"Ermənistanın keçmiş və hazırkı prezidentləri Azərbaycan vətəndaşlarıdır"- Əli Həsənov

"Ermənistanın keçmiş və hazırkı prezidentləri Azərbaycan vətəndaşlarıdır"- Əli HəsənovXəbər verdiyimiz kimi, baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov yanvarın 19-da Azərbaycanda səfərdə olan "Beynəlxalq Reyn Dərnəyi"nin prezidenti, fransız yazıçısı Jerar Kardonla görüşüb.

Virtualaz.org Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən bildirir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi kökləri və yaranma səbəbləri barədə xronoloji ardıcıllıqla məlumat verən baş nazirin müavini bildirib ki, son 200 il ərzində Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar bir neçə dəfə öz əzəli yurdlarından zorla köçürülmə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalıblar ki, bunlar da Azərbaycan torpaqlarının mərhələ-mərhələ işğalı ilə nəticələnib: "1828-ci il fevralın 10-da Çar Rusiyası ilə İran arasında imzalanmış Türkmənçay müqaviləsinə görə Şimali Azərbaycan Rusiya imperiyasının, Cənubi Azərbaycan isə İranın tərkibinə daxil oldu. 1826-1828-ci illər müharibəsi gedişində İrandan və Azərbaycanın cənub ərazilərindən Cənubi Qafqaza 18 min erməni ailəsi köçürüldü. Daha sonrakı iki ildə Yelizavetpol və İrəvan quberniyaları ərazisinə İrandan 40 min, Türkiyədən isə 84 000 erməni köçürüldü.

Bu gün onların Yerevan adlandırdıqları torpaqda azərbaycanlıların İrəvan xanlığı olub və XIX əsrin əvvəlində orada yaşayanların 95 faizini azərbaycanlılar təşkil edib. Ermənistan ərazisində doğma torpaqlarında yaşayan azərbaycanlılar son 200 ildə 4 dəfə deportasiya edilib - 1905, 1918, 1948-1952 və 1988-1992-ci illərdə.

Sonuncu deportasiya M.Qorbaçovun prezident olduğu dövrdə həyata keçirilib. O, deportasiya deyil, əslində etnik təmizləmə oldu.

1988-ci ilin fevral ayında Sumqayıt şəhərində SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin və ermənilərin əli ilə həyata keçirilən hadisələrdən sonra erməni millətçilərinin əli ilə hədə-qorxu və terror hesabına Ermənistanda yaşayan 250 mindən artıq azərbaycanlı öz doğma yurdlarından qovuldu".

Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinə toxunan baş nazirin müavini münaqişə nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu, bir milyon iki yüz min insanın qaçqın və məcburi köçkünə çevrildiyini, ölkənin milli-mədəni sərvətlərinin talan edildiyini, bütün infrastrukturun dağıdıldığını qonağın diqqətinə çatdırıb.

Ə.Həsənov vurğulayıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı dəstələri keçmiş SSRİ-nin Xankəndidə yerləşən, o dövrün müasir döyüş silahları ilə silahlanan 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırımı cinayətini həyata keçirib. O, qeyd edib ki, artıq dünyanın bir sıra dövlətləri bu faciəni soyqırımı kimi tanıyır.

Baş nazirin müavini vurğulayıb ki, BMT Təhlükəsizlik Şurası və digər nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında qərar və qətnamələr qəbul edilib: "Təəssüf ki, bu qərar və qətnamələr hələ də icra olunmayıb. ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə 20 ildən artıqdır davam edən danışıqlar prosesi hələ də heç bir nəticə verməyib. Ermənistanın sabiq prezidenti Robert Koçaryan və hazırkı prezidenti Serj Sarkisyan Azərbaycan vətəndaşlarıdır. Onlar Dağlıq Qarabağda azərbaycanlıların qanlarını tökərək hakimiyyətə gəliblər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1096   Tarix: 19 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Özünü restoranın həyətində asdı

Şamaxıda kişi restoranın həyətində özünü asıb. "Qafqazinfo" xəbər verir ki, hadisə ötən gecə rayonun Mədrəsə kəndində yerləşən "Çinarlı" kafesində baş verib. Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü Ceyhun Mamedovun meyiti saat 3 radələrində restoranın həyətindəki söhbətgahda asılmı

12:53 646
.

