Azərbaycan rəqəmsal yayıma keçir: paketlərdə hansı telekanallar var? - SİYAHI

Azərbaycan rəqəmsal yayıma keçir: paketlərdə hansı telekanallar var? - SİYAHI"MTRŞ rəqəmsal yayımla bağlı üzərinə düşən bütün vəzifələri həll edib və artıq ölkə ərazisində rəqəmsal yayıma keçid üçün qərar verilə bilər".
Bunu Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli qurumun təşkilatçılığı ilə Azərbaycanda rəqəmsal televiziya yayımının tətbiqinə həsr olunmuş tədbirdə bildirib.
Onun sözlərinə görə, Azərbaycanda kabel televiziyası şəbəkəsi xeyli müddətdir fəaliyyət göstərir. "Kabel şəbəkəsi rəqəmsal yayımda fəaliyyət göstərir və bu şəbəkəyə qoşulanların dekoder almasına ehtiyac yoxdur", - deyə N.Məhərrəmli vurğulayıb.
BiG.AZ xəbər portalı APA-ya istinadən bildirir ki, rəqəmsal yayıma keçidin teleradio məkanında yenilik olacağını deyən N.Məhərrəmlinin sözlərinə görə, bu yayıma keçdikdən sonra tezliklərin istifadəsi ilə bağlı xeyli tezlik əldə ediləcək. Rəqəmsal yayıma keçdikdən sonra bir televiziya kanalında 12 kanal yayımlana biləcək: "İkincisi, telekanallar artıq 1 Kvt ötürücü vasitəsi ilə yayımını təmin edəcək. Keyfiyyətlə bağlı təsvirdə böyük yeniliklər olacaq. Analoq rejimə nisbətən, əlavə maneələrdən azad olacaq. Üçüncüsü, ölkə ərazisində televiziya kanallarının yayımında qeyri-bərabərlik aradan qalxacaq. İnsanlar həmçinin televiziya və radio vasitəsi ilə interaktiv imkanlardan yararlana biləcəklər. İnsanlar əvvəlcədən baxmaq istədikləri proqramları müəyyənləşdirə biləcəklər".

Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov rəqəmsal yayıma keçidlə bağlı təqdimat keçirib. Nazir müavini qeyd edib ki, MTRŞ-nin qərarına uyğun olaraq, hər paketdə 10 kanal olmalıdır. Gələn ilin fevralınadək Naxçıvan Muxtar Respublikası da rəqəmsal yayımla tam əhatə olunacaq. "2012-ci ilin ilk rübündə Bakı şəhərində HD TV yayımı həyata keçirməyi düşünürük. Eləcə də HD radionun 2012-ci ilin ilk rübündə yayımı nəzərdə tutulur. Yəqin ki, İctimai Televiziya HD yayıma keçəcək", - deyə İ.Məmmədov bildirib.

Yeri gəlmişkən, MTRŞ Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi və inkişafı Proqramı"na uyğun olaraq televiziya yayımçılarının rəqəmli yayıma keçidi və rəqəmli yayım paketində proqramların müəyyən edilməsi barədə qərar qəbul edib. Qərara əsasən, təşkilati-hüquqi formasından asılı olmayaraq ölkə ərazisində yerüstü yayımla yayımlanan bütün televiziya proqramları dekabrın 22-dən analoq yayımla paralel DVB-T standartına uyğun olaraq rəqəmli formada həyata keçiriləcək və ölkə ərazisində yerüstü rəqəmli televiziya yayımı əsas və regional paketlər üzrə aparılacaq.

"Televiziya və radio yayımı haqqında" qanunun 1.0.14-cü maddəsinə uyğun olaraq hazırda ölkədə mövcud olan bütün ümumrespublika televiziya proqramları və TRT1 telekanalı əsas paketə daxil edilib və aşağıdakı ardıcıllıqla yayımlanması qərara alınıb.

1. AzTV
2. Mədəniyyət TV
3. İdman Azərbaycan TV
4. İTV
5. ANS
6. Lider TV
7. Space TV
8. ATV
9. Xəzər TV
10. TRT1

Qərara əsasən, regional televiziya proqramları isə ayrı-ayrı paketlərdə qruplaşdırılaraq yayımlanacaq. Belə ki, Gəncə-Tovuz zonası üçün olan paketdə Kəpəz TV, Türkel TV, Alternativ TV, Quba-Xaçmaz zonası üçün olan paketdə Region TV, Qütb TV, Xəyal TV, Mingəçevir, Şəki, Yevlax və Zaqatala rayonları üçün olan paketdə Mingəçevir TV, Kanal S, El TV, Aygün TV yayımlanacaq. Cənub TV və Dünya TV-nin isə heç bir paketə daxil edilmədən yayımlanması qərara alınıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 16910   Tarix: 24 dekabr 2011  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu şəhərlərdə aprel pensiyaları ödənildi

Bu gün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə aprel ayının pensiyaları ödənilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fond

14.04.2026 350
.

