"Xalq ayağını yorğanına görə uzatsın" deyən deputat DANIŞDI: "Dediklərimdə nə qəbahət ki?"

"Xalq ayağını yorğanına görə uzatsın" deyən deputat DANIŞDI: "Dediklərimdə nə qəbahət ki?"Milli Məclisin deputatı Hüseynbala Mirələmovun "Ayağını yorğanına görə uzat. Azdır az ye, çoxdur çox ye. Adamlar var çörək yemir, ət yemir, balıq yemir ki, forma saxlasın. Çox yemək insanı tez qocaldır" fikirlərinin yer aldığı açıqlaması cəmiyyətdə böyük səs-küyə səbəb olub.

Ölkədə iqtisadi böhranın tüğyan etdiyi bir vaxtda, deputatın nə üçün bu cür danışması çox pis qarşılanıb.

Dünəndən bəri sosial şəbəkələrdə ünvanına xoş sözlər deyilmədiyindən xəbərdar olan deputat Hüseynbala Mirələmov modern.az saytına açıqlamasında məsələyə daha ətraflı aydınlıq gətirib.

"Əvvəla, kiminsə məni təhqir etməyə ixtiyarı yoxdur. İkincisi də, dediklərimin hamısı konteksdən çıxarılıb. Müsahibə verəndə zarafatla dedim ki, "indiki dövrdə xanımlarımızın çoxu fiqura saxlamaq üçün heç nə yemir-içmir". Özü də bir neçə dəfə dedim ki, "bu, zarafatdır". Təəssüf ki, dediklərimin hamısını montaj edərək, ancaq çılpaq yerlərini saxlayıblar. Buna görə də xalqda mənim haqqımda mənfi rəy yaranıb.

Jurnalistlə səmimi şəkildə söhbət etdik, zarafatlaşdıq. Bu millətin bəzi üzvləri sanki bir-birinə qənim kəsilib. Belələri sanki 1937-ci ildə bir-birinin qanını içən adamların nəvə-nəticələridir. Belə olmaz axı!

Böyük Vətən Müharibəsində ata-babalarımız nə qədər əziyyət çəkiblər. Çətinlik görüblər. Ac-susuz qalıblar, amma vətənə kömək ediblər. Əgər vətənimiz çətin durumdadırsa, onun yolunda canımızı da verməliyik. Hər bir azərbaycanlı belə düşünməlidir".

Hüseynbala Mirələmov, qalmaqala səbəb olan müsahibəsi zamanı toxunduğu məqamları xüsusi qeyd edib.

"Müsahibədə Azərbaycanın stabil vəziyyətini xüsusi qeyd etmişəm. Bu gün Suriyada, İraqda yaşayan insanların vəziyyəti çox acınacaqlıdır. Nə yaxşı ki, dövlətimiz belə deyil. Azərbaycanın stabilliyi bizim üçün xəzinədir. Bizə qismət olub ki, sülh şəraitində yaşayırıq. Ölkələr var ki, milyonları, sərvətləri, neftləri var, amma rahat nəfəs ala bilmirlər. Qırılırlar... Müsahibədə bunların hamısını demişəm. Amma heç biri verilməyib. Müsahibə verən zaman yanımda bir oğlan vardı. Zarafatla dedim ki, "az yeyək, ayağımızı yorğanımıza görə uzadaq".
Biz də insanıq da... Nə olar ki, zarafat edəndə... Gərək bir-birimizə düşmən olaq?! Adam var 1000 manat gəlir qazanır. Xərcləyir. Adam da var 200-300 manat əmək haqqı alır. Bu mənada demişəm ki, hər kəs ayağını yorğanına görə uzatmalıdır. Ailə büdcəsinə uyğun hərəkət etməlidir. Bu fikirlərimdə qəbahətli nə var axı, oturub-durub məni təhqir edirlər?! Əgər 1000 manat qazanıramsa, onu elə xərcləməyə çalışıram ki, bu ay üçün ailəmi saxlaya bilim".

Deputat bizneslə məşğul olduğu barədə deyilənlərə belə aydınlıq gətirib.

