Azərbaycanlılar evlilik verilişindən nə qazanırlar? - Fantastik qiymətlər

Azərbaycanlılar evlilik verilişindən nə qazanırlar? - Fantastik qiymətlərTürkiyənin məşhur evlilik proqramları hər zaman müzakirə olunur. Bu cür proqramlar reytinqdə ön sırada olmaqla yanaşı, böyük qalmaqallarla da tez-tez gündəmə gəlirlər.

İzdivac verilişlərində ən çox müzakirə olunan məsələ isə iştirakçıların tamaşaçının inandığı kimi yox, əslində ssenariyə uyğun olaraq özünü aparmasıdır. Demək olar ki, hər həftə Türkiyədə bu tipli verilişlərə azərbaycanlılar da qatılırlar. Artıq elə bir izdivac proqramı yoxdur ki, orada türklərlə yanaşı, azərbaycanlı namizədlər də oturmasınlar.

Maraqlıdır ki, Türkiyə mətbuatının apardığı araşdırmaya əsasən, namizədlər Zühal Topal və ya Esra Erolun proqramlarına təkcə məşhurluğa görə yox, məhz həftəlik maaş müqabilində qatılırlar.

Ən çox Zühal Topalın aparıcılıq etdiyi proqramda bu cür halların baş verdiyi qeyd edilib.

Sözügedən proqramdan çıxan şəxslər dəfələrlə mətbuata açıqlama verərək verilişin saxta olduğunu, iştirakçıların model agentliklərindən seçildiyini bildiriblər.

Bundan əlavə, müqavilə şərtləri isə namizədlərin istəyinə uyğun seçilir. Belə ki, onlar arasında sürücü istəyən, ayda bir dəfə başqa ölkəyə istirahətə getmək eşqinə düşən, gündəlik benzin xərci tələb edənlər var. Həftəlik ödənişlər isə tanınmış və qalmaqallı iştirakçılara görə dəyişir. Məsələn, bir neçə evlilik verilişinə transfer olan Hanifə adlı gəlin namizədi həftəlik 5 min TL qazanır.

Təkcə bəy-gəlin namizədlərinə yox, efirdə şərh bildirən şəxslərə də pul verilir. Onlar
gündəlik 50-200 türk lirəsi dəyərində qonorar alırlar. İştirakçıların aldığı maaş 3500-9000 arası dəyişir.

İzdivac verilişində azərbaycanlı gəlin namizədi Naz Milana isə kifayət qədər qalmaqallı və verilişin əsas qəhrəmanlarından biridir. Onun verilişdə göstərdiyi "şou"lardan hər kəs məlumatlıdır. Hətta bahalı gəlin namizədi digər evlilik verilişlərinin diqqətində olub. Naz bir neçə verilişə transfer olsa da, onun son dayanacağı Zühalın proqramıdır.

Bundan əvvəl dəfələrlə verilişdə azərbaycanlı modellər də iştirak ediblər. Onlardan Fatimə, Esmiranı, Əli Əkbəri misal çəkə bilərik. Onların izdivac verilişinə model agentlikləri vasitəsilə qatılması və qonorar alması istisna edilmir. qafqazinfo.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5614   Tarix: 11 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Poz-Qazan" oyunlarında apreldə 12 böyük uduş qazanılıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" ASC müxtəlif məbləğli böyük uduşlarla şans oyun həvəskarlarını sevindirməyə davam edir. Çoxlarının sevimlisi "Poz-Qazan" oyunlarında aprel ayında ümumilikdə 12 böyük uduş qazanılıb. Ötən ay "Uğurl

01.05.2024 403
.

"Scooby-Doo" serial olacaq

Məşhur "Scooby-Doo" cizgi filmi serial olacaq. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ekran işi "Netflix"də yayımlanacaq. Hər bölümü 1 saat planlaşdırılan layihə orijinal cizgi serialına yaxın olacaq. Uyğunlaşdırma işini isə "Warner Bros" şirkəti görəcək. Qey

01.05.2024 257
.

Karantin cərimələri ləğv ediləcək? (AÇIQLAMA)

"Karantin şərtlərini pozduqlarına görə tətbiq edilən cərimələr ancaq dövlət səviyyəsində ləvğ edilə bilər". Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, bununla bağlı dövlət səviyyəsində qərar verilməlidir:. "Yoxsa, bu cərimələr həmin insanları

10:48 301
.

COP29-un rəsmi saytı istifadəyə verildi

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) rəsmi saytı istifadəyə verilib. xəbər verir ki, sözügedən saytda COP29-un əhəmiyyəti barədə məlumat verilib. Həmçinin COP29-un Təşkilat Komitəsinin üzvləri barədə məlumatlar yer alıb. Bundan başqa

01.05.2024 280
.

Hizbullah İsrailin sərhəddə yerləşən tankına raketlə hücum edib

Hizbullah Hərəkatı İsrailin sərhəddəki hərbi tankını idarə olunan raketlə hədəfə aldığını açıqlayıb. xəbər verir ki, Hizbullah tərəfindən verilən açıqlamada Livanın cənubundan İsraillə sərhəddə yerləşən Metula qəsəbəsinə hücumun təşkil edildiyi bildirilib. Açıqlamada İsrailin Metuladakı hərbi tankını

01.05.2024 241
.

Özünü restoranın həyətində asdı

Şamaxıda kişi restoranın həyətində özünü asıb. "Qafqazinfo" xəbər verir ki, hadisə ötən gecə rayonun Mədrəsə kəndində yerləşən "Çinarlı" kafesində baş verib. Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü Ceyhun Mamedovun meyiti saat 3 radələrində restoranın həyətindəki söhbətgahda asılmı

12:53 242
.

Azərbaycanda korrupsiya əməliyyatının TƏFƏRRÜATI - Vəzifəli şəxslər cinayət başında TUTULUBLAR

Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb ediliblər. Bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyi birgə məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarını

01.05.2024 470
.

Ermənistan polisi Azərbaycanla şərti sərhəddə əməliyyat keçirib: Çox sayda saxlanılan var - VİDEO

Bu gün səhər saatlarından etibarən Ermənistanın Tavuş rayonunun Kirants kəndində etirazçılar yolu bağlayıblar. Məlumatı Ermənistan Daxili İşlər Nazirliyi yayıb. Hadisədən qısa müddət sonra hadisə yerinə polislər cəlb olunublar. Aparılan əməliyyat nəticəsində 31 nəfər saxlanılaraq Tavuş Rayon Polis Bölməsin

10:03 273
.

"Siyahını mənə atırlar, mən deyirəm bu olar, bu olmaz"

Müğənni Roza Zərgərli baş prodüseri olduğu "Kanal S" televiziyasıyla bağlı açıqlamalar edib. olay-a istinadən bildirir ki, ifaçı "Xəzər axşamı" verilişində aparıcı Mətanət Əliverdiyevanın "Küsülü olduğun bir müğənniylə çəkiliş edilməsinə icazə verirsənmi" sualını cavablandırıb

11:10 500