"Biz onları dindar bildik": "Mahmud baba" filmində 210 minlik yeyinti qalmaqalı

"Biz onları dindar bildik": "Mahmud baba" filmində 210 minlik yeyinti qalmaqalı"Mahmud Baba" filmində baba və nəvə rolunu canlandıran aktyor Fəqan Məmmədov yenidən "Mahmud baba" filmindən danışıb.

BiG.AZ xəbər verir ki, bu barədə cebhe.info-ya açıqlama verən aktyor yeni "Mahmud baba" filmini çəkəcəyini, yeni filmin daha çox seviləcəyini bildirib:

"Yeni filmimizə tələbat çoxdur, sosial şəbəkələrdən də çoxsaylı tələb mesajları alırıq. Biz yeni "Mahmud baba" filmi çəkəcəyik, burada Mahmud baba tam fərqli obrazda, kəndli baba obrazında olacaq. İnşallah ümidvarıq ki, möhtəşəm bir film olacaq. Əslində Mahmud baba obrazını mən 11 il bundan öncə yaratmışdım, o da kifayət qədər sevilirdi. Filmdə də mən istədiyim kimi olmalıydı. Onlara tələb qoydum ki, bu obraz maska olmasın, Mahmud baba "Şaulin" olmasın. Rejissor, ssenarist dedi ki, biz bilirik necə olmalıdır. Maskalı bir obraz yaratdılar.

Mən də 40 dərəcə istidə o maskada bişmişəm, çox əziyyət çəkmişəm. Dedilər düzəldəcəyik, baba daha şirin olacaq. Hələ o maskaya saqqalı mən zülmlə əlavə elətdirmişəm. Çünki babada saqqal olmalıdır. Mən xəyalımda Qarabağ babası yaratmışdım. Amma dedilər ki, biz neçə ildir bu sənətdəyik. Mən inandım onlara, əminəm ki, mənim dediyim obrazda olsaydı daha çox izlənərdi, sevilərdi. Çox təəssüf ki, inanmamalıydım".

Aktyor Fəqan Məmmədov filmdə külli miqdarda vəsait yeyintisinin olduğunu da açıqlayıb: "Mən ilk filmdə rejissora, ssenaristə güvəndim. Çünki onlar neçə ildir bu işi görürlər. Çox təəssüflər olsun ki, ümidləri doğrultmadılar. Biz Mahmud baba obrazını tam fərqli görmək istəyirdik, onlar bu obrazı yarada bilmədilər. Məni inandırdılar ki, onların yaratdığı obraz daha çox seviləcək, qəbul ediləcək. Bununla yanaşı filmimdə də külli miqdarda yeyinti oldu. Biz onları dindar bildik, namaz əhli, ibadət əhli bildik güvəndik, inandıq ki, bunlar bizə qarşı nəsə artıq hərəkət etməzlər. Lakin təəssüf hissi ilə vurğulamaq istəyirəm ki, böyük bir yeyinti oldu. Həm də filmi kəsib doğradılar. Bir aktrisaya görə problem yarandı orda. Ona görə də kadrlarımız doğrandı, kəsildi.

Filmimizi bərbad hala saldılar. 210 min manat məbləğ vəsait ayırılmışdı. Baxmayaraq ki, ilk dəfə idi filmə çəkilməyim, amma deyilənə görə mən bunu bacarmışdım. Lakin kəsib doğradılar, hesab edirəm ki, konkret olaraq, mənə qarşı düşmənçilik elədilər. Bilmirəm nədən irəli gəldi, niyə belə elədilər. Zamanı gəlincə onları məhkəməyə də verəcəyəm. Sadəcə olaraq, bu aralar başım çox qarışıqdır işlərimə. Mən Allaha sığınıram. Rejissor Samir Kərəmoğlu idi, filmi də normal təhvil verməliydi, vermədi. Hətta, qala gecəsi bitəndən sonra, film nümayiş olunandan sonra nə rejissor, nə də ssenarist səhnəyə çıxdılar, qaçdılar. Heç bir qazanc olmadı. Qazanc ancaq rejissorla, ssenaristin oldu, onların ətrafındakılar yedilər".

