Dubay haqqında məyusedici həqiqətlər – SİYAHI

Dubay haqqında məyusedici həqiqətlər – SİYAHIDubay dünyanın ən maraqlı və heyranedici şəhərlərindən biridir. Bütün bu dəbdəbəli göydələnlər, bahalı avtomobillər və tonlarla qızıl, əlbəttə ki, təəssürat yaradır. Bundan başqa, Dubayda il boyu hava gözəl olur! Amma Günəşdə də ləkələrin olduğu məlumdur. Dəbdəbəli Dubayın simasına xələl gətirən bu ləkələrdən danışacağıq.

Dubay haqqında məyusedici həqiqətlər – SİYAHIFəhlələr gün ərzində 14 saat işləyirlər, həm də dəhşətli istidə
Dubay sürətli templərlə inkişaf edir və tikilir. Təbii ki, inşaat üçün işçi qüvvə lazımdır. Bu insanlar çox ağır şəraitdə işləyirlər. Sutkada 14 saat və çox zaman da dəhşətli istidə, yayda temperatur 48 dərəcəyə çata bilir.

Dubay haqqında məyusedici həqiqətlər – SİYAHICəmiyyət içində öpüşə görə həbs cəzası
Dubayda çəkilən bəzi cəsur şəkillər yanlış təsəvvür yarada bilər, bu şəhərdə liberal qaydalar hökm sürmür. Məsələn, ictimai yerlərdə öpüşmək qadağandır. Öpüşmək nədir, hətta əl-ələ gəzmək də olmaz. Bu qaydaları pozan turistlər cərimə ödəməli və hətta həbsxanaya düşə bilərlər.

Dubay haqqında məyusedici həqiqətlər – SİYAHISeks-köləlik
Seks, narkotik və alkoqol ilə bağlı olan hər şeyə qarşı qanun sərtdir. Küçədə əlləri açıq gəzdiyi üçün xanımların problemi yarana bilər. Amma gecə düşdükdən sonra hər şey dəyişir. Dünyada ən qədim sənət Dubayda çiçəklənir: burada 500 dollara 1 saatlıq xidmət təklif edən 30000 fahişə var.

Dubay haqqında məyusedici həqiqətlər – SİYAHISu ehtiyatının israfı
Dubay səhrada yerləşir, deməli, içməli su ilə əlaqədar problemlərdən xəbərdardırlar. Əlbəttə, əgər pulu ağacdan dərirlərsə, narahatçılığa əsas yoxdur, ən pisi isə odur ki, burada ümumiyyətlə, suya qənaət etmirlər.

Dubay haqqında məyusedici həqiqətlər – SİYAHINeft tükənərsə, Dubay çökəcək
Qara qızılınız bol olduğu halda səhranın ortasında cənnət-məkan qurmaq elə də çətin deyil. Əslində bütün Yaxın Şərq, eləcə BƏƏ bunun sayəsində ayaqda durur. Amma bu daima davam edə bilməz! 20 ildən sonra neft tükənməyə başlayacaq və ya onun qiyməti elə bahalaşacaq ki, insanlar alternativ enerjidən istifadə etməyə başlayacaqlar. O zaman Dubayın sabun köpüyü partlayacaq.

Dubay haqqında məyusedici həqiqətlər – SİYAHIİrqçilik
XXI əsrdə yaşayırıq, insanlar artıq irqçiliyi norma hesab etmirlər. Amma bəşəriyyət istisnalar etməyə hazırdır. Məsələn, deyəsən, irqçiliyin Dubayda hərəkətverici qüvvə olduğu heç kimə maraqlı deyil. Bu şəhərdə qaydalar sərtdir, insanın pasportu ona qarşı münasibəti müəyyənləşdirir. Yəni insanlar bilik və bacarıq əsasında deyil, milliyyəti əsasında məvacib alırlar.
Dubay haqqında məyusedici həqiqətlər – SİYAHIAğır iş şəraiti
Kənardan Dubay gözəl görünür, amma bir qədər dərinə getsək, burada iş şəraitinin çox ağır olduğunu görərik. Gözəl həyat haqqında arzular burada ağır iş, təhqir və az məbləğli maaşa çevrilir.

