Müharibə haqda 10 yalan film

Müharibə haqda 10 yalan filmDünya Müharibəsi barədə həqiqətləri əks etdirməyən 10 maraqlı film açıqlanıb.

BiG.AZ publika.az-a istinadən xəbər verir ki, siyahını PublicPost hazırlayıb.

Böyük gəzinti
1966-cı ildə çəkilmiş komediyada Jerar Uri Lui de Füneslə rol alıb. Filmin süjetinə görə, fransızlar nasistlərdən gizlənən Britaniya bombardmançı ekipajına kömək edirlər.

Titanik ekranlara çıxanadək bu, Fransada ən uğurlu film hesab olunurdu. Lui de Fünesin filmlərinin həvəskarlarına bu komediya tövsiyə olunur: de Fünes nasist formasında fransız jandarmı kostyumunda olduğundan daha gülməli görünür.

Həyat gözəldir

1997-ci ildə lentə alınmış italyan komediyası alman həbs düşərgəsi haqqındadır.
Yəhudi ailəsi düşərgəyə göndərilir, ailə başçısı kiçik oğlunu inandırmağa çalışır ki, ətrafında baş verənlər sadəcə oyundur. Qəribə olsa da, film real hadisələrə əsaslandırılıb.

Berlinin məhvi

1949-cu ilə aid ikiseriyalı epopeyada Stalin ilahiləşdirilir. Filmdə Bibliyadan götürülmüş obrazlardan istifadə edilir: Stalin ağ paltarda səmadan enir, Stalin cənnət bağı yaradır, Stalin xalqa məxsus olur. Stalinin ölümündən sonra film ekranlardan yığışdırılır. Yalnız 1950-ci ildə 39 milyon nəfər filmə baxmağa müvəffəq olur.

Böyük diktator

1940-cı ildə çəkilən komediyada Çarli Çaplin Adenoid Xinkellə birgə rol alıb. Xinkel diktator rolunda çəkilib. Almanca "axsaq" mənasını bildirən Xinkel ehtiraslı nitqlərlə çıxış edir, Vaqnerin musiqi sədaları altında qlobusla qucaqlaşaraq rəqs edir.

Şərəfsizlər

Kventin Tarantinonun 2009-cu ilə aid filmi qəddar nasistlər və amansız partizan-yəhudilər haqqındadır. Partizan-yəhudilər nasistlərə zülm edirlər və Hitleri Paris kinoteatrında yandırırlar. Tarantino kino tarixində "Hitlerə nə oldu?" sualına cavab verib - onu yəhudilər öldürdülər.

Qapıdakı düşmən

Jan-Jak Annonun 2001-ci ildə lentə aldığı hərbi dramı hazırda avropanın ən dəyərli filmidir. 62-ci ordunun məşhur snayperi Vasili Zaytsevin rolunda Cud Lou çəkilib.

Polk yoldaşları daxil olmaqla snayper Zaytsevi hamı "Vasili" çağırır. Dramda sözləri 1977-ci ilə aid 1944-cü ilin SSRİ himni səslənir. Filmdə o qədər tarixi təhriflər olub ki, premyeradan sonra veteranlar filmin qadağan olunması üçün Dumaya müraciət edirlər. Lakin Duma veteranlara qulaq asmır.

Faterland

1969-cu ildə Almaniya fürerin 70 illik yubileyini qeyd etməyə hazırlaşır. Üçüncü reyx SSRİ-yə qalib gəlir, Dublindən tutmuş Urala qədər bütün Avropanı tutur və ABŞ-la birgə ən güclü dövlət olur. Polis Ksaver Març partiya aktivistlərinin sirli qətllərini araşdırır, amerika jurnalistilə təhlükəli sevgi macərası yaşayır. Mərasim barədə yazmağa gələn həmin jurnalistə məlum olur ki, evakuasiya olunmuş yəhudilər əslində şərqə göndərilməyiblər. Film 1994-cü ildə Robert Harrisin romanı əsasında ekranlaşdırılıb.

İndiana Cons və son səlib yürüşü

Film 1989-cu ildə rejissor Spilberq tərəfindən çəkilib. Arxeoloq İndiana Cons (Harrison Ford) haqqında film seriyasından üçüncüsüdür. Filmdə o, Müqəddəs Qraala və öz atasının köməyi ilə təkbaşına Almaniyaya qalib gəlir.

Birinci qisasçı

Co Constonun 2011-ci ilə aid filmi Marvel komiksləri əsasında çəkilib. Filmdə super gücə malik qəhrəmanlar super düşmənləri - nasistlərə qarşı vuruşurlar və onlara super effektlərin köməyi ilə qalib gəlirlər.

İngilis xəstə

Müharibədən bəhs edən romantik dramdır. Kanadalı tibb bacısı tanınmaz şəkildə yanan pilota qulluq edir. Pilot müharibə barədə ona maraqlı şeylər danışır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1881   Tarix: 22 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179