İlhamə Quliyevanın gəlini: "Onun yerini heç kəs doldura bilməz..." - Yasdan FOTOLAR
Xəbər verdiyimiz kimi, bu gün "Heydər Məscidi"ndə mərhum Xalq artisti İlhamə Quliyevanın il mərasimi keçirilib.
BiG.AZ xəbər verir ki, yasda cəmi üç tanınmışın olması (Ceyran Haşımova, Fatma Mahmudova, Zümrüd Məmmədova) hər kəsi təəccübləndirib.
İlhamə Quliyevanın oğulluğu Orxan Nadirov bildirib ki, məclisdə incəsənət üzvlərinin olmamasının səbəbini özü də bilmir:
"Bu gün də şou üzvləri gəlmədi. Sağ olsaydı yəqin ki, hamısı gələrdi. İndi bu məsələni onlardan soruşun!"
Həmçinin, Orxan mərhum xalq artistinin bacısı Gülbahar Quliyevanın səsləndirdiyi ittihamlara da cavab verib:
"Anasız çox çətindir, Allah heç kəsə belə bir şey nəsib etməsin. Ancaq məni valideyni itirmiş biri anlaya bilər. Allah mənə səbr versin, hələ da yaşanan anlaşılmazlıqlara dözürəm. Məni indi heç kəs narahat etmir, ancaq qıcıqlandıranlar var, onlarla da mübarizə aparırıq. Hər şeyi zaman göstərəcək. Mən əvvəldən necə başlamışamsa, elə də davam etmişəm.
Bu günə kimi özüm məclislər etmişəm, heç kəslə məsləhətləşməmişəm. Baxmayaraq ki, bunu şou üçün etdiyimi, hətta dövlətdən dəstək aldığımı deyirlər. Sağ olsun, dövlət məzar daşını düzəltdirdi. Nazirliyə, prezidentə təşəkkür edirəm. Digər mərasimləri özüm etmişəm. Sabah da yas olacağını deyirlər. Mən çağırılmayan yerə getmərəm. Ehsan süfrəsidi, hər kəs edə bilər".
Sənətkarın gəlini Arifə xanım qafqazinfo.az-a deyib ki, il mərasiminə hər kəsi dəvət ediblər:
"Ölümündən sonra maskalar düşdü, üzlər ortaya çıxdı. Heyif ki, biz bu cür dahini itirdik. Sözü üzə deyən, mərd bir ailə başçısı idi. Onun yerini heç kəs doldura bilməz. Bizim yaxınlarımız bura toplaşıb, səmimi insanlar ilə gəlib. Biz hamını dəvət etmişdik, qapımız hər kəsə açıq idi".
İlhamə Quliyevanın rəfiqəsi, Xalq artisti Fatma Mahmudova isə mərasimdə məşhurların azlığına təəssüflənib:
"Allah ona rəhmət eləsin. Məclisə girəndə təəssüf hissi keçirdim. Vaxtında onun dayaq durduğu sənətçiləri burada görmədim. Mən bilirəm ki, İlhamə xanım çox müğənnilərə kömək olmuşdu. Bundan əlavə, indi Orxan haqqında çox məlumatlar yayılır. İllərlə İlhamə xanımın yanında Orxan olub.
Xəstəxanada olanda o, səhərə kimi sənətkarın yanında idi. Şərt o deyil ki, övladı dünyaya gətirəsən. Bu oğlanın əziyyətini görmüşəm. Bir neçə dəfə şahid olmuşam. Orxan İlhamə xanımı qucağına alıb maşından salırdı. Belə də olmalı idi. Ana kimi onun qayğısına qalıb, əziyyət çəkib".
Qeyd edək ki, xalq artistinin bacısı Gülbahar Quliyeva sabah "Təzə Pir" məscidində il mərasimi keçirəcək. Yasda təşkilatçı prodüser Tarix Əliyev iştirak edəcək. Göstəriş xatirinə məclisdə xeyli sayda məşhurun iştirakı isə istisna edilmir.



BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır
Aktrisa Hande Erçel ilə münasibətinə son qoyan iş adamı Hakan Sabancı yeni eşqə yelkən açıb. Axşam.az türk mediasına istinadən xəbər verir ki, Hakanın adı bu dəfə Mahmut Orhanın keçmiş sevgilisi ilə hallanıb. Ayrıldıqdan sonra Hakanın adı bir neçə xanımla hallanıb. Amma hər dəfə o, xəbərləri təkzib edib
07.12.2025 624 Azərbaycan ilk dəfə Ermənistana xal verdi
"Uşaq Avroviziya 2025" mahnı müsabiqəsində Azərbaycandan verilən xallar açıqlanıb. Axşam.az xəbər verir ki, ölkəmizin adından 12 xal İtaliyaya verilib. Müsabiqədə ilk dəfə Azərbaycan Ermənistana xal verib. Ermənistanın çıxışı Azərbaycan tərəfindən 3 xalla dəyərləndirilib. Xallar Leyla Adıgözəlzad
13.12.2025 254 Afət toyunda bu gəlinliyi GEYİNƏCƏK - VİDEO
Xəbər verdiyimiz kimi, jurnalist və aparıcı Afət Rahilqızı yaxın zamanda meyxanaçı Fərhadla ailə qurmağa hazırlaşır. xəbər verir ki, cütlük artıq gəlinlik mağazasında olub. Afət toyda geyinəcəyi gəlinliyi də seçib. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Aparıcının sevincli halları izləyiciləri
13.12.2025 632 Aysel mini ətəkdə GÖZ QAMAŞDIRDI - FOTOLAR
"Avroviziya" təmsilçilərimizdən olan Aysel Adıgözəlzadənin (Teymurzadə) sosial mediada paylaşımı ilə maraq doğurub. xəbər verir ki, ifaçı yeni görüntülərini instaqram hesabında paylaşıb. Zərifliyi və gözəlliyi ilə diqqət çəkən sənətçinin paylaşımına təriflər yağdırıblar. Aysel mini geyimi il
00:08 595 "Survivor 2026" iştirakçıları bəlli oldu - FOTO
"Survivor 2026"da könüllülər komandasında iştirak edəcək kişi iştirakçıların adları bəlli olub. xəbər verir ki, bu barədə Acun Ilıcalı son paylaşımında qeyd edib. Könüllülər komandasında iştirak edən kişi iştirakçılar Engincan Tura, Eren Semerci, Erkan Bilben, Onur Alp Çam, Ramazan Sarıdır
00:21 332 Xanımı və oğullarının fotosunu paylaşdı
Aktyor Kamran Ağabalayev oğulları və xanımının fotosunu paylaşıb. Axşma.az xəbər verir ki, aktyor paylaşıma "Mənim ürəklərim" qısa şərhini yazıb. Qeyd edək ki, K.Ağabalayevin 2 oğul övladı var
13.12.2025 306 Sevgilisini tək buraxmadı
Türk aktrisa Hazal Subaşı sevgilisi Oğuzhan Koçu tək buraxmayıb. OLAY yazır ki, cütlük Oğuzhan Koçun baş rolunu canlandırdığı "Bugün güzel" filminin qala gecəsinə birgə qatılıb. Koçun Hazal Subaşını öpməsi kameralara yansıyıb. Pərəstişkarları onların sevgi dolu görüntülərini bəyənib
10.12.2025 521 "Kurtuluş Orhan"da daha bir aktyor - Foto
"Kurtuluş Orhan" serialına yeni aktyor daxil olacaq. Axşam.az xəbər verir ki, ekran işində Emre Kızılırmak rol alacaq. O, layihədə "Hector" obrazını canlandıracaq. Qeyd edək ki, serialda "Orhan bəy"i Mərt Yazıcıoğlu canlandırır
07.12.2025 456 Nadir Qafarzadə baba oldu
Müğənni Nadir Qafarzadə baba olub. Axşam.az xəbər verir ki, sənətçinin nəvəsi dünyaya gəlib. Qafarzadə Axşam.az-a açıqlamasında bildirib ki, oğul nəvəsi olub. Qeyd edək ki, müğənninin oğlu Loğman Əntiqə adlı xanımla ailəlidir. İfaçının ikinci övladı Əziz də bu il ailə qurub
10.12.2025 744