Anar Elza arasında DAVA:"Dayansın güzgünün qarşısında, hazırki şişmiş popkorn vəziyyətinə baxsın ...

Anar Elza arasında DAVA:"Dayansın güzgünün qarşısında, hazırki şişmiş popkorn vəziyyətinə baxsın ...Əməkdar artist Elza Seyidcahanla tanınmış stilist Anar Ağakişiyev arasında qalmaqal böyüyür. Belə ki, Anarın "Mənim üçün 2016-cı ilin ən zövqlüsü Günay İbrahimliRöya Ayxandır. Amma digərlərinin də haqqını tapdalamaq olmaz. O sırada Tünzalə AğayevaNərgiz Cəlilova da var. Çoxları məndən inciyəcək. Ancaq nə etmək olar? Acı həqiqət budur. Aygün xanım qəşəng görünür, özünə görə tərzi var. Ancaq dəb baxımından partlayış yoxdu. Bəziləri başqalarını "kopyalayırlar", yaşıl saç düzümləri edirlər. Zövqsüzləri artıq tamaşaçılar əzbər bilir. Adlarını çəksəm, reklam etmiş olacam. Elza Seyidcahan artıq bir ildir ki, zövqsüzlük ikonası olub. Başında "priçoska", üstündə də kürk sözlərinə cavab özünü çox gözlətməyib.

Anar Elza arasında DAVA:"Dayansın güzgünün qarşısında, hazırki şişmiş popkorn vəziyyətinə baxsın ...E.Seyidcahan Anarın iddialarına sərt münasibət bildirib. "Anarı stilist kimi mən məşhurlaşdırmışam. Ona ürəyim ağrıyır", deyə müğənni bildirib.

Məsələdə qarşı tərəfin mövqeyini öyrənmək üçün Anar Ağakişiyevlə əlaqə saxladıq. BiG.AZ xəbər verir ki, PrimeTime.Az-a müsahibə verən stilist, əməkdar artistin heç bir ifadəsini cavabsız qoymayıb.

Qarşıdurmanın təfərrüatları müsahibədə...

-Anar, siz Elza Seyidcahanı "Dəbsizlik ikonası", o isə əksinə, özünü "Dəb İkonası" adlandırır.

-Mən sizə və sizin oxucularınıza dediklərimi görüntü ilə sübut edirəm. Zəhmət olmasa təqdim etdiyim bu fotolara baxın və qərar verin.Budurmu zövq? Əgər bu zövqdürsə, o zaman mən sabahdan "Z" hərfini səsləndirmək belə istəmirəm.

-Siz açıqlamanızda "partlayış" edən müğənnilərdən danışmısınız. Elza xanım isə belə cavab verib: "Mən popkorn müğənni deyiləm ki, partlayış edim. Mən Afrodita, Nefertiti, Alla Puqaçova, Türkan Şoray və Zeynəb Xanlarova kimi bir obrazdayam".

-Mənə çox maraqlıdır Elza xanım kimə popkorn deyir? Müsahibəmdə ötən il partlayış edən iki müğənninin adını çəkmişəm. Bunlar Röya Ayxan və Günay İbrahimli olub. Deməli o, bu sözü Röya və Günaya ünvanlayır? Elza dolayı yollarla gah nala gah mıxa vurmağı sevir. Çəkdiyi adlara gəldikdə isə onların öz tərzləri var. Elza Seyidcahan "Freak Style" tərzi ilə o sırada heç vaxt olmayacaq. Çünki onun dediyi insanlar dəbi diktə edib və edəcəklər.

-O qeyd edib ki, siz yalnız çalışdığınız adamları zövqlü sayırsınız və ikiüzlüsünüz...

