İkinci APREL ŞOKU, iki gün VAXT QALDI... – GÜNÜN SİYASİ XÜLASƏSİ

İkinci APREL ŞOKU, iki gün VAXT QALDI... – GÜNÜN SİYASİ XÜLASƏSİŞəhid hərbçilərimizin nəşi döyüş meydanından götürülüb. Ermənistan hərbi birləşmələrinin təxribat hücumundan sonra Dağlıq Qarabağda yaranmış hərbi gərginlik erməniləri ciddi şəkildə narahat edir. Türkiyə və Yunanıstan arasında Egey dənizində yerləşən Kardak adası ilə bağlı qarşıdurma getdikcə böyüyür. Türkiyə ABŞ-a Rakka əməliyyatı üzrə plan təqdim edib. Donetsk və Luqansk "xalq respublikaları"nın ("DXR" və "LXR") başçıları Aleksandr Zaxarçenko və İqor Plotnitski Kiyevə ultimatun verib.
Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımızın nəşləri beynəlxalq vasitəçilərin iştirakı ilə döyüş meydanından təxliyə edilib. Bu haqda Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edək ki, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlunun nəşlərinin döyüş meydanından çıxarılması məqsədilə ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinin vasitəçiliyi ilə fevralın 26-da saat 12.00-da müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılırdı.
Meyitlərin çıxarılması proseduru başlayanda Ermənistan beynəlxalq vasitəçilərin iştirakı ilə əvvəlcədən əldə edilmiş şərtləri pozaraq əməliyyatın keçirilməsinə mane olmaq məqsədilə bilərəkdən qəbuledilməz yeni tələblər irəli sürüb.
Ermənistan hərbi birləşmələrinin təxribat hücumundan sonra Dağlıq Qarabağda yaranmış hərbi gərginlik erməniləri ciddi şəkildə narahat edir. Ermənistan ictimaiyyəti ikinci "aprel şokunu" yaşamaq istəmir və buna görə də Sarkisyan hakimiyyətini ittiham edir.

Erməni siyasətçilər isə baş verənlərin Ermənistanın xeyrinə olmadığı düşüncəsindədirlər. Xüsusilə, onlar Qarabağda üçüncü müharibənin başlaya biləcəyi və bunun Ermənistana təsirlərindən narahatdırlar.
Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Artünyan bildirib ki, ermənilər müharibə vəziyyətində olduqlarını dərk etməlidirlər: "Biz müharibəyə hazırlaşmalıyıq, əks təqdirdə itkilərimiz və ümumiyyətlə, ölkə olaraq itirdiklərimiz böyük olacaq".

"İtkilərimiz böyük olacaq" – Ermənilər Qarabağı tərk edir – İKİNCİ APREL QORXUSU
Dağlıq Qarabağda yaranmış hərbi gərginlik erməniləri ciddi şəkildə narahat edir.
"Qarabağda aprel müharibəsindən sonra Azərbaycan öz ordusunu daha da gücləndirib. Lakin bununla yanaşı, ötən il bağlanan müqavilə ilə Azərbaycanda türk hərbi bazalarının yaradılması həyata keçirilir. Hansı ki, Bakı və Ankaranın planlarında bir sıra məsələlərlə yanaşı, Ermənistanı küncə sıxışdırmaq da var". Bu barədə I Qarabağ müharibəsində azərbaycanlılara qarşı vuruşmuş erməni general-mayor Levon Stepanyan deyib.

L.Stepanyan Türkiyə Azərbaycanı tam şəkildə dəstəklədiyini və bunun Ermənistana qorxulu gələcək vəd etdiyini deyib. Erməni general-mayor Türkiyə-Azərbaycan ittifaqına qarşı Rusiya-Ermənistan ittifaqını önə sürür və qeyd edir ki, Ermənistan yalnız bu cür xilas ola bilər.

