5 gün öncə şəhid olan hərbçimizin SON SÖZÜ: "Qızıma anamın adını verin..." - FOTOLAR

5 gün öncə şəhid olan hərbçimizin SON SÖZÜ: "Qızıma anamın adını verin..." - FOTOLAR"Fikrət sevindiyindən telefonda ağlayırdı..."

Xəbər verdiyimiz kimi, ötən gün Dağlıq Qarabağda ermənilər tərəfindən mövqelərimizin atəşə tutulmasına qarşı cavab tədbirləri görülərkən düşmən atəşindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Bəşirov Fikrət Nurşiravan oğlu şəhid olub.

BiG.AZ xəbər verir ki, ermənilərin növbəti təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif olunub.

Şəhid doğulduğu Astara rayonunun Şahağacı kənd qəbiristanlığında yayılım atəşi ilə son mənzilə yola salınıb.

Astaranın Şahağacı kəndinin bələdiyyə sədri Elkin Əsədullayev azvision.az-a bildirib ki, şəhid Fikrət Bəşirovun 5 gün öncə qız övladı dünyaya gəlib. Onun sözlərinə görə, şəhid ilk övladını görmədən dünyasını dəyişib.

"Fikrət kəndimizin fəxridir. Bütün Azərbaycan onunla qürur duyur. O, torpaqlarımızın bütövlüyü uğurunda canını qurban verdi. Şəhidimizin yas mərasimində Astara İcra Hakimiyyətinin rəsmiləri başda olmaqla, bütün kənd sakinləri iştirak edib. İcra hakimiyyəti və kənd bələdiyyəsi olaraq biz də yas mərasimin təşkili ilə bağlı ailəyə ələmizdən gələn köməkliyi edirik. Fikrət çox mərd oğlan idi. O, hamının hörmətini qazanmışdı.

Ötən ilin aprel ayında ailə həyatı qurmuşdu. Şəhid olmamışdan beş gün öncə onun ilk övladı dünyaya gəlib. Fikrət hərbi xidmətini yerinə yetirən zaman atası ona zəng edib, qızının olduğunu deyib. Fikrət sevindiyindən telefonda ağlayıb. O, bütün dostlarına ata olduğunu deyib. Ailəsinə bildirib ki, qızını görmək üçün məzuniyyət götürüb, kəndə gələcək. Fikrətin anası tez dünyasını dəyişib. O, anasına çox bağlı idi. Atası ilə telefonda məsləhətləşib və qızına anasının adını Hacıxanım adını qoyub. Qismət elə gətirdi ki, Fikrət yeni doğulmuş övladının üzünü görmədən dünyadan köçdü".

5 gün öncə şəhid olan hərbçimizin SON SÖZÜ: "Qızıma anamın adını verin..." - FOTOLAR5 gün öncə şəhid olan hərbçimizin SON SÖZÜ: "Qızıma anamın adını verin..." - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6544   Tarix: 16 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477