Beynəlxalq Bankın yeni rəhbərindən ŞOK QƏRAR: Hər ev üçün 10 min manat rüşvət...

Beynəlxalq Bankın yeni rəhbərindən ŞOK QƏRAR: Hər ev üçün 10 min manat rüşvət...Azərbaycan Beynəlxalq Bankının yeni rəhbəri tikinti şirkətlərinin layihələrini maliyyələşdirməkdən imtina edib. Bankın İdarə Heyətinin sədri vəzifəsini əvəz edən Xalid Əhədov bir sıra kredit məhsulları ilə bərabər ipoteka kreditini də dayandırıb.

Bir sıra tikinti şirkətləri yeni inşa etdikləri binalardakı mənzilləri Beynəlxalq Bankın 20 illik ipoteka krediti vasitəsilə rahat satırdılar. Bu ayın ortasından Beynəlxalq Bank krediti dayandırdıqdan sonra tikinti şirkətləri müştərisiz qalıblar. Mənzillər satılmadığından tikinti şirkətləri maliyyə sıxıntısı çəkə, hətta Bakı və Xırdalanda tikilən bir sıra binaların tikintisi yarımçıq qala bilər.

Azərbaycan Beynəlxalq Bankı illik 8%-lə, 20 il müddətinə ipoteka krediti təklif edirdi. Belə ki, mənzilin dəyəri alıcının əvəzinə Beynəlxalq Bank tərəfindən tikinti şirkətinə, mənzilin sahibi (alıcı) faizi ilə birlikdə əsas borcu aybaay Banka qaytarır. Tikinti şirkəti mənzilini satdığı gün pulunu Bankdan alırdı və həmin pullar ilə tikinti işlərinin əsas hissəsi aparılırdı.

20 illik ipoteka ilə 1 və 2 otaqlı mənzillərin aylıq ödənişi münasib olduğundan alıcı tez tapılırdı. Tikinti şirkətləri də təlabatı düzgün qiymətləndirib mənzilləri 1 və 2 otaqlı olaraq layihələndirirdilər. Mənzillərin demək olar ki, 90%-i 20 illik ipoteka ilə satılırdı. Əgər Beynəlxaılq Bank tezliklə ipoteka kreditini bərpa etməsə və başqa banklar tikinti şirkətlərinə dəstək olmasalar, bir çox binaların tikintisi yarımçıq qala bilər.

Sayt yazır ki, Beynəlxalq Bankın yeni rəhbərinin 20 illik ipotekanı dayandırmasının səbəblərindən biri sağlamlaşdırma tədbirləri ola bilər. Manat ilə milyonlarla vəsaitin 20 illik bir müddətə kreditə verilməsi Bankı rəqəmlərdə böyütməklə bərabər, riskləri də artırır. Risklərdən biri valyuta riskidir. Manat il keçdikcə dəyərdən düşür. 5-10 il sonra Beynəlxalq Bankın geri yığacağı vəsait "qəpik-quruş" ola bilər. "Ölü manatlar" yenidən kredit verməyi çətinləşdirə, bu da Bankın maliyyə vəziyyətinə pis təsir göstətə bilər.

İpoteka kreditinin dayandırılmasının digər bir səbəbi faiz dərəcəsi ola bilər. Ölkədə Mərkəzi Bankın uçot dərəcəsi 15%, bankların əmanət faizləri 15%-dən yuxarı olduğu bir dövrdə, Beynəlxlaq Bank 8%-lə (annuitet 4,5% civarında) ipoteka krediti ayırırdı.

Beynəlxalq Bank 20 illik ipoteka ilə alınmış mənzilləri girov götürürdü. Son bir neçə ildə, bəlkə də 10 mindən artıq ev Bank tərəfindən girov götürülüb. Əgər gələcəkdə iqtisadi vəziyyətin gözlənilməz dəyişməsilə bağlı olaraq əhali kredit borclarını ödəməkdə kütləvi çətinlik çəkərsə, bu da Bankı pis vəziyyətə sala bilər. Bir bankın minlərlə vətəndaşı mənzilini əlindən alıb satması (əgər sata biləcəksə) xoş bir hal olmayacaq.

Sayt onu da yazır ki, tikinti şirkətlərində mənzillərin nağd və kredit qiymətləri fərqlənir. Məsələn, mənzilin 1 kv.m-i nağd qiymətə 1100 manata satılırsa, 20 illik ipotekada 1250 manata rəsmiləşdirir. Tikinti şirkətləri bunu "alıcının bilmədiyi" səbəblər ilə əlaqələndirirdilər. Əslində nağd və ya bankla ödənişin tikinti şirkəti üçün bir fərqi olmamalıdır. Alınan mənzilin pulunu alıcının özünün və ya onun əvəzinə Beynəlxalq Bankın ödəməsinin nə fərqi var?! Tikinti şirkəti mənzili istər nağd, istərsə də 20 illik ipoteka ilə satdıqda pulunu həmin gün alır. Yuxarıda qeyd etdiyimiz kimi, alıcının əvəzinə pulu Beynəlxalq Bank ödəyir, alıcı da Banka borclu olur.

