Vətən müharibəsi və antiterror əməliyyatında iştirak edənlər cəzalarından tam azad ediləcək
Ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunlar istisna ilə, Vətən müharibəsində və antiterror əməliyyatında iştirak etmiş şəxslər və onların yaxın qohumları cəzalarından tam azad ediləcək.
Qaynarinfo xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Prezident İlham Əliyevin təşəbbüsü ilə "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya élan edilməsi haqında parlamentin qərar layihəsində əksini tapıb.
Layihəyə əsasən, ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunlar istisna ilə, təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad ediləcəklər:
- Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslər, habelə bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları;
- Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirakla əlaqədar, habelə digər xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmuş şəxslər (qanunvericiliklə müəyyən edilmiş qaydada orden və medallardan məhrum edilmiş şəxslər istisna olmaqla);
- bu Qərar qüvvəyə mindiyi günədək, o cümlədən Vətən müharibəsi dövründə mülki əhaliyə qarşı Ermənistan Respublikasının hərbi təxribatı nəticəsində əlil olmuş şəxslər və ya həlak olmuş şəxslərin yaxın qohumları.
Yuxarıda qeyd olunan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər haqqında təhqiqat və ibtidai istintaq orqanları tərəfindən amnistiya tətbiq olunaraq cinayət təqibi başlanmayacaq, başlanılmış cinayət təqibinə isə xitam veriləcək.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 614 Tarix: 16 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Müdafiə Nazirliyinin xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunan İşlər İdarəsinin sabiq rəisi polkovnik Elnur Süleymanov və eyni idarədə işləmiş daha üç hərbçinin məhkəməsi başlayıb. "Qafqazinfo"nun məlumatına görə, cinayət işini Bakı Hərbi Məhkəməsinin sədri hakim Zeynal Ağayev araşdırır
18.09.2026 323 Uşaq məktəbə getmək istəmir: Valideyn nə etməlidir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Yeni dərs ilinin başlaması ilə uşaqların məktəbə uyğunlaşması məsələsi yenidən gündəmə gəlir. Bəzi şagirdlər dərslərə həvəslə başlasa da, bir qisim uşaq məktəbə getməkdən imtina edir və müxtəlif səbəblərdən dərsə qarşı maraqsızlıq göstərir. Belə vəziyyətdə valideynin uşağa necə yanaşması, problemin səbəbin
18.09.2026 207 Azərbaycanın gənclər siyasəti: Milli dövlətçiliyin davamlılığını təmin edən strateji xətt
"Azərbaycanın dövlət gənclər siyasəti bu gün yalnız sosial siyasətin bir istiqaməti deyil, həm də milli dövlətçiliyin davamlılığını təmin edən strateji amillərdən biridir. Bu siyasətin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə ardıcı
18.09.2026 212 Hörmüz boğazında naməlum mərmi tankerə dəyib, yanğın baş verib, UKMTO bildirib
Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsinin cümə günü səhər verdiyi məlumata görə, Hörmüz boğazında üzən neft tankerinə naməlum mərmi düşüb və nəticədə gəmidə yanğın baş verib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, UKMTO bildirib ki, hadisədən sonra bütün heyət üzvlərinin sağ-salama
18.09.2026 194 Mobil danışıq tarifləri niyə artır? - Operatorların səs gəlirləri azalır, qiymətlər isə yüksəlir - İQTİSADÇIDAN AÇIQLAMA
Mobil rabitə bazarında istehlakçıların istifadə vərdişləri dəyişdikcə operatorların gəlir mənbələri də transformasiya olunur. İnsanlar əvvəlki illərlə müqayisədə səsli zənglərdən daha az istifadə edir, messencer və internet üzərindən ünsiyyətə üstünlük verirlər. Buna baxmayaraq, mobil danışıq tariflərind
18.09.2026 251 Daha yüksək tarif, eyni xidmət: İnternet istifadəçisini nə gözləyir?
"İnternet qiymətlərinin artması istifadəçi üçün təkcə aylıq ödənişin bir neçə manat yüksəlməsi məsələsi deyil. Bu gün internet artıq əlavə xidmət yox, gündəlik həyatın zəruri hissəsinə çevrilib. İnsanlar işləyir, dərs keçir, bank əməliyyatları aparır, dövlət xidmətlərindən istifadə edir, uşaqla
18.09.2026 229 Şənbə günü hava belə olacaq
Sentyabrın 19-da gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 20-23, gündü
18.09.2026 226 TDT yeni mərhələdə: Azərbaycanın təşəbbüskarlığı hansı imkanları yaradır?
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Vikto
18.09.2026 207 Rusiya Ermənistanın Aİ-yə inteqrasiyasını maliyyələşdirməkdən imtina etdi
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Rusiyanın Ermənistanın Avropaya inteqrasiyasını maliyyələşdirmək niyyətində olmadığını bildirib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. "Vurğulamaq istəyirəm: Rusiya Ermənistanın Avropaya inteqrasiyasını maliyyələşdirməyə hazır deyil və bun
18.09.2026 180