Qadın ərini küçənin ortasında döydü - FOTO

Qadın ərini küçənin ortasında döydü - FOTOAdətən qadın cinayətlərinin gündəm olduğu Türkiyədə bu dəfə fərqlilik olub. Qadın küçənin ortasında öz ərini döyüb.

BiG.AZ xəbər verir ki, hadisə Balıkesirin Edremit rayonunda olub. Taksi ilə aptekə gələn ər-arvad dərman almaq istəyib. Lakin kişinin üzərində yetərli pul olmayıb. Bundan əsəbləşən qadın kişinin üzərinə gedib və onu vurmağa başlayıb. Zərbələrin təsirindən yıxılan kişi ayağa qalxan kimi qadın vurmağa davam edib.

Hirsi soyumayan qadın aptekin qarşısındakı süpürgə ilə də ərini qovmağa başlayıb. Maraqlısı odur ki, bir müddət sonra sakitləşən qadın heç nə olmamış kimi ərinin qoluna girərərk hadisə yerindən uzaqlaşıb. Arvadının şiddətinə məruz qalan şəxs də heç bir etiraz nümayiş etdirmədən yoluna davam edib.

mənbə: istipress

Qadın ərini küçənin ortasında döydü - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1160   Tarix: 14 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş