəzi kadrları Laçın döyüşçüləri üçün rəzalətdir. Şuşadan qaçan döyüşçüləri göstərməklə "laçınlılar qaçır" demək yanlış idi. Laçınlılar qaçsaydılar, əhalinin 20 min nəfəri ermənilərə girov düşərdi.
Laçının işğal olunma prosesini 5 gün gecikdirdik. Deyirlər ki, Laçın uğrunda döyüşlər getməyib. Necə getməyib ki, yaralıların əlindən xəstəxanalarda bir dənə də olsun yer yox idi?!. Laçın döyüşçülərinin sayəsində ikinci Xocalı faciəsi baş vermədi.
Laçının işğalı ərəfəsində Çingiz Mustafayevin təhlükəsizliyini qardaşım Mübariz Əsgərov qoruyurdu. Polk komandiri tapşırmışdı ki, "Çingiz yaxşı oğlandır. Qonaqdır. Onun təhlükəsizliyini yaxşı qoruyun". Sonradan bəlli oldu ki, o da doğru informasiya yaymayıb".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 7871   Tarix: 17 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Hizbullah İsrailin sərhəddə yerləşən tankına raketlə hücum edib

Hizbullah Hərəkatı İsrailin sərhəddəki hərbi tankını idarə olunan raketlə hədəfə aldığını açıqlayıb. xəbər verir ki, Hizbullah tərəfindən verilən açıqlamada Livanın cənubundan İsraillə sərhəddə yerləşən Metula qəsəbəsinə hücumun təşkil edildiyi bildirilib. Açıqlamada İsrailin Metuladakı hərbi tankını

01.05.2024 201
.

Türkiyədə avtobus aşdı, ölənlər var

Türkiyənin Qaziantep şəhərində sərnişin avtobusu aşıb. BİG.AZ xəbər verir ki, hadisə zamanı sürücü idarəetməni itirib. Qəza nəticəsində 1 nəfər ölüb, 17 nəfər yaralanıb. Qeyd edək ki, hadisə yerinə çoxlu təcili yardım maşınları cəlb olunub

01.05.2024 204
.

İbtidai siniflər üçün 5 günlük tətil başladı

Azərbaycanın orta məktəblərində bu gündən ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili başlayır. xəbər verir ki, bu gündən başlayan tətil mayın 6-a kimi davam edəcək. Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə əsasən, ümum

01.05.2024 254
.

Keçmiş sevgilisinin sevgilisinin maşınına bomba yerləşdirən şübhəli saxlanılıb

Türkiyənin Zonquldak bölgəsində keçmiş sevgilisinin sevgilisinin maşınına bomba yerləşdirən şübhəli saxlanılıb. xəbər verir ki, hadisə dünən axşam saatlarında Ereğli rayonundakı Kışla Sənaye Sahəsində baş verib. Mühərrik ustası avtomobilin alt hissəsini yoxlayanda bomba qurğusunu görüb. Vəziyyətlə bağl

01.05.2024 257
.

"14 ildir o insanı danışdırmıram" - Dilarə Əliyeva

Əməkdar artist Dilarə Əliyeva aparıcısı olduğu "Söhbət var" verilişində açıqlaması ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, aktrisa yemək yeyərkən ona irad bildirən şəxslə 14 ildir küsülü olduğunu etiraf edib. O, həmin şəxsin kim olduğunu açıqlamayıb:. "Gözümün işığı, ən sevdiyim ada

01.05.2024 784
.

Yaxın günlərdə bu məhsullar kəskin ucuzlaşacaq – SİYAHI

"Bəzi məhsullar istixanalarda yetişdirilir. İstixanada isə zəruri temperatur yaradılır. Məsələn, istixanada xiyar yetişdirmək üçün 23-24, pomidor üçün 25-26, çiyələk üçünsə təxminən 24-25 dərəcə istilik tələb olunur. Nəzərə alaq ki, son günlər havanın temperaturu müsbət 30 dərəcəyə yaxınlaşıb. On

01.05.2024 926
.

"Rəsmi Tələviv İrana qarşı beynəlxalq koalisiya yaratmağa çalışır" - RƏY

Yerusəlimdə hökumət başçısının ofisində İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ dövlət katibi Antoni Blinken arasında qapalı görüş keçirilib. Politoloq Turan Rzayev -a bildirib ki, görüş İsrail-İran gərginliyi ilə bağlıdır. Rəsmi Tələviv İrana qarşı beynəlxalq koalisiya yaratmağa çalışır:. "İsrai

01.05.2024 245
.

Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ

Bakı-Sumqayıt qatarına Xırdalan dəmir yolu stansiyasının ərazisində daş ataraq şüşəsini sındıranlar və qatar yolunun üzərinə daş düzərək təhlükə yaradan azyaşlılar müəyyən olunublar. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. Məlumata görə, aprel 28-də Bakı-Sumqayıt xətt

01.05.2024 422
.

Azərbaycanda yeni telekanal açıldı - FOTO

Mayın 1-də Qərbi Azərbaycan İcmasının tərkibində fəaliyyət göstərən Qərbi Azərbaycan Televiziyasının binasının açılışı olub. Azərtac-a istinadən bildirir ki, tədbirdə İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış edib. O bildirib ki, Qərbi Azərbaycan Televiziyası son 20

01.05.2024 1159