"Biz onları dindar bildik": "Mahmud baba" filmində 210 minlik yeyinti qalmaqalı


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 2308   Tarix: 14 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aygün Kazımovanın qızı TANINMAZ DƏRƏCƏDƏ DƏYİŞDİ - FOTO

Xalq artsiti Aygün Kazımovanın müğənni qızı İlqarə Kazımova son görüntüsü ilə diqqət çəkib. xəbər verir ki, ifaçının sosial mediada yeni görüntüsü yayımlanıb. Onun xeyli dəyişən görüntüsünə çoxsaylı tərif gəlib. Fotoya çoxsaylı bəyəni gəlib

00:04 242
.

"O qədər acı çəkmişəm ki, vecimə deyilsiniz"

Aktrisa Zümrüd Qasımova sosial şəbəkədə ona tənqid yazanlara cavab verib. Axşam.az xəbər verir ki, ona mənfi rəy yazanların əksəriyyəti xanımlardır. Aktrisa əlavə edib ki, təhqir yazanlar sevgisizlikdən əziyyət çəkirlər:. "Bu həyatda o qədər acı çəkdim ki, sizin fikirləriniz mənim heç vecimə d

13.12.2025 181
.

Nadir Qafarzadə baba oldu

Müğənni Nadir Qafarzadə baba olub. Axşam.az xəbər verir ki, sənətçinin nəvəsi dünyaya gəlib. Qafarzadə Axşam.az-a açıqlamasında bildirib ki, oğul nəvəsi olub. Qeyd edək ki, müğənninin oğlu Loğman Əntiqə adlı xanımla ailəlidir. İfaçının ikinci övladı Əziz də bu il ailə qurub

10.12.2025 736
.

"Abid Şərifovun xanımı o qadınlara həsəd aparırdı"

Şair Nazilə Səfərli bir zamanlar aparıcısı olduğu "Banu" verilişindən ayrılmasından danışıb. Axşam.az xəbər verir ki, bu haqda "Pərvizə görə" proqramında söz açan şair bunları deyib:. "Abid Şərifovun (Baş nazirin sabiq müavini - red.) həyat yoldaşı gördüm ki, "Banu"

08.12.2025 784
.

Gülay Zeynallı paylaşımı ilə DİQQƏT ÇƏKDİ - FOTO

Müğənni Gülay Zeynallı sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, müğənni "instagram" hesabında yeni fotolarını paylaşıb. Fotoda Gülayın gözəlliyi və təbii görünüşü ilə hər kəsi heyran edib. Onun paylaşımına çoxsaylı bəyəni, tərif gəlib. Sözügedən fotonu təqdim edirik:

00:10 129
.

"Belə şəkillərə aldanmayın, bu, işimizdir"

Aşıq Samirə Əliyeva paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkədə izləyiciləri ilə fotosunu bölüşərək insanları bəxtəvər görünməməyə çağırıb:. "Bəxtəvər görünməyə deyil, bəxtəvər olmağa çalışın və ümumiyyətlə görünməyin. Belə şəkillərə də aldanmayın, bu işimizdir"

07.12.2025 619
.

Afət toyunda bu gəlinliyi GEYİNƏCƏK - VİDEO

Xəbər verdiyimiz kimi, jurnalist və aparıcı Afət Rahilqızı yaxın zamanda meyxanaçı Fərhadla ailə qurmağa hazırlaşır. xəbər verir ki, cütlük artıq gəlinlik mağazasında olub. Afət toyda geyinəcəyi gəlinliyi də seçib. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Aparıcının sevincli halları izləyiciləri

13.12.2025 499
.

Faciəvi şəkildə ölən müğənninin həmin proqramdakı sözləri ürəkləri parçaladı - VİDEO

Məşhur sənətçi Alişan faciəvi şəkildə ölən müğənni Gül Tutla (Güllü) bağlı paylaşım edib. xəbər verir ki, Alişan Güllünün bir televiziya proqramında söylədiyi sözlərdən ibarət görüntünü bölüşüb. Videoda Güllü aparıcının "Sağ ikən çox az qonorarla səhnəyə çıxırlar. Allah qorusun, vəfat edəndən sonr

13.12.2025 157
.

""Narkozsuz" üz gərmə əməliyyatı etdirdim, gözüm açıq idi"

Əməkdar artist Ruhəngiz Allahverdiyeva "Öz aramızda" verilişində şəxsi həyatı və keçirdiyi estetik əməliyyatla bağlı maraqlı açıqlamalar verib. xəbər verir ki, müğənni bir müddət öncə üzərində etdirdiyi əməliyyatın detalları ilə tamaşaçıların diqqətini çəkib. Sənətçi üz gərmə əməliyyatını ta

13.12.2025 114
.

TOP MP3