Əhaliyə ŞAD XƏBƏR! Dövlət BORCLARI SİLDİ - RƏSMİ

Əhaliyə ŞAD XƏBƏR! Dövlət BORCLARI SİLDİ - RƏSMİ"Azərişıq" Açıq Səhmdar Cəmiyyəti (ASC) yanvarın 1-dən məcburi köçkünlərin sayğaclarının son göstəricisini sildikdən sonra bu məsələdə bir sıra problemlər yaranıb.

İstiPress-in məlumatına görə, problem hər ay ayrılan 150 kVt.saatlıq limitdən az işlədən məcburi köçkünlərin balanslarına yığılan vəsaitin silinməsi ilə bağlıdır.

Burada söhbət 50, 70 və ya 100 manatdan getmir. Məcburi köçkünlər İstiPress-ə müraciət edərək bildiriblər ki, onların ən azı 500 manat vəsaiti silinib.

"Azərişıq" ASC bu məbləğləri prezident İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında imzaladığı fərmandan sonra silib.

Fərmana görə, yuxarıda qeyd edilən şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 36 manat məbləğində vahid aylıq müavinəti müəyyən edilib.

Məcburi köçkünlər buna etiraz etmirlər, əksinə sayğacların son göstəricisi tamamilə silindikdən sonra pulun birbaşa verilməsini dəstəkləyirlər. Çünki elektrik enerjisindən qənaətlə istifadə edən məcburi köçkün ailələrinin balanslarına yığılan vəsaitin silinməsi onları narazı salıb.

Əslində narazı olmalıdırlar. Çünki elektrik enerjisini, necə deyərlər sağına-soluna sərf edən sakinin də borcu sıfırlanır, qənaətlə istifadə edənin də.

Suraxanı rayonunda yaşayan Kərimovlar ailəsi İstiPress-ə bildirdi ki, elektrik enerjisinə qənaət edərək aylıq limitdən az işlədiblər və nəticədə işıq sayğacında balanslarında 1000 manatdan çox vəsaitin qaldığı göstərilirdi.

"Bizim 1520 manat vəsaitimiz qalmışdı. İşığa daha çox yay aylarında qənaət edirdik ki, qışda evi isitmək üçün elektrik enerjisindən səmərəli istifadə edək. Bu qədər məbləğ az deyil. Qənaət etmişik, dövlətə xeyir vermişik. Limitdən artıqlaması ilə istifadə edənlərin də pulu silinir, bizim də", - deyə Kərimovlar ailəsi şikayət edir.

Məcburi köçkünlər deyir ki, balanslarda qalan vəsaitin silinməsinin səbəbini izah edən yoxdur. Halbuki, onların elektrik enerji sərfiyyatı sayğacdakı son göstəriciyə uyğun hesablanırdı.

"Bizim balansımızda 740 manat vəsait qalmışdı. Qənaət edib işlətmədiyimiz limit balansımızda qalırdı. O limiti bizə dövlət ayırmışdı, işlətdik-işlətmədik, həmin 150 kVt elektrik enerjisinin haqqını "Azərişıq" ASC-ə aylıq olaraq ödəyibdir. Biz isə qənaət edərək limitdən az işlədib o məbləği balansımıza toplamışıq", - deyə Pirverdiyevlər ailəsi İstiPress-ə bildirdi.

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev yığılıb qalan vəsaitlərin silinməsinin səbəbini izah edərkən İstiPress-ə bildirdi ki, məcburi köçkünlərə adambaşına ayrılan 150 kVt.saat elektrik enerjisi aylıq limit idi. Onun sözlərinə görə, limit aylıq norma kimi nəzərdə tutulduğundan növbəti aya keçə bilməz.

"Məcburi köçkünlər üçün kommunal xidmətlərə görə limit ləğv olunaraq müavinətlə əvəzlənib. Dəqiq hesablama aparmaqdan ötrü "Azərişıq" ASC onların sayğacının balansının son göstəricisini 0-dan hesablayır. Biz qanuna uyğun olaraq işimizi görürük", - deyə Tanrıverdi Mustafayev bildirdi.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov isə balansa toplanan vəsaitin silinməsi ilə bağlı məlumat verməkdən boyun qaçırdı.

Məcburi köçkünlər isə bildirir ki, məsələ ilə bağlı məhkəməyə müraciət edəcəklər. Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi ilə "Azərişıq" ASC arasındakı bütün maliyyə məsələləri Hesablama palatası tərəfindən araşdırılmalıdır. Bundan sonra isə "Azərişıq" ASC-dən nə qədər elektrik enerjisi istehlak edildiyi və "Qaçqınkom"un bu enerji qarşılığında ödədiyi vəsaitin məbləği müəyyən oluna bilər.

Yeri gəlmişkən, Hesablama Palatasının ötən ilki açıqlamasında qeyd olunub ki, qaçqın və məcburi köçkünlərin müəyyən kommunal ödəmələri ilə bağlı bəzi kateqoriyalar arasında ziddiyyətlər və say fərqi var. Məsələn, məcburi köçkünlərin sayı ilə su, kanalizasiya və məişət tullantılarının daşınması xidmətləri üzrə ödəniş aparılmış say, həmçinin enerji ödəmələri sayı arasında fərq var. Belə yoxlamalar zamanı 283 min manat büdcə yeyintisi, 267 min manat isə vergidən yayınma halı aşkar olunub. Bu isə ümumilikdə təqribən yarım milyondan yuxarı vəsaitdir. Bu, bir neçə fakt üzrə olan rəqəmdir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 42987   Tarix: 15 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

TOP MP3