Səhranın mərkəzində çiçəklənən sahilləri olan çay: Bunu necə yaradıblar?

Səudiyyə Ərəbistanı paytaxtı Ər-Riyadın təmizlənmiş tullantı sularını Ərəbistan səhrasının mərkəzində yerləşən Vadi Hənifə vadisi boyunca 120 kilometrlik bir axına çevirərək canlı yaşıl ekosistem yaradıb. Bu süni su sistemi artıq onlarla quş və balıq növünü dəstəkləyir. Qayanrinfo "Ecoticias"

14.04.2026 189
.

Yeni kart sistemi müzakirədə: müəllimlər üçün nə dərəcədə faydalıdır?

"Müəllimlərin və təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılması məqsədilə təqdim edilən "Təhsil+" loyallıq kartları ətrafında müzakirələr rəsmi vədlərlə real şübhələrin qarşılaşdığı bir məqama çevrilib. Bu kartların kağız üzərində müəllimlərə supermarketlərdən apteklərə, klinikalarda

14.04.2026 376
.

Ən çox yaxınlar edir: bitməyən zənglərin arxasında nə dayanır? - PSİXOLOQDAN AÇIQLAMA

Müasir dövrdə mobil rabitə insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilsə də, bu imkanlardan sui-istifadə halları da artmaqdadır. Xüsusilə bəzi şəxslərin qarşı tərəfin istəmədiyini açıq şəkildə bildirməsinə, zənglərin "adboy" edilməsinə baxmayaraq, israrla yenidən və dəfələrlə zən

14.04.2026 363
.

Fransa və Böyük Britaniya cümə günü Hörmüz dəniz gəmiçiliyi təhlükəsizliyi üzrə danışıqlara birgə ev sahibliyi edəcəklər

Fransa prezidentinin ofisi bildirib ki, Fransa və Böyük Britaniya cümə günü Hörmüz boğazının təhlükəsizliyini təmin etmək üçün "tamamilə müdafiə missiyasına" töhfə verməyə hazır olan ölkələrin video konfransına birgə ev sahibliyi edəcəklər. BİG.AZ France 24-ə istinadən xəbər verir ki, preziden

14.04.2026 283
.

Türkiyədə şok qərar: Kamal Kılıçdaroğluna həbs cəzası verildi

Türkiyə məhkəməsi ölkənin əsas müxalifət təşkilatı olan Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri, sabiq deputat Kamal Kılıçdaroğlu barəsində həbs qərarı çıxarıb. "Yeni Sabah" xəbər verir ki, məhkəmə hakim Ədalət və İnkişaf Partiyasının sədri, Prezident Rəcəb Tayyib Ərdoğanın K.Kılıçdaroğl

14.04.2026 254
.

Tramp məhkəməni uduzdu

Florida dairə məhkəməsi ABŞ Prezidenti Donald Trampın "The Wall Street Journal" nəşrinə qarşı qaldırdığı 10 milyard dollarlıq böhtan iddiasını rədd edib. "Yeni Sabah" xəbər verir ki, iddia 2025-ci ilin iyul ayında WSJ-də Trampın cinsi cinayətkar kimi məhkum edilmiş maliyyəçi Ceffr

14.04.2026 237
.

Rusiyanın neft ixracından əldə etdiyi gəlir mart ayında 19 milyard dollara çatıb

Rusiyanın Yaxın Şərqdəki müharibə zamanı enerji qiymətlərinin artması ilə mübarizə aparmaq məqsədilə sanksiyalardan azad edilməsi ilə mart ayında neft ixracından əldə etdiyi gəlir təxminən ikiqat artıb. BİG.AZ The Telegraph-a istinadən xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, ölk

14.04.2026 280
.

Aleyna Tilkidən şok ETİRAF: "Xəyanət etməyi 8 yaşımda öyrənmişəm"

Məşhur müğənni Aleyna Tilki qonaq olduğu proqramda uşaqlıq illəri ilə bağlı etdiyi etirafla diqqət çəkib. Türkiyə mediasına istinadla xəbər verir ki, səmimi açıqlamaları ilə gündəm yaradan ifaçı, hələ 8 yaşında olarkən yaşadığı bir hadisəni bölüşüb. Aleyna Tilki həmin dövrdə xəyanətin nə olduğunu ta

14.04.2026 317
.

TOP MP3