- Elza özü ikiüzlüdür. O, məni bununla ittiham edə bilməz. Özü mənə yalvarıb deyirdi ki, məni bəzə. Baxın, söhbət mənim kiminlə işlədiyimdən getmir. Məsələ burasındadır ki, mən dost hesab etdiyim insanlara dəfələrlə xəbərdarlıq edirəm ki, tərzinizə fikir verin. Elzanın qızı Allah şahididir. 1 ay öncə ona söylədim ki, anana de arıqlasın. Əgər xəbərdarlığıma məhəl qoymursa, dostum belə olsa başını sığallamalıyam? Elə qohumumdur, yaxınımdır deyərək irad bildirmirik. Buna görə də zövqsüzlük baş alıb gedir. Elza xanım qeyd edir ki, o toxunulmazdır. Deyir ki, toxunsaq bizi cərəyan vura. Əgər Elzadan cərəyan vurursa o zaman elektrik stansiyasında işləsin..

-Elza Seyidcahanın sözlərinə görə, stilist kimi sizi məhz o məşhurlaşdırıb. O, həmçinin qeyd edib ki, sizə görə ürəyi ağrıyır. Çünki siz hələ də partlayış mövzusunda qalmısız.

-Sadəcə ona demək istəyirəm ki, dayansın güzgünün qarşısında və hazırki şişmiş popkorn vəziyyətinə baxaraq, ürəyi ağrısın. Məni Elza məşhur etməyib. 2001-ci ildə "İlin stilisti" seçiləndən sonra yavaş-yavaş özüm bu pillələrə gəlib çatmışam. Mən onun kimi şeir yazaraq və ya sosial şəbəkələrdə gülünc vəziyyətə düşərək tanınmamışam.

-O, qeyd edib ki, Anar mənimlə təmənnasız işləyib. Amma indi popkorn müğənniləri pula görə tərifləyir...

-Mən dost bildiyim müğənnilərlə pulsuz işləyə bilərəm. Onların sırasında Aygün Kazımova, Röya Ayxan və Tünzalə Ağayeva var. Həmçinin bu sırada dəb ikonası Ruhi xanımın da adını çəkə bilərəm. Yəni mən bu sadaladıqlarım insanlarla pula görə iş görməmişəm. Ürəklə, onları çox istəyirəm deyə işləmişəm. Amma bunların içərisində elə xanımlar var ki, israrla pul qoyub gedirlər. Əgər müğənni gördüyüm işin qarşılığını ödəyirsə bunu öz istəyi ilə edir. Onun qarşısını kəsib pul ver demirəm. Nəyə görə Günay İbrahimli partlatmasın axı? Sən Elza, pulları yığma altına, özünə xərclə, sən də partladanlardan ol. Röya xanım gecə-gündüz qazandığı büdcənin 7 qatını öz üzərinə qoyur. Qoy, Elza desin görək nə edib? Son vaxtlar hansı klipi çəkdirib? Nə obrazda çıxış edib? Başına qəlyan qoymaqla obraz olmur.

-Sizin partlayış deyən zaman nəyi nəzərdə tutduğunuzu və nə etdiyiniz haqda danışmağınızı istəyib. Hətta aciz insan olmayıb sizi bağışladığını da dilə gətirib. Zövqsüzlərə zövq öyrətdiyi söyləyib...

-Deyim mən nə partlayış etmişəm? Əməkdar artistdir, amma adı bir instagram hesabını təsdiq edə bilmir. Amma məni o boyda sosial şəbəkə tanıdı. Daha sonra Elza xanımı Biləcəridən kənara çıxa bilmir. Dünya mətbuatında isə haqqımda 100-dən çox məqalə dərc olunub. Bundan artıq Seyidcahan nə partlayış istəyir məndən? O, öz himnini bilmir və bununla "partladır". Mən isə millətimi, vətənimi xarici ölkələrdə təmsil edərək partladıram. Fərq bundadır.

-"Anarın adını çəkdiyi popkornlar mənim yanımdan yel olub keçə bilməzlər" fikrinə münasibətiniz necədir?

-Gəlin, düzünü söyləyək, Günayın imicin dəyişəndən sonra partlayış etmədi? Hətta bir müddət sonra diva Bülent Ersoy da saçlarını o rəngə boyadı. Ümumiyyətlə, ötən il ard-arda Röya xanım partlayışlar etdi. Ötən ilin sonunda isə Günay İbrahimli iri addımlarla yeniliklərə imza atdı.

