Şamaxıda su problemi: Litri 1 qəpiyə olan suya... - VİDEO

Şamaxıda su problemi: Litri 1 qəpiyə olan suya... - VİDEOSəhər saat 8-dən Şamaxı küçələrini su satanların səsi bürüyür.

BiG.AZ ARB Şəki-yə istinadən xəbər verir ki, bütün evlərin qarşısında dolmağı gözləyən su qabları düzülür.

Vay o gündən ki, yuxudan gec oyanasan, həmin gün susuz qalırsan. Dörd bir tərəfində qaynama bulaqlar olan Şamaxıda illərdir su tapılmır. İçməli suya həsrət qalan sakinlər bir neçə ildir çəkilməkdə olan yeni su xəttinin açılışını səbirsizliklə gözləsə də hələ bir xəbər yoxdur.

Kənd sakini: "Camaatın qabları qapının ağzındadır. Gözləyirlər ki, su dolsun.Su bitsə, məcburuq vedrəmizi əlimizə alıb harada su varsa, harada quyu varsa oradan su götürək".

Əvvəllər əhali küçələrdəki bulaqlardan su daşıyırdı. 10 il olar ki, o bulaqların da suyu quruyub. Hazırda sakinlərin su ehtiyyatını bu cür su maşınları qarşılayır. Şamaxının Əngəxaran kəndindən gətirilən içməli su sakinlərə satılır. Litri 1 qəpiyə olan suya təlabat çoxdur.

Sakinlərin sözərinə görə, yeni su xətləri çəkilərkən evlərə sayğaclar da quraşdırılıb. Amma nə su var, nə də sayğac fırlanır.

Sakinlərin ikinci su mənbəyi isə şəhərin çıxışında yerləşən Musa bulağıdır. Günün istənilən saatında burada insanlar avtomobillərlə növbədə olur. Şəhərin müxtəlif ərazilərindən gələn sakinlər iki qab su əldə etmək üçün saatlarca növbə gözləyir. Məsələ ilə bağlı Şamaxının su-kanal idarəsindən verilən məlumata görə, yeni su sisteminin çəkilməsi prosesi bu ilin ortalarına yekunlaşacaq.

İdarənin rəisi Eldəniz Şeydayev bildirdi ki, ilkin mərhələdə fevral ayının sonunadək 3400 abonent yeni xəttə quraşdırılacaq. İşlər başa çatdıqdan sonra isə ümumilikdə 12 min vətəndaş yeni içməli su ilə təmin olunacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1266   Tarix: 18 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sənədsiz evlərlə bağlı YENİLİK - VİDEO

"Bu ilin ilk üç ayı ərzində daşınmaz əmlak üzərində 88 mindən çox mülkiyyət hüququnun qeydiyyatı aparılıb". Bunu "XəzərXəbər"ə açıqlamasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri public hüquqi şəxsinin departament direktoru Lalə Əkbərova deyib. Bu dövrdə qeydiyyata alınan mülkiyyə

01.05.2024 564
.

Ankaraya kəskin yağışlar yağdı

Türkiyənin paytaxtı Ankara şəhərində kəskin yağışlar yağıb. BİG.AZ xəbər verir ki,yağışlar zamanı evləri, iş yerlərini, metro stansiyaları suyun altında qalıb. Hava şəraiti gündəlik həyatı iflic edib. Ərazidən olan görüntüləri təqdim edirik:

01.05.2024 357
.

"Scooby-Doo" serial olacaq

Məşhur "Scooby-Doo" cizgi filmi serial olacaq. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ekran işi "Netflix"də yayımlanacaq. Hər bölümü 1 saat planlaşdırılan layihə orijinal cizgi serialına yaxın olacaq. Uyğunlaşdırma işini isə "Warner Bros" şirkəti görəcək. Qey

01.05.2024 247
.

Məhkəmədə Alidənin həyat yoldaşını günahlandırdı

Aparıcı Alidə Mustafayevanın həyat yoldaşı, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun vəzifə verdiyi qohumuna Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. qaynarinfo-ya istinadən xəbər verir ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sədri İsrafil Bəkiro

10:39 248
.

Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ

Bakı-Sumqayıt qatarına Xırdalan dəmir yolu stansiyasının ərazisində daş ataraq şüşəsini sındıranlar və qatar yolunun üzərinə daş düzərək təhlükə yaradan azyaşlılar müəyyən olunublar. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. Məlumata görə, aprel 28-də Bakı-Sumqayıt xətt

01.05.2024 617
.

Karantin cərimələri ləğv ediləcək? (AÇIQLAMA)

"Karantin şərtlərini pozduqlarına görə tətbiq edilən cərimələr ancaq dövlət səviyyəsində ləvğ edilə bilər". Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, bununla bağlı dövlət səviyyəsində qərar verilməlidir:. "Yoxsa, bu cərimələr həmin insanları

10:48 125
.

AFFA nümayəndəsi ilk dəfə Avropa çempionatına təyinat alıb

AFFA-nın vitse-prezidenti və AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva bu il Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinə UEFA tərəfindən təyinat alıb. BİG.AZ AFFA-nın rəsmi saytında istinadən xəbər verir ki, ilk dəfə Azərbaycandan olan nümayəndə belə mötəbər turnir

01.05.2024 252
.

Çində avtomobil yolunun çökməsi nəticəsində 19 nəfər ölüb

Çinin cənubundakı Quandun əyalətində baş verən sürüşmə nəticəsində magistralın çökməsi nəticəsində 19 nəfərin ölüb. xəbər verir ki, ölkə mətbuatında yer alan xəbərlərə görə, Meycou şəhərində həddindən artıq yağışın səbəb olduğu torpaq sürüşməsi şəhərlərarası avtomobil yolunun 18 metrlik hissəsinin çökməsin

01.05.2024 255
.

Bakının bu hissəsində su yoxdur

Bu gün Səbail rayonunun bir hissəsinə (Neftçilər prospekti, Zərifə Əliyeva küçəsi, İçərişəhərin bir hissəsi) içməli suyun verilməsində məhdudiyyətlər yaranıb. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib. Qeyd olunub ki, bu, su kəmərində baş vermiş qəza ilə əlaqədardır

11:35 0