Qadının evini söküb, özünü çölə atdılar - VİDEO

Qadının evini söküb, özünü çölə atdılar - VİDEORəna Quliyevanın oğlu Füzüli rayonunda "N" saylı hərbi hissədə hərbi xidmətdədir
Bakının Nəsimi rayonunda kimsəsiz qadının evini söküb, özünü küçədə qoyublar. Bu barədə redaksiyamıza daxil olan şikayət əsasında hadisə yerinə yollandıq.

Məlum oldu ki, hazırda Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 49 ünvanında kirayədə yaşayan Rəna Quliyevanı özəl şikrətlərdən biri aldadaraq evindən çıxarıb. Ona evinin sökülməsi müqabilində bir otaqlı mənzil veriləyi bildirilib. Öz razılığı olmasa da, evindən çıxarılan qadını əvvəlcə kirayə mənzildə yerləşdiriblər.

Lakin sonradan şirkət kirayə haqqını da ödəmədiyi üçün həmin Rəna Quliyeva həmin evdən də çıxarılıb. Həyat yoldaşını itirən, yeganə övladını vətən üçün hərbi xidmətə yollayan qadın hazırda həddindən artıq şəraitsiz olan bir evdə ucuz qiymətə kirayədə qalır.

2014-cü ildə evdən çıxarılan qadına həmin gündən sonra şirkət nə ev verib, nə də kompensasiya ödəyib. Rəna Quliyeva şirkətinin adını belə unutduğunu və haqqını harada axtarmaq lazım olduğunu bilmədiyini dedi.

Problemlə bağlı bir çox əlaqədar instansiyalara şikayət edən Rəna Quliyeva heç bir müsbət cavab aldığını bildirdi: "Şikayətimə baxılıb və mənə ev verilməsinə qərar verilib. Ancaq hələ də şirkət tərəfindən bu qərar yerinə yetirilməyib".

Qeyd edək ki, hazırda Rəna Quliyevanın oğlu Füzüli rayonunda "N" saylı hərbi hissədə hərbi xidmətdədir. 10 gün əvvəl oğlu cəbhə xəttində güllə yarası alıb və hərbi hospitalda müalicə olunur. Həmçinin, qadına başqa bir bədbəxtlik də üz verib. İki həftə öncə həyat yoldaşı rəhmətə gedib.

Rəna Quliyeva deyir ki, 17 ildir əlindən alınan həmin evdə yaşayıb: " 1998-ci ildə buraya köçmüşəm. Məni evimdən zorla çıxartdılar. Halbuki, bu balaca evdə özümüzə gözəl şərait yaratmışdım. Oğlumu da bu evdən əsgər göndərmişəm. 2014-cü ildə evimi əlimdən alıb, sökdülər. Həyat yoldaşım sağ olanda birtəhər dolanırdıq. Ancaq indi sonumun necə olacağını bilmirəm".

Rəna Quliyeva hazırda minimum yaşam şərtləri belə olmayan bir daxmada kirayə qalır: "Kirayə qaldığım evin vəziyyəti yaxşı deyil. Ev nəmişlikdir və buna görə xəstə düşmüşəm. Yoldaşım ölməmişdən əvvəl pensiya alırdı. Həmin pensiya ilə dolanırdıq. Kommunal xidmətləri də ödəyə bilirdik. Yoldaşım öləndən sonra ev kirayəsini, işığın, qazın pulunu necə verəcəyimi bilmirəm. Çarəsiz qalmışam. Özüm heç yerdə iş tapa bilmirəm". (musavat.com)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1848   Tarix: 26 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281