Anar Elza arasında DAVA:"Dayansın güzgünün qarşısında, hazırki şişmiş popkorn vəziyyətinə baxsın ...-Elza xanım sizə məsləhət görüb ki, Aygün Kazımovanı müzakirə etməyəsiniz. Onun müzakirəyə ehtiyacı yoxdur...

-Xalq artistimizə gözün üstə qaşın var deyən olub? Elza niyə yaltaqlıq edir Aygün xanıma? Elə tərəfini tutduğu Kazımova ona bir dəfə tədbirlərin birində tort vermədiyi üçün aləmə car çəkmişdi. Özü bəs Aygün xanımı niyə qorumurdu? Bəli Aygün Kazımova səhnəyə gələndən indiyə kimi partlayışlar edir.

-"İlhamə Quliyevanı barmaq-barmaq edib urvatsız öldürdülər. Gör Anar kimi kim ilə müzakirə edir" ifadəsi haqda nə deyə bilərsiniz?

-Sual verirəm, İlhamə xanım rəhmətliyin bu məsələyə nə aidiyyatı? Özümü tanıyandan İlhamə xanımla həm dostluq etmişəm, həm də çalışmışam. Elə rəhmətliklə ən böyük qalmaqalı sən yaşamısan. Mən sənin adını çəkmişəm çıx de ki, Anar mənə 1 ay vaxt ver gör necə dəyişəcəyəm.

-Nərgiz Cəlilova haqda bildirdiyiniz fikirlərlə razılaşmayıb. Hətta sizin nə danışdığınızı bilməməkdə ittiham edib. "Nərgiz canlı korifeydir. Röya dayanmadan konsertlər verir. Günay isə gəncdir öz üzərində çalışır. Sənətçiləri niyə üz-üzə qoyur? Ayıb deyil?" deyə fikir bildirir əməkdar artist. Buna cavabınız nə olar?

- Fikir verin bayaqdan adını sadalağı məşhurlara popkorn deyir. Bu insanın zəkasına və düşüncəsinə baxın. Ay Elza, illər boyu anlaşılmaz hərəkət və şeirlərinlə sən bizləri ora-bura fırlatmısan Yetər artıq... Elza bütün bunlara baxmayaraq Anar yenə də mənim dostumdur deyib. Onun bu müsahibəsindən sonra mənim elə dostum yoxdur. Zövqsüzlüyün kraliçası kimi də davam etsin.
Sonda Anar Ağakişiyev əməkaşımıza Elza Seyidcahanın şəkilləri təqdim edib.

Həmin fotoları təqdim edirik:

Anar Elza arasında DAVA:"Dayansın güzgünün qarşısında, hazırki şişmiş popkorn vəziyyətinə baxsın ...Anar Elza arasında DAVA:"Dayansın güzgünün qarşısında, hazırki şişmiş popkorn vəziyyətinə baxsın ...Anar Elza arasında DAVA:"Dayansın güzgünün qarşısında, hazırki şişmiş popkorn vəziyyətinə baxsın ...Anar Elza arasında DAVA:"Dayansın güzgünün qarşısında, hazırki şişmiş popkorn vəziyyətinə baxsın ...Anar Elza arasında DAVA:"Dayansın güzgünün qarşısında, hazırki şişmiş popkorn vəziyyətinə baxsın ...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 5828   Tarix: 25 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Onun gözüyaşlı geri qayıtmağı gözlərimin önündən heç vaxt getməyəcək" - MƏTBUAT KATİBİ İLƏ SƏMİMİ MÜSAHİBƏ

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova -ın sualların cavablandırıb. -Səmayə xanım, sizə adətən təmsil etdiyiniz qurumun fəaliyyəti ilə bağlı sullar ünvanlayırlar. İstərdik ki, bu dəfə fərqlilik olsun. Bilirsiniz, artıq 2019-2020-ci il tədris ili başlayıb. İstərdik ki

09.10.2019 4296
.