"Hüseynbala Mirələmov millət vəkilidir. Hüseynbala Mirələmov yazıçıdır. Hüseynbala Mirələmov alimdir, professordur. Vəssalam! Mən biznesmen deyiləm. Dövlət Neft və Sənaye Universitetində kafedra müdiriyəm. Ola bilər ki, mənim ailəmin digər üzvləri bizneslə məşğul olur. Buna görə onların qarşısını ala bilmərəm. Aldığım məvacib mənə kifayət qədər bəs edir. Mənim yazıçılığım, elə mənim biznesimdir. Dünyanın 39 ölkəsinə kitablarım tərcümə olunub".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2642   Tarix: 10 dekabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Paytaxt sakinlərinə XƏBƏRDARLIQ - Bu gün saat 15:00-dan... - FOTO

Ötən gecədən etibarən paytaxt Bakıda zəif səviyyəli geomaqnit qasırğası müşahidə olunur. BİG.AZ xəbər verir ki, zəif səviyyəli qasırğa ötən gecə saat 00:00-dan etibarən hiss edilməyə başlayıb, bu gün günorta saat 15:00-18:00 aralıqlarında güclənərək yerini orta geomaqnit qasırğasına verəcək. Bu gün saa

01.05.2024 773
.

Mərkəzi Bank sərt pul siyasəti həyata keçirir

Hesablamalar onu göstərir ki, bizim neytral uçot faiz dərəcəmiz 6-7 faiz aralığındadır. Həmin məntiqlə getsək görərik ki, biz hələ sərt pul siyasəti həyata keçiririk çünki, ölkədə uçot faiz dərəcəsi 7.25% dir. BİG.AZ apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

01.05.2024 231
.

Azərbaycanda yeni telekanal açıldı - FOTO

Mayın 1-də Qərbi Azərbaycan İcmasının tərkibində fəaliyyət göstərən Qərbi Azərbaycan Televiziyasının binasının açılışı olub. Azərtac-a istinadən bildirir ki, tədbirdə İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış edib. O bildirib ki, Qərbi Azərbaycan Televiziyası son 20

01.05.2024 1066
.

Toyda qonağın bu hərəkəti Şəbnəmi əsəbiləşdirdi - Video

Müğənni Şəbnəm Tovuzlu toy məclislərindən birində xoşagəlməz hadisə ilə rastlaşıb. Axşam.az xəbər verir ki, görüntülər sosial mediada yayılıb. Videoda müğənni mahnı ifa edən zaman qonaqlardan ona pul verərək qolundan tutub rəqsə dəvət etdiyi əks olunub. Şəbnəm pul alıb və əli ilə ondan uzaqlaşmasın

01.05.2024 840
.

Səkinə təcili əməliyyat edilməlidir

2005 təvəllüdlü İsgəndərova Səkinə Sakit qızının sizin köməyinizə ehtiyacı var. O, anadan gəlmə ağır dərəcəli skolioz, onurğanın deformasiyası, kifoz əyilmə nəticəsində ağciyəri deformasiya olub.Hal-hazırda ciddi müalicə üçün qısa zamanda yardıma ehtiyacı var. Həkimlər onun təcili əməliyyat edilməl

01.05.2024 1343
.

Ankaraya kəskin yağışlar yağdı

Türkiyənin paytaxtı Ankara şəhərində kəskin yağışlar yağıb. BİG.AZ xəbər verir ki,yağışlar zamanı evləri, iş yerlərini, metro stansiyaları suyun altında qalıb. Hava şəraiti gündəlik həyatı iflic edib. Ərazidən olan görüntüləri təqdim edirik:

01.05.2024 257
.

"Biz Ermənistan və Azərbaycan arasında sülhün mümkün olduğuna inanmaqda davam edirik" - ABŞ

ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patelin sözlərinə görə, ABŞ dövlət katibi Antoni Blinken Bakı ilə İrəvan arasında gərginliyin həlli istiqamətində səylərlə şəxsən məşğuldur. xəbər verir ki bu barədə xarici mətbuat bildirib. "Bu, dövlət katibinin şəxsən dərindən məşğul olduğu regiondur

01.05.2024 147
.

Yaxın günlərdə bu məhsullar kəskin ucuzlaşacaq – SİYAHI

"Bəzi məhsullar istixanalarda yetişdirilir. İstixanada isə zəruri temperatur yaradılır. Məsələn, istixanada xiyar yetişdirmək üçün 23-24, pomidor üçün 25-26, çiyələk üçünsə təxminən 24-25 dərəcə istilik tələb olunur. Nəzərə alaq ki, son günlər havanın temperaturu müsbət 30 dərəcəyə yaxınlaşıb. On

01.05.2024 864
.

Bakı metrosunda qorxulu anlar - VİDEO

Bu gün Bakı metrosunda qorxulu anlar yaşanıb. -in xəbərinə görə, bir nəfər metronun "Gənclik" stansiyasında qatar yoluna düşüb. Sözügedən şəxs digər şəxslərin müdaxiləsindən sonra platformaya çıxarılıb. "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat

01.05.2024 274