Sabah yağış yağacaq, külək əsəcək

Mayın 3-də Azərbaycanda hava şəraitinin yağıntılı olacağı, külək əsəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

13:00 503
.

Ülviyyə Fətəliyeva kimdir və nə qədər qazandı? - AVROPA ÇEMPİONU

Yunanıstanın Rodos şəhərində gerçəkləşən Avropa çempionatının qalibi olan 27 yaşlı qrossmeyster bunu 10 qarşılaşmada 8,5 xal toplamaqla bacarıb. Zəka sahibi sonuncu turda Gürcüstan təmsilçisi Nino Batsiaşvili ilə heç-heçə edib - 0,5:0,5. Ülviyyə Fətəliyeva Azərbaycanın Avropa çempionu titulunu qazana

17:48 323
.

Bakının bu hissəsində su yoxdur

Bu gün Səbail rayonunun bir hissəsinə (Neftçilər prospekti, Zərifə Əliyeva küçəsi, İçərişəhərin bir hissəsi) içməli suyun verilməsində məhdudiyyətlər yaranıb. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib. Qeyd olunub ki, bu, su kəmərində baş vermiş qəza ilə əlaqədardır

11:35 315
.

Ruanq vulkanına görə 12 min insan evakuasiya edilib - VİDEO

Dünən İndoneziyanın şimalında yerləşən Rvanq adasında yerləşən Ruanq vulkanı lava püskürüb. BİG.AZ xəbər verir ki, hadisə zamanı 12 min insan evakuasiya edilib. Vulkan vulkanının yerləşdiyi Rvanq adası ötən ay baş verən püskürmələr nəticəsində tamamilə boşaldılıb. Adada yaşayan 828 nəfər ətraf ərazilərd

12:01 150
.

Azərbaycanda yeni peyvənd vurulacaq

Azərbaycanda profilaktik peyvəndlər təqvimində dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, təqvimə GDT Hib HepB İPV (heksavaksin) peyvəndi əlavə olunub. Təqvim Avropa İttifaqının maliyyə dəstəyi ilə ÜST-nin həyata keçirdiy

11:48 442
.

Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ

Mayın 3-də Yer kürəsini maqnit qasırğası bürüyə bilər. Bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutunun alimləri xəbərdarlıq ediblər. Onlar vurğulayıblar ki, mayın 1-də güclü günəş partlayışı artıq baş verib və 41 dəqiqə davam edib. İnstitutun alimlərinin fikrincə, mayın 2-də Günəşdə "X"

01.05.2024 798
.

ABŞ ölkədə qohumları olan fələstinliləri qaçqın kimi qəbul etməyə hazırlaşır

ABŞ administrasiyası ABŞ ilə əlaqəsi olan fələstinliləri qaçqın kimi ölkəyə gətirməyi planlaşdırır. xəbər verir ki, ABŞ qurumlarında yüksək səviyyəli rəsmilərin Qəzzada İsrailin hücumlarına məruz qalan fələstinlilərin ABŞ-a köçürülməsi üçün müxtəlif variantları müzakirə etdiyi bildirilib. Xəbərdə AB

01.05.2024 233
.

Hizbullah İsrailin sərhəddə yerləşən tankına raketlə hücum edib

Hizbullah Hərəkatı İsrailin sərhəddəki hərbi tankını idarə olunan raketlə hədəfə aldığını açıqlayıb. xəbər verir ki, Hizbullah tərəfindən verilən açıqlamada Livanın cənubundan İsraillə sərhəddə yerləşən Metula qəsəbəsinə hücumun təşkil edildiyi bildirilib. Açıqlamada İsrailin Metuladakı hərbi tankını

01.05.2024 254