Dubay haqqında məyusedici həqiqətlər – SİYAHIƏtraf mühitə qarşı laqeydlik
Şəhərdə daimi inşaatlar kanalizasiya sularının və kimyəvi tullantıların həcminin artmasına gətirib çıxarır. Ətraf mühitin mühafizəsi və təmizləmə sistemlərinə pul xərcləməyə isə heç də hamı razılaşmır. Onlar daha çox bu tullantıları harasa, məsələn, elə birbaşa dənizə tökməyə üstünlük verirlər.

Dubay haqqında məyusedici həqiqətlər – SİYAHISürətli avtomobillər – yollarda sürətli ölüm
Dubay yollarında bahalı avtomobillər çoxdur! Onların sırasında nadir və çox bahalı avtomobillərə rast gəlmək olar. Avtomobil sürmək isə burada həyat üçün təhlükəlidir. Belə ki, sürücülərin əksəriyyəti incə davranış və yol hərəkəti qaydalarına riayət etməkləri ilə seçilmirlər.

Dubay haqqında məyusedici həqiqətlər – SİYAHIDubayda hər şey sünidir
Dubayda işləyən və yaşayanlar orada – süni ağaclardan başlamış simalarda olan saxta gülüşlərə qədər hər şeyin süni olduğunu deyirlər. Zənginlər Dubayı yalnız süni məkan kimi inşa ediblər. Əgər Dubay insan olsaydı, bu minlərlə plastik əməliyyat keçirmiş və dəmirdən ürəyi olan bir adam olardı.

Dubay haqqında məyusedici həqiqətlər – SİYAHIPulu olmayanlara qarşı qanun burada çox sərtdir
Dubayda dəbdəbəli gecələr, avtomobillər və zəngin insanlar çoxdur. Amma bədbəxt və heç kimə lazım olmayan insanlar da az deyil. Əgər şirkət biznesdə problem yaşayırsa, o zaman onun əməkdaşları da problemlərlə üzləşir, onların evləri əllərindən alınır, bəziləri hətta həbsxanaya da düşürlər.

Dubay haqqında məyusedici həqiqətlər – SİYAHISonapur – Dubayda iş gettosudur
Sonapur – Dubayın kiçik rayonudur, buranı kasıb fəhlələrin evi də adlandırmaq olar. Bəzi dəyərləndirmələrə görə, Sonapurda 150000 fəhlə çalışır.

Dubay haqqında məyusedici həqiqətlər – SİYAHIVəhşi heyvanlar Dubayda heç də vəhşi deyil
Dubayda bəzi insanlar pullarını xərcləməyə yer tapmırlar. Kimi qızıl avtomobil alır, kimi dollarla dolu hovuzda çimir. Şeyxləri itlər və ya pişiklər artıq əyləndirmir, ona görə də onlar pələng, bəbir və ya başqa ekzotik heyvanlar alırlar. Heyvanların əzab çəkdiyi isə onları maraqlandırmır.

Dubay haqqında məyusedici həqiqətlər – SİYAHISöz azadlığı Dubayda – mifdir
Dubayda insanlar öz fikirlərini yalnız hökumətin fikri ilə uzlaşdığı müddət boyunca səsləndirmək olar. Əks halda, məxfi polis işini yerinə yetirərək "qiyamçıya" iki variant: ya susmağı, ya da ki, əlində olan hər şeyi itirməyi təklif edəcək. Hökumətlə mübarizə aparmaq, demək olar ki, faydasızdır, xüsusilə də əgər nəzərə alsaq ki, BƏƏ-nin əhalisinin 80 faizi mühacirlərdir. Dubayda 20, 50, hətta 100 il də yaşasanız, bunun xeyri yoxdur. Ona görə də əgər siz həddən artıq çox danışırsınızsa, deportasiya edilə bilərsiniz, vəssalam.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5379   Tarix: 01 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001