İtalyanlardan "Can Yaman" dondurması - Fotolar

Geniş tamaşaçı kütləsi və sevənləri olan aktyor Can Yamanın pərəstişkarları yenə də hər kəsi təəccübləndirməyi bacarıblar. Bu dəfə isə İtaliyanın Alessandriya şəhərində yerləşən restoranların birində aktyorun adını daşıyan ballı və fıstıqlı dondurma satışa çıxarılıb. Dondurmanı hazırlayan Barbara Buratto

13.09.2020 3628
.

Dilarə Əliyeva anasından danışıb ağladı - Video

Əməkdar artist Dilarə Əliyeva "Söhbət var" proqramında anasından danışıb ağlayıb. xəbər verir ki, aktrisa proqrama qonaq olan Xalq artisti Eyyub Yaqubovun "Ana" mahnısının onu hər zaman duyğulandırdığını söyləyib:. "Ötən il maşınla gedirdim, üç xanım idik. Sizin "Ana"

06.07.2020 5362
.

Gülbahar Şükürlünün VƏZİYYƏTİ PİSLƏŞDİ - Heç kimi tanımır

Əməkdar artist Gülbahar Şükürlünün vəziyyəti daha da pisləşib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, ailə üzvləri bir neçə gün bundan əvvəl başında onkoloji şiş tapılan qarmon ifaçısının nitqini itirməyə başladığını deyib. "Vəziyyətini stabil saxlaya bilmirik. Xəstəxanaya getmir. Qusmalar

14.09.2020 5898
.

Günelin azərbaycanlı kişi müğənni ilə SƏMİMİ FOTOSU YAYILDI

Tanınmış müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, müğənninin həmkarı Pərvin Lətifovla səmimi fotosu yayılıb. Fotonu Pərvin Lətifov instaqram hesabında paylaşıb. O fotoya belə şərh verib:. "Həqiqətən dəyərli insandır, oxumağı da heç də

05.03.2020 14411
.

Azərbaycanlı model hovuzda istirahət görüntülərini yaydı - VİDEO

"Best fashion model 2017" və "Miss Europe 2018" gözəllik yarışlarının qalibi, gözəlliyi və cazibədarlığı ilə əks cinsin nümayəndələrini valeh edən Samirə Ağayeva istirahət görüntülərini yayıb. xəbər verir ki, o, görüntülərini "Instagram" hesabında paylaşıb. Bikinidə ola

07.07.2020 4695
.

İrina Şeykin büstqalterdə çəkdiyi "self"si 2 000-dən çox şərh topladı - FOTO

Rusiyalı supermodel İrina Şeyk "İntimissimi" markasından olan alt paltarında "selfi" paylaşıb. BİG.AZ-ın verdiyi xəbərə görə, "İnstagram" səhifəsinə yerləşdirilən makiyajsız fotoda 34 yaşlı model qara rəngli büstqalterdədir, boynunda isə "göz" formasında boyunbağ

08.07.2020 5471
.

"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" – Məşhur fotoqrafla MÜSAHİBƏ

Hər gün sosial şəbəkələrdə qarşımıza çıxan ,gözümüzü oxşayan və bizim bəzən fikir vermədən ötüb keçdiyimiz maraqlı fotoların müəllifləri bu fotolar üzərində bəzən günlərlə vaxt və əmək sərf edirlər. Baxdığı hər bir mənzərədə gözəlliyi tapıb fotoya çevirən bu adamlar işləri ilə əlaqədar olaraq bəzən təhlük

12.02.2020 5023
.

"Yüksək bal toplayan abituriyentlərin bizim Akademiyanı seçmələri sevindiricidir" - Zeynab Kazımova ilə MÜSAHİBƏ

Dövlət Gömrük Komitəsinin Akademiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova -ın suallarını cavablandırıb. -Zeynab xanım, bilirik ki, bu il Dövlət Gömrük Komitəsinin Akademiyasına tələbə qəbulu artırılıb. Bundan əlavə, yeni bir ixtisas açılıb. Bu barədə məlumat verməyinizi istərdik

18.09.2019 2773