İmtahana gələn abituriyentlərdən AĞLASIĞMAZ HİYLƏGƏRLİKLƏR: gizli kamera - FOTO

İmtahana gələn abituriyentlərdən AĞLASIĞMAZ HİYLƏGƏRLİKLƏR: gizli kamera - FOTOAprelin 30-da ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanları ilə əlaqədar Dövlət İmtahan Mərkəzində Apelyasiya Komissiyası yaradılıb.

Dövlət İmtahan Mərkəzindən BiG.AZ-a verilən məlumata görə, mayın 1-dən 3-dək fəaliyyət göstərən Apelyasiya Komissiyasına imtahanın məzmunu ilə əlaqədar daxil olan müraciətlərə ekspertlər tərəfindən ətraflı cavab verilib və bununla bağlı hər bir abituriyentlə akt imzalanıb. Komissiya fəaliyyət göstərdiyi tarixlərdə imtahanlarda baş vermiş müxtəlif hallarla bağlı araşdırma aparmış və müvafiq qərarlar qəbul edib.

İmtahanda baş verən bir sıra hallarla bağlı Komissiya abituriyent və valideynlərə müraciət edib.
"Çox təəssüf ki, dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq müəyyən abituriyentlər yenə də imtahan binasına telefonla daxil olmağa cəhd edirlər. Belə ki, aprelin 30-da ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında da bu cür hallara rast gəlinib. Qeyd edək ki, buraxılış rejimi zamanı abituriyentlərdən ümumilikdə 130-a yaxın mobil telefon, texniki vasitələr və çoxsaylı köməkçi tədris materialları aşkar edilib və həmin abituriyentlər imtahana buraxılmayıb. Dövlət İmtahan Mərkəzi bir daha abituriyentlərə ciddi xəbərdarlıq edir. Qəbul qaydalarına zidd olaraq imtahan binasına qadağan olunmuş vasitələr keçirən abituriyentlərin imtahan nəticələri ləğv ediləcək.

Bundan əlavə, imtahandan bir gün əvvəl DİM və XDMX əməkdaşlarının iştirakı ilə təhlükəsizliyin təmin edilməsi məqsədilə bütün imtahan zalları, giriş-çıxış qapıları, binanın zirzəmisi, damı möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil verilir. 29 aprel tarixində imtahan keçiriləcək binalarda aparılan yoxlama zamanı müxtəlif yerlərdə əvvəlcədən gizlədilmiş mobil telefonlar aşkar edilib. Bir binada sanitar qovşağının su çənində 2 ədəd mobil telefon, digər binada isə zibil vedrəsində 1 ədəd mobil telefon gizlədilib. Öncədən həyata keçirilmiş tədbirlər nəticəsində imtahan günü telefonları gizlətdiyi yerdən götürən abituriyentlər saxlanılıb. Mobil telefonları su çənində gizlədən abituriyentin üzərinə baxış zamanı əynində olan jiletin düyməsinə xüsusi xırda kamera yerləşdirdiyi məlum olub. Abituriyentin məqsədi test kitabçasını videoya çəkmək və naqilsiz qulaqcıq vasitəsilə kənardan ona deyilən cavabları cavab kartına köçürmək olub. Digər abituriyent isə mobil telefonu təhvil verməkdən imtina edib və onu yerə çırparaq sındırıb".

Göründüyü kimi, DİM tərəfindən keçirilən imtahanlarda qadağan olunmuş vasitələrin imtahan binasına keçirilməsi və ya istifadəsinin qarşısı alınır. Növbəti imtahanlarda iştirak edəcək abituriyentlərdən xahiş edirik ki, qəbul qaydaları və hər bir imtahandan öncə onlara təqdim olunan yaddaş kitabçasındakı məlumatlarla diqqətlə tanış olsunlar və müəyyən olunmuş qaydaları pozmağa cəhd göstərməsinlər. DİM-in əsas məqsədlərindən biri şəffaf, ədalətli və hamı üçün bərabər şərtlərlə imtahan keçirərək daha bilikli abituriyentlərin müəyyən edilməsidir.
İmtahana gələn abituriyentlərdən AĞLASIĞMAZ HİYLƏGƏRLİKLƏR: gizli kamera - FOTOİmtahana gələn abituriyentlərdən AĞLASIĞMAZ HİYLƏGƏRLİKLƏR: gizli kamera - FOTOİmtahana gələn abituriyentlərdən AĞLASIĞMAZ HİYLƏGƏRLİKLƏR: gizli kamera - FOTOİmtahana gələn abituriyentlərdən AĞLASIĞMAZ HİYLƏGƏRLİKLƏR: gizli kamera - FOTOİmtahana gələn abituriyentlərdən AĞLASIĞMAZ HİYLƏGƏRLİKLƏR: gizli kamera - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3843   Tarix: 03 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643