"Marja"nın əldə etdiyi məlumata görə, mənzillərin kreditlə qiymətinin baha olmasının səbəbi indiyədək Beynəlxalq Bankın aldığı "şapka" olub. Nağd qiymətlə, kredit qiyməti arasında olan fərq Banka ödənilən "şapka" idi. Məsələn, siz tikinti şirkətindən 70 kvadrat metr səhəsi olan mənzili, 1 kavdarat metri 1100 manatdan, 77000 min manata ala biləcəyiniz halda, pulunuz olmadığına görə, həmin mənzili kreditlə 87500 manata alırsınız (1 kv.m 1250 manatdan). Düz, 10500 manat baha! Bu 10500 manat "şapka" tikinti şirkəti tərəfindən kredit verilən gün Bankın kassasına qaytarlır. Kredit isə Sizin adınıza 87500 manat olaraq rəsmiləşdirilir və "şapka"nı da faizilə Siz ödəməli olursunuz.

Ehtimal ki, hər tikinti şirkəti 20 illik ipoteka krediti ilə mənzil sata bilməzdi. Bunun üçün tikinti şirkəti Beynəlxalq Bankın "şapka" tələbini qəbul etməli idi.

İndiyədək Bankın 20 illik kreditə verilən milyonlarla manatı Bankın keçmiş rəhbərliyini maraqlandırmayıb. Onları maraqlandıran mənzil satışı zamanı alınacaq "şapka" olub. Özü də dərhal və nağd. Dövlət bankının pulu bata da bilər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1997   Tarix: 26 dekabr 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Şüşədə yağ, içində sual işarəsi... Etiketə inan bədəninə dua et

Supermarketlərdə yüzlərlə çeşid günəbaxan, qarğıdalı, zeytun yağları satılır. Hər birinin üzərində 100% təbii olduğu yazılır. Lakin məhsulu aldıqda isə keyfiyyətinin o olmadığını görürük. Ölkəmizdə duru yağlar yerli istehsal ilə yanaşı, Rusiya, Türkiyə, Ukrayna, Sinqapur kimi ölkələrdən idxal olunur

13:02 300
.

Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı şərtlər dəyişdi

Əmək müqaviləsinə xitam verilməsi üçün əlavə şərtlər müəyyənləşir. xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qanuna əsasən, tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq qanunvericilikl

14:27 203
.

Rusiyada "YouTube" tam bloklanacaq

"Rusiyada "YouTube"un yaxın 6 ay - 1 il ərzində tam bloklanması gözlənilir". "Qafqazinfo" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Dövlət Dumasının İnformasiya siyasəti, informasiya texnologiyaları və rabitə komitəsinin sədr müavini Andrey Svintsov bildirib. "Bu

17:44 35
.

Vətən müharibəsi və antiterror əməliyyatında iştirak edənlər cəzalarından tam azad ediləcək

Ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunlar istisna ilə, Vətən müharibəsində və antiterror əməliyyatında iştirak etmiş şəxslər və onların yaxın qohumları cəzalarından tam azad ediləcək. Qaynarinfo xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilə

14:53 163
.

Petteri Orpo: Avropa üçün alternativ yoxdur

Finlandiyanın Baş naziri Petteri Orpo The Financial Times qəzetinə verdiyi açıqlamada Avropanın Ukrayna müharibəsindən bərpasında Rusiya aktivlərini təhvil verməkdən başqa seçim olmadığını bildirib. xarici mediaya istinadən xəbər verir ki, Orpo deyib:"Bu barədə çox düşünmək istəmirəm, çünki başq

12:00 170
.

Ana və iki övladı yanıb öldü, ata sağ qaldı

Rusiyanın Voloqda vilayətində yanğın zamanı 3 nəfər ölüb. yerli mediaya istinadla bildirir ki, hadisə dekabrın 16-na keçən gecə Kıçmenqski Qorodok qəsəbəsində baş verib. İlkin məlumatlara görə, alov qısa müddətdə bütün evi bürüyüb. Bələdiyyə dairəsinin rəhbəri Andrey Andrinoviçin bildirdiyinə görə, yanğı

20:00 1
.

Fərdi heyvandarlığın payı azalır, bazarda qiymətlər bahalaşır

"Ət qiymətlərinin bahalaşmasının əsas səbəbləri dəyişməyib. Hazırda saxlanılan heyvanların sayı azalmaqdadır. Son 10 ildə xırdabuynuzlu heyvanların sayı 25%-dən çox azalıb, son ildə isə iribuynuzlu heyvanların sayı da azalıb". Bunu BİG.AZ-a açıqlamasında iqtisadçı Xalid Kərimov bildirib. O

15:13 145
.

Xətai rayonunda zibil yığılmamasının səbəbi ŞADLIQ SARAYI İMİŞ...

Xətai rayonunda zibil yığılmamasının səbəbi məlum olub. Xətai Rayon İcra Hakimiyyətindən -ə bildirilib ki, sözügedən ərazi ilə bağlı "Mübarək" şadlıq sarayı ilə müqavilə mövcuddur. Məlumata görə, ərazinin təmiz saxlanılması həmin obyektin öhdəliyindədir. Bildirilib ki, öhdəliklər yerinə yetirilmədiy

11:56 230
.

Meksikada kiçik təyyarə qəzaya uğrayıb: Ən azı 10 nəfər ölüb

Meksikanın paytaxtı Mexiko şəhərindən təxminən 50 kilometr qərbdə kiçik təyyarənin qəzaya uğraması nəticəsində ən azı 10 nəfər həlak olub. BİG.AZ CBS News-a istinadən xəbər verir ki, Mexiko Şəhər Mülki Müdafiə Koordinatoru Adrian Hernandez bildirib ki, təcili eniş etməyə çalışan kiçik bir təyyarə Mexik

16:55 98
.

TOP MP3