"Manat öz real məzənnəsini tapacaq"

"Manat öz real məzənnəsini tapacaq""Son günlər yeni müzakirə və mübahisə mövzusu ortaya çıxıb ki, Mərkəzi Bank (AMB) tərəfindən cari ilin yanvarın 12-dən etibarən valyuta hərraclarının yeni formatda keçirilməsindən, həmçinin kommersiya bankları üçün xarici valyuta alışı və satışı üzrə tədbiq olunan -/+4-lik marjanın ləğvindən sonra manat "tam üzən məzənnə" rejiminə keçib, ya yox.

Qeyd olunan mövzuya dair AMB İdarə Heyəti sədrinin müavini Aftandil Babayev öz sözləriylə tam aydınlıq gətirərək söyləyib ki, artıq, manatın məzənnəsini banklar müəyyən edir.

Bu isə o deməkdir ki, məzənnə tam liberal əsasda formalaşır. Bəs, əslində vəziyyət necədir?Manatın dəyəri həqiqətənmi tam sərbəst buraxılmışdır?

Azərbaycanda hökumət manatın məzənnəsini əvvəl idarəolunan, hazırda isə valyuta hərraclarının keçirilməsi mexanizmini yavaş-yavaş təkmilləşdirmək, sonda isə kommersiya bankları üçün xarici valyuta alışı və satışı üzrə tədbiq olunan -/+4-lik marjanı da ləğv etmək yolu ilə tam sərbəst tənzimlənən rejimə keçməklə əslində, valyuta ehtiyatlarımızı bacardıqca qorumaq siyasəti yürütmüşdür. Və buna əhəmiyyətli dərəcədə nail olmuşdur".

BiG.AZ xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Pərviz Heydərov deyib.

"AMB İdarə Heyəti sədrinin müavini Aftandil Babayev qeyd edib ki, manatın orta çəkili məzənnəsi həm hərracda, həm də elə həmin gün hərracdan kənar banklararası açıq bazarda aparılan əməliyyatlar nəticəsində müəyyən olunur.

Və həmin məzənnə də rəsmi məzənnə kimi elan olunur - inzibati yolla təyin edilmir. Yəni ki, manatın orta çəkili məzənnəsinə təkcə hərracdakı qiymət deyil, ondan kənar əməliyyatların nəticələri də təsir edir.

Sözün qısası, ölkəmizdə "tam üzən məzənnə" rejimi məhz bu mexanizmdən ibarətdir. Bundan artıq, tələb və təklif nisbəti üzrə müvafiq nəticələr gözləməyə dəyməz və bu, absurddur. AMB uzunmüddətli hazırlıqdan sonra bu mərhələyə gəlib çatmışdır ki, Azərbaycanda manat öz real məzənəsini bundan sonra da məhz bu cür mexanizm çərçivəsində tapacaqdır.

O ki qaldı valyuta bazarı iştirakçılarına, başqa sözlə desəm, xarici valyuta - dollar təklifiylə yalnız Neft Fondunun çıxış etməsi məsələsinə, banklar iqtisadiyyatın real sektoruyla qarşılıqlı əlaqəyə nail olduqca və bu sahədə əməkdaşlıq bərpa olunduqca bu müstəvidə də müsbət dəyişikliklərin, yəni tədricən alternativ imkanların təşəkkül tapacağının şahidi ola biləcəyik.

Ancaq hazırda əsas fakt odur ki, manatın məzənnəsi üzrə son günlər ərzindəki dəyişikliklər tempi və dinamika onun arxasında hələki yalnız neft amilinin durmasına baxmayaraq, hər halda səbəst şəkildə üzə bildiyini göstərir", - deyə P.Heydərov deyib.

mənbə: oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2265   Tarix: 20 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281