Əflatun Amaşovdan mediyaya cəbhə ilə bağlı ÇAĞIRIŞ
"Bu il fevralın 26-da cəbhə xəttində atəşkəsin pozulması nəticəsində hərbçilərimiz həlak oldu. Məlum olduğu kimi, Ermənistan hakimiyyəti və hərbi dairələri özünün məkrli xislətindən, çirkin mahiyyətindən irəli gələrək əvvəlcə cəsədlərin götürülməsinə maneçilik yaradırdı. Onların dövriyyəyə buraxdıqları və əsgər cəsədlərinin yer aldığı video-görüntü də məhz həmin müddətdə hazırlanmışdı".
BiG.AZ-ın məlumatına görə, bunu Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov bildirib.
O qeyd edib ki, məlum video-görüntü Azərbaycan ictimaiyyəti içərisində xof yaratmaq, qorxu aşılamaq məqsədi daşıyır.
Təəssüf ki, bəzi internet informasiya resursları, eləcə də ayrı-ayrı sosial şəbəkə istifadəçiləri bunun fərqinə varmırlar, məsələyə sentimentallıq çalarları gətirərək paylaşımlar edirlər. Qabardılan cəhət isə əsgərlərin əl-ələ tutaraq şəhid olmalarıdır. Hər bir halda yerdəki cansız cəsədlər Azərbaycan hərbçilərinindir, yaxud Ermənistan tərəfindən Azərbaycan hərbçilərinə məxsus olduğu iddia edilir.
Nəzərə almaq lazımdır ki, övladı, qardaşı, qohumu hazırda cəbhə xəttində xidmət edən vətəndaşlarımız var. Onların həmin görüntüləri izləyərkən hansı ağır hisləri keçirdiklərini təsəvvür etmək çətin deyil. Ermənistan hakimiyyət dairələri də məhz ağır hislərə toxunmaq, inamsızlıq aşılamaq «məqsədi» güdürdülər".
Azərbaycan Mətbuat Şurası internet informasiya resurslarına, ayrı-ayrı sosial şəbəkə istifadəçilərinə müraciət edərək Ermənistan tərəfindən dövriyyəyə buraxılmış və Azərbaycan hərbçilərinin cəsədlərinin yer aldığı iddia olunan video-görüntüləri yaymamağa çağırır. Şura kütləvi informasiya vasitələrinə, KİV kimi fəaliyyət göstərdiyini iddia edən hüquqi və fiziki şəxslərə cəmiyyətdə ruh düşkünlüyü yarada bilən, yaratması ehtimal olunan meyllərdən uzaq durmağı, həssas davranmağı tövsiyə edir".
Əflatun Amaşov deyib ki, həssas olmaq peşəkarlıq göstəricisidir.
"Peşəkarlıq isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin materiallarına istinad, əldə edilmiş məlumatların bu qurumla dəqiqləşdirilməsidir".
mənbə: modern.az
BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər Baxılıb: 5440 Tarix: 28 fevral 2017
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşKemal Sunalın həyat yoldaşı evlilik ildönümlərini qeyd edib
Mərhum türkiyəli aktyor Kemal Sunalın həyat yoldaşı Gül Sunal evlilik ildönümlərini qeyd edib. xəbər verir ki, bu barədə Gül Sunal sosial şəbəkədə paylaşım edib. "Kemal, bu gün 30 apreldir. Yaxşı ki, evlənmişik. 30 aprel 1975" ,- deyə o qeyd edib
01.05.2024 383 "Satışda gördüyümüz çiyələk bizə iki fərqli formada mənfi təsir edir" - Qida eksperti
Yaz fəslinin gəlişi ilə əlaqədar çiyələk bir çoxumuzun sevimli meyvəsidir. Lakin hazırda satışda olan çiyələklər bir o qədər də şirin deyil. Qida eksperti Fərid Səfərov -a bildirib ki, çiyələyin tez yetişməsi və uzun müddət saxlanması üçün böyümə hormonlarından və qatqılardan istifadə olunur, bu sağlamlığımız
01.05.2024 1110 "Poz-Qazan" oyunlarında apreldə 12 böyük uduş qazanılıb
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" ASC müxtəlif məbləğli böyük uduşlarla şans oyun həvəskarlarını sevindirməyə davam edir. Çoxlarının sevimlisi "Poz-Qazan" oyunlarında aprel ayında ümumilikdə 12 böyük uduş qazanılıb. Ötən ay "Uğurl
01.05.2024 302 Ankaraya kəskin yağışlar yağdı
Türkiyənin paytaxtı Ankara şəhərində kəskin yağışlar yağıb. BİG.AZ xəbər verir ki,yağışlar zamanı evləri, iş yerlərini, metro stansiyaları suyun altında qalıb. Hava şəraiti gündəlik həyatı iflic edib. Ərazidən olan görüntüləri təqdim edirik:
01.05.2024 257 Türkiyədə avtobus aşdı, ölənlər var
Türkiyənin Qaziantep şəhərində sərnişin avtobusu aşıb. BİG.AZ xəbər verir ki, hadisə zamanı sürücü idarəetməni itirib. Qəza nəticəsində 1 nəfər ölüb, 17 nəfər yaralanıb. Qeyd edək ki, hadisə yerinə çoxlu təcili yardım maşınları cəlb olunub
01.05.2024 186 Axtarılan şəxs görün harda idi - VİDEO
Türkiyənin Mersin şəhərində 7 il 7 ay 15 gün axtarılan şəxs tapılıb. BİG.AZ xəbər verir ki, polis əməkdaşları onu öz evində yatağının altında gizlənərkən tapıblar. Onun gizləndiyi yer sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Həmin görüntüləri təqdim edirik:
01.05.2024 292 Bakı metrosunda qorxulu anlar - VİDEO
Bu gün Bakı metrosunda qorxulu anlar yaşanıb. -in xəbərinə görə, bir nəfər metronun "Gənclik" stansiyasında qatar yoluna düşüb. Sözügedən şəxs digər şəxslərin müdaxiləsindən sonra platformaya çıxarılıb. "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat
01.05.2024 274 COP29-un rəsmi saytı istifadəyə verildi
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) rəsmi saytı istifadəyə verilib. xəbər verir ki, sözügedən saytda COP29-un əhəmiyyəti barədə məlumat verilib. Həmçinin COP29-un Təşkilat Komitəsinin üzvləri barədə məlumatlar yer alıb. Bundan başqa
01.05.2024 192 "Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsi baxımından bir nümunədir"
"Bu gün Azərbaycan müxtəlif beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Bu baxımdan COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin nüfuzu üçün olduqca əhəmiyyətlidir. Sözügedən nüfuzlu, qlobal xarakterli tədbirin məhz Bakıda keçirilməsinə dair qərarı bütün dünya ölkələri qəbul etmişdir və beləliklə
01.05.2024 161