"Ermənistanın xilası və təhlükəsizliyi Rusiya ilə yaradılmış birgə hərbi birləşmədir", - deyə o bildirib.
Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Brüsseldə səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyanla görüşdən sonra keçirilən birgə mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin həllindən danışıb.
O deyib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvo dayanıqlı deyil. "Münaqişə tez bir zamanda beynəlxalq hüquqa əsasən siyasi yolla həll olunmalıdır. Bu münaqişənin hərbi yolla həlli yoxdur. Avropa İttifaqı ATƏT-in Minsk qrupunun vasitəçilik səylərini və təkliflərini dəstəkləməyə davam edir".
Türkiyə ilə ABŞ arasında Rakka əməliyyatı barədə müzakirələr ABŞ Baş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Cozef Danford və Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktoru Maykl Pompeonun Türkiyəyə səfərləri ilə daha da güclənib. Yüksək rütbəli təhlükəsizlik mənbələrindən əldə edilən məlumatlara görə, Əl-Babın İŞİD-dən təmizlənməsindən sonra Türkiyənin Suriya ilə bağlı yol xəritəsi ABŞ-a təqdim olunub.

Böyük hücum an məsələsidir: 4 min əsgərlə... – YOL XƏRİTƏSİ
Suriyada Türkiyə tərəfindən təlim verilən 10 min Azad Suriya Ordusunun üzvü var.
Rusiya Suriya üzrə Cenevrə danışıqlarında kürdlərin iştirakının dəstəkləyir. Bu haqda Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib.
Onun sözlərinə görə, Moskva həmçinin ümid edir ki, Suriya müxalifəti danışıqlarda vahid nümayəndə heyətini yaradacaq. Daha əvvəl Suriya müxalifəti hakimiyyətlə birbaşa danışıqların aparılmasını tələb edib.
Qeyd edək ki, bir illik pauzadan sonra fevralın 23-də Cenevrədə Suriya üzrə danışıqların dördüncü raundu başlanıb.
Ankara Rusiyadan fərqli olaraq danışıqlarda Suriya kürdlərinin təmsilçilərindən olan PYD-nin iştirakını istəmir. Ankaraya görə, PYD PKK terror təşkilatının Suriya qoludur.
Türkiyə və Yunanıstan arasında Egey dənizində yerləşən Kardak adası ilə bağlı qarşıdurma getdikcə böyüyür.
Yunanıstanın müdafiə naziri Panos Kammenos Ankaranı və Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Hulusi Akarı təhdid edib.
"Yunan adasına çıxa bilməzlər. Yunan adasına ayaq basanlar geri dönəcəklərmi?" - deyə yunan nazir bildirib.
Panos Kammenos bununla da Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun "Baş qərargah başçısı Kardaka çıxmaq istəsəydi, çıxardı" açıqlamasına cavab verib.

Yunanıstandan Ankaraya TƏHDİD: "Geri dönəcəklərmi?"
"Avropanın ərköyün uşağı, koalisiyanın ərköyün uşağı, nədir bu?"
Türkiyənin Diyarbəkir vilayətinin Sur mahalından keçən dəmiryol relslərində partlayış baş verib. Partlayışa səbəb relslərə qoyulan əl istehsalı bomba olub. Təxminən 10 vaqon relsdən çıxıb.
Polis partlayış nöqtəsindən təxminən 50 metr məsafədə partlayıcı yerləşdirmək üçün qazıldığı təxmin edilən bir çuxur tapıb. Hadisə nəticəsində ölən və ya yaralılar olmayıb.
Rusiya Yaxın Şərq silah bazarını ələ keçirmək üçün önəmli bir addım atıb. Rusiyanın ən güclü tanklarından biri Yaxın Şərqə yola düşür.
Rusiya Yaxın Şərqdə müasir döyüş tankı olan T-90MS üçün alıcı tapıb. Müqavilə imzalansa da, Moskva tankın alıcısının məhz hansı ölkə olduğunu açıqlamayıb.
"2016-cı ilin dekabr ayında Yaxın Şərq ölkələrindən biri ilə böyük müqavilə imzalanıb. Yaxın vaxtlarda hərbi məhsulun bu növünün satışı ilə bağlı daha bir müqavilənin imzalanması nəzərdə tutulur", - sənaye və ticarət naziri Denis Manturov informasiya agentliyinə bildirib.
Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın qardaşı Kim Çen Namın qətli ilə bağlı yeni detallar ortaya çıxıb.
Qətldə şübhəli bilinən 25 yaşlı Siti Aysia dindirilmə zamanı iddia edib ki, qətldə iştirak etdiyindən xəbərsiz olub. İndoneziyalı qadının sözlərinə görə, Koreya və Yaponiya görünüşlü insanlar ona realiti-şouda iştirak etməyi təklif ediblər və bunun üçün 90 dollar veriblər. Siti Aysia guya hesab edirdi ki, onun əllərindəki nəsə kosmetik yağ olub.
Eyni versiyanı ikinci şübhəli – 29 yaşlı Vyetnam vətəndaşı Doan Txi Xıonq da səsləndirir.

