Küçənin ortasında arvadına ayaqqabısını sildirdi - Bakıda çəkilən FOTO OLAY OLDU

Küçənin ortasında arvadına ayaqqabısını sildirdi - Bakıda çəkilən FOTO OLAY OLDUHər güclü bir kişinin arxasında, güclü bir qadın dayanır. Bu cümlə artıq bir klişeyə çevrilib.

Əfsuslar olsun ki, bu sözləri yuxarıdakı fotoda əks olunan qadına şamil etmək olmur...
Öncə məlumat verək ki, fotonu BiG.AZ redaksiyasına oxucumuz göndərib. Gördüyü mənzərədən yüngül affekt hal keçirən oxucu, şəkillərə belə şərh verib:

"Ötən gün belə bir hadisənin şahidi oldum. Bir kişi küçədə ayağını qaldırıb, səkiyə qoymuşdu. Şəkildə gördüyünüz qadın isə müticəsinə onun ayaqqabılarını təmizləyib, şalvarını qaydaya salırdı. Ardınca kişi yüksək səslə, amiranə tərzdə "İndi o birisini!" – deyə, qadına ayaqqabısının digər tayını silməyi göstəriş verdi".

Bəli, qadın-kişi münasibətləri - bütün dövrlərdə və cəmiyyətlərdə həssas və aktual mövzu olaraq qalmaqdadır. Yəni heç kimə sirr deyil ki, dünyanın hətta ən inkişaf etmiş ölkələrində belə, qadına yanaşma fərqlidir.

Əvvəllər Azərbaycanda qadın-kişi bərabərsizliyi haqqında müzakirələrə cəmiyyətin problemi, çatışmazlığı kimi yanaşardım. Amma son illər belə qənaətə gəlmişəm ki, bu problemi ümumiləşdirib, cəmiyyətin çatışmazlığı, qüsuru kimi qabartmaq heç də doğru deyil. Əlbəttə, bu danılmazdır ki, hətta inkişaf etmiş ölkələrdə belə, qadınlar təcavüzə, cinayətə, zorakılığa məruz qalır.
Bu, məsələnin bir tərəfi.

Digər tərəfdən isə etiraf etməliyik ki, dünyada elə ölkələr var ki, el dili ilə desək, biz onların yanında toya getməliyik... Yəni zənnimcə, qadın özü imkan verməməlidir ki, onu evdə və cəmiyyətdə - iş yerində, dost-tanış, qohum-əqrəba içində - bacarıqsız, qorxaq, ağlı dayaz kimi qəbul etsinlər. Qadın ilk növbədə özünə hörmət etməli, dəyər verməli, daim inkişafı naminə öz üzərində çalışmalıdır ki, güclü cinsin nümayəndəsi də onun dəyər və qiymətini bilsin. Çətinliklə üzləşəndə, ağıllı qadınından məsləhət alsın, ona güvənsin.

Əfsuslar olsun ki, Azərbaycanda əksər qadınların özləri haqqında formalaşdırdığı yanlış rəy nəticəsində digərləri bunun qurbanına çevrilir.
Qəribə olan odur ki, qadınların da bir çoxu cəmiyyətdə ikinci dərəcəli insan olmağı özlərinə yaraşdırır, onlara edilən anormal rəftarları normal qarşılayırlar. Bəzən olur ki, Azərbaycan qadını hətta həyatı ilə bağlı önəmli qərarı özü belə verə bilmir, fikir söyləmək hüququndan məhrum edilir. Çünki ona kimdənsə asılı vəziyyətdə yaşamaq daha rahatdır. Ailə qurmazdan öncə bu qərarları atası verir. Evlilik həyatında isə özünü ondan dəfələrlə ağıllı hesab edən əri... Çünki qadın bu vəziyyətə özü rəvac verir.

Yəni hər bir qadın ona veriləcək dəyəri, özü müəyyən edir. Odur ki, gözəl qadın olmaq kifayət etmir. Gözəl qadın olub, lakin həyat yoldaşınız tərəfindən aşağılanırsınızsa, bəlkə günahı qarşı tərəfdə deyil, özünüzdə axtarasınız?! Bu haqda düşünməyə dəyər.

"Arvadına küçənin ortasında ayaqqabı sildirən kişi də nə dərəcədə kişidir?" - sualına isə elə oxucu özü cavab versin...

Aytən.H

Küçənin ortasında arvadına ayaqqabısını sildirdi - Bakıda çəkilən FOTO OLAY OLDUKüçənin ortasında arvadına ayaqqabısını sildirdi - Bakıda çəkilən FOTO OLAY OLDU


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 20966   Tarix: 21 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930