Diktatorun qardaşını realiti-şou üçün öldürdülər – ŞOK İFADƏ - VİDEO
Kim Çen Namın qətli üçün 90 dollar ödənilib.
Koreya Xalq Demokratik Respublikasının (KXDR) liderinin qardaşı Kim Çen Namın qətlini təşkil edənlərin kimliyi məlum olub. Qətli KXDR-nın Xarici İşlər və Təhlükəsizlik nazirliklərinin əməkdaşları təşkil ediblər. Cənubi Koreya xüsusi xidmət orqanları məlumat yayıb ki, Şimali Koreya vətəndaşı olan 8 nəfər Kim Çen Namın qətlinin təşkilində şübhəli bilinir. Onlardan dördü ölkənin Təhlükəsizlik Nazirliyi, digərləri Xarici İşlər Nazirliyində işləyir.
Koreya Xalq Demokratik Respublikasında yüksək vəzifəli 5 təhlükəsizlik səlahiyyətlisi zenit-raket sistemi ilə edam edilib. Cənubi Koreyanın rəsmi xəbər agentliyi "Yonxap"ın yazdığına görə, Kim Çen In 5 yüksək vəzifəli təhlükəsizlik səlahiyyətlisinin "yalan hesabat" hazırladıqları üçün zenit-raket sistemi ilə öldürüldüyünü gizli bir iclasda millət vəkillərinə söyləyib.
Avropa İttifaqı (Aİ) Belarusa qarşı sanksiyaların müddətini 1 il müddətinə uzadıb. Qəbul edilən qərara əsasən, Belarusa silah embarqosu davam etdiriləcək, müxalif siyasətçilərin itkin düşməsində rolu olan 4 şəxsin adı qara siyahıdan çıxarılmayacaq.
Qeyd edək ki, Aİ 2015-ci ildə Belarusa qarşı 2002-ci ildə qəbul edilmiş sanksiyaların bir hissəsini ləğv edib. Bu qərara əsasən, 170 vətəndaş və 3 hüquqi şəxs AB-nin qara siyahısından çıxarılıb.
Ermənistan Baş naziri Karen Karapetyanla görüşdə Abxaziyadan Ermənistana gedən dəmiryolunun açılması ilə bağlı məsələ müzakirə edilməyib. Bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Energetika naziri Kaxa Kaladze söyləyib.
O, ümumiyyətlə, bu məsələnin hökumət tərkibində də müzakirə olunmadığını bildirib.
Suriyada "Əl-Qaidə" terror qruplaşmasının lideri Ayman əl-Zəvahirinin müavini öldürülüb. Bu haqda ekstremistlərin internetdə fəallığının monitorinqi ilə məşğul olan SITE saytı bildirib.
Saytın yazdığına görə, Əhməd Həsən Abu əl-Hayr əl-Masri ABŞ Hərbi Hava Qüvvələrinin zərbələri nəticəsində İdlib vilayətində məhv edilib. Qeyd edilir ki, o, "Əl-Qaidə"nin Suriya qanadının başçısı idi.
Ukraynanın şərqində vəziyyət gərginləşir. Donetsk və Luqansk "xalq respublikaları"nın ("DXR" və "LXR") başçıları Aleksandr Zaxarçenko və İqor Plotnitski Kiyevə ultimatun verib.
Separatçı liderlər mart ayının 1-nə kimi Donbasın blokadasına son verilməyəcəyi halda bölgədə olan bütün Ukrayna müəssisələrinin "respublikalar"ın hüquq sahəsinə keçəcəyini bildirib.
"Biz Ukraynaya kömürün çatdırılmasını dayandıracağıq. Kömürün çatdırılması üçün nə imkan, nə də ödəniş sxemi var", – deyə separatçı liderlərin birgə bəyanatında deyilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 10079   